AZƏRBAYCAN RESPUBLİKASI ƏMƏK VƏ ƏHALİNİN SOSİAL MÜDAFİƏSİ NAZİRLİYİNİN KOLLEGİYASI QƏRAR
№ 3-17/3-5-18/2025 Bakı şəhəri 5 sentyabr 2025-ci il Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 2019-cu il 5 aprel tarixli 1905000017 nömrəli Qərarı ilə təsdiq edilmiş "İşaxtaran və işsiz kimi qeydiyyata alınmaq üçün elektron ərizənin forması"nda dəyişiklik edilməsi haqqında "Azərbaycan Respublikasının Əmək Məcəlləsində, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının Ailə Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət Məcəlləsində, Azərbaycan Respublikasının Vergi Məcəlləsində, Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində, "Sosial sığorta haqqında", "Əhalinin sağlamlığının qorunması haqqında", "Uşaq hüquqları haqqında", "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında", "Dövlət qulluqçularının ayrı-ayrı kateqoriyaları üçün qısaldılmış iş vaxtı haqqında", "Dövlət rüsumu haqqında", "İcra haqqında", "Ünvanlı dövlət sosial yardımı haqqında", "Sosial müavinətlər haqqında", "Əmək pensiyaları haqqında", "Əlilliyi olan şəxslərin hüquqları haqqında" Konvensiyaya qoşulmaq barəsində", "Əlilliyi olan şəxslərin hüquqları haqqında" və "Məşğulluq haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2025-ci il 11 aprel tarixli 172-VIIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və sərəncamlarında dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 25 aprel tarixli 378 nömrəli Fərmanının icrasının təmin edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 8 may tarixli 280s nömrəli Sərəncamının 2-ci hissəsinin icrasını təmin etmək məqsədilə, Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 386 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi haqqında Əsasnamə"nin 5.10-cu bəndini rəhbər tutaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyası qərara alır:
1. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 2019-cu il 5 aprel tarixli 1905000017 nömrəli Qərarı ilə təsdiq edilmiş "İşaxtaran və işsiz kimi qeydiyyata alınmaq üçün elektron ərizənin forması"nın "1. FƏRDİ MƏLUMATLAR" bölməsinin "Sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxs" hissəsinin ikinci sətrinin üçüncü sütununda "18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxsləri" sözləri "əlilliyi olan uşaqları" sözləri ilə əvəz edilsin.
2. Nazirliyin Aparatının Hüquq şöbəsinə (G. İsgəndərova) tapşırılsın ki, bu Qərarın qəbul edildiyi gündən üç gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə çatdırılmasını təmin etsin.
3. Nazirliyin Aparatının İctimaiyyətlə əlaqələr şöbəsinə (F. Talıbova) tapşırılsın ki, bu Qərar Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildikdən sonra 72 saat müddətində elektron daşıyıcıda mətn faylları formasında rəsmi dərc edilməsini təmin etsin.
4. Bu Qərarın icrasına nəzarət Nazirliyin 2025-ci il 21 aprel tarixli 3-17/3-2-78/2025 nömrəli Əmri ilə müəyyən edilmiş vəzifə bölgüsünə əsasən həyata keçirilsin. Kollegiyanın sədri Anar Əliyev