Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikası ilə ICESCO arasında uğurlu əməkdaşlıq əlaqələrinin inkişafında xidmətlərinə görə ICESCO-nun Baş direktoru Səlim bin Məhəmməd əl-Malik "Dostluq" ordeni ilə təltif edilsin
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 15 Sep 2025