2.1. 15-ci hissənin "İcraçılar" sütunundan "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" Qapalı Səhmdar Cəmiyyəti," sözləri çıxarılsın;
2.2. 21-ci hissənin "İcraçılar" sütununda "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" Qapalı Səhmdar Cəmiyyəti" sözləri "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti" sözləri ilə əvəz edilsin.
3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 11 oktyabr tarixli 440 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 10, maddə 2155 (Cild I); 2024, № 1, maddə 84, № 2, maddələr 209, 229, № 3, maddələr 307, 359, № 6 (II kitab), maddə 739, № 7, maddələr 920, 930, № 9, maddələr 1067, 1099, 1106, № 10, maddə 1167, № 12 (II kitab), maddə 1428; 2025, № 2, maddə 187, № 6, maddə 594; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 8 iyul tarixli 202 nömrəli, 15 iyul tarixli 210, 212 nömrəli və 1 avqust tarixli 228 nömrəli qərarları) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının büdcə xərclərinin inzibati təsnifatı"nın 110-cu hissəsi ləğv edilsin.
4. "Bakı Beynəlxalq Dəniz Ticarət Limanının Nizamnaməsinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 28 noyabr tarixli 407 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Cild I) ləğv edilsin.