QANUNÇU
ƏSAS
  • İcmal
  • Yeniliklər
  • Saxlanmışlar
  • İzlənən sahələr
  • Axtarış
SƏNƏDLƏR
  • Məcəllələr
  • Qanunlar
  • Parametrlər
  • Çıxış
QANUNÇU
ƏSAS
  • İcmal
  • Yeniliklər
  • Saxlanmışlar
  • İzlənən sahələr
  • Axtarış
SƏNƏDLƏR
  • Məcəllələr
  • Qanunlar
  • Parametrlər
  • Çıxış
Daxil olQeydiyyat
Qanunvericilik aktlarıVətəndaşların müraciətləri haqqında

Vətəndaşların müraciətləri haqqında

Qüvvədədir
Versiyalar
1
Dəyişikliklər
3
Anlayışlar
14
Səlahiyyətlər
5

Metadata

Mənbə
Milli Məclis(parliament)
Sitat
1308-IVQ
Qüvvəyə minmə
2015-11-14
Sahə
—
Növ
standalone
e-qanun ID
31281

Dəyişiklik tarixçəsi (1)

Qüvvəyə minmə tarixi üzrə versiyalar
  1. v110.06.202611 dəyişiklik
    “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Bu qanuna dəyişikliklər (3)

10 Jun 2026president_az

“Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Vətəndaşların müraciətləri haqqında Qanunda dəyişikliklər vətəndaşların müraciət verməsi prosesini genişləndirdi: elektron müraciətlər artıq Elektron Hökumət İnformasiya Sistemi (EHİS) vasitəsilə də təqdim edilə bilər, elektron imza tələbi dəqiqləşdirildi. Müraciətlərin qəbulu və cavablandırılması qaydaları daha ətraflı müəyyən edildi, o cümlədən anonim müraciətlərin tanınması şərtləri və elektron cavab verməyin qaydaları. Vətəndaşlar artıq elektron imza ilə qeydiyyatdan keçərək və ya rəsmi internet informasiya ehtiyatında qeydiyyat olunmaqla qəbula yazıla bilərlər.

Hədəf qanunlar: Vətəndaşların müraciətləri haqqında
İnzibati
11 əməliyyat · 11 tətbiq edilmiş
10 Jun 2026president_az

“Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 26 may tarixli 415-VIIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 23 iyun tarixli 950 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət və bələdiyyə orqanlarında, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında vətəndaşların müraciətləri ilə bağlı kargüzarlığın aparılması Qaydası”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Dövlət və bələdiyyə orqanları vətəndaşların elektron müraciətlərinə cavab vermə üsullarını genişləndirdi: artıq elektron ünvan, poçt ünvanı və ya Elektron Hökumət İnformasiya Sistemi (EHİS) vasitəsilə cavab verə bilərlər. Vətəndaşlar müraciət qeydiyyatını qəbul otağında, rəsmi internet informasiya ehtiyatında və ya EHİS üzərindən üç fərqli yolla edə bilərlər, bu da prosesi daha rahat edir.

Hədəf qanunlar: Vətəndaşların müraciətləri haqqında, “Dövlət və bələdiyyə orqanlarında, dövlət və ya bə…
Kommersiyaİnzibati
5 əməliyyat · 3 tətbiq edilmiş

Səlahiyyətlər (5)

Maddələrdəki səlahiyyətli orqanların həlli
Maddə 5.81 həll
  • →Azərbaycan Respublikasının Nazirlər Kabineti
Maddə 7.21 həll
  • →Azərbaycan Respublikasının Prezidenti
Maddə 12.71 həll
  • →Azərbaycan Respublikasının Prezidenti
Maddə 13.21 həll
  • →Azərbaycan Respublikasının Prezidenti
Maddə 15.31 həll
  • →Azərbaycan Respublikasının Nazirlər Kabineti

Anlayışlar (14)

Bu qanunda verilən təriflər
müraciət edən şəxsmaddə:3/hissə:3.0/bənd:3.0.1
fiziki və ya hüquqi şəxs
telefon müraciət xidmətimaddə:3/hissə:3.0/bənd:3.0.10
müraciət edənin şifahi müraciətinin qəbulunu, texniki vasitələrin köməyi ilə qeydiyyatını və cavablandırılmasını həyata keçirmək üçün yaradılmış rabitə xidməti
yazılı müraciətmaddə:3/hissə:3.0/bənd:3.0.11
kağız üzərində və ya elektron formada tərtib edilmiş müraciət
elektron müraciətmaddə:3/hissə:3.0/bənd:3.0.12
müraciətə baxan subyektin və ya onun vəzifəli şəxsinin elektron ünvanına göndərilən və ya rəsmi internet saytı vasitəsilə daxil edilən müraciət
kollektiv müraciətmaddə:3/hissə:3.0/bənd:3.0.13
eyni məsələyə dair iki və daha çox şəxsin birgə müraciəti, yaxud ictimai iştirakçılığın həyata keçirilməsi ilə əlaqədar olan müraciətlər
təkrar müraciətmaddə:3/hissə:3.0/bənd:3.0.14
müraciətin bu Qanunla müəyyən edilmiş baxılması müddəti ötdükdə və ya həmin müraciət cavablandırıldıqda eyni şəxsin eyni məsələ ilə bağlı eyni müraciətə baxan subyektə və ya onun vəzifəli şəxsinə göndərdiyi növbəti müraciət
anonim müraciətmaddə:3/hissə:3.0/bənd:3.0.15
müraciətə baxan subyektə və ya onun vəzifəli şəxsinə vətəndaşın soyadı, adı, atasının adı, ünvanı, şəxsi və ya elektron imzası (hüquqi şəxslərə münasibətdə hüquqi şəxsin adı və hüquqi ünvanı, onun rəhbərinin imzası) olmadan yazılı formada göndərilən müraciət
müraciətə baxan subyektmaddə:3/hissə:3.0/bənd:3.0.6
fiziki və hüquqi şəxslərin müraciətlərinə baxmaq və qərar qəbul etmək səlahiyyəti olan dövlət və bələdiyyə orqanları, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslər və büdcə təşkilatları
müraciətə baxan subyektin canlı yayımlanan televiziya və radio proqramındakı nümayəndəsimaddə:3/hissə:3.0/bənd:3.0.7
müraciətə baxan subyektin razılığı ilə onu həmin proqramda təmsil edən vəzifəli şəxs
müraciətə baxan subyektin vəzifəli şəxsimaddə:3/hissə:3.0/bənd:3.0.8
müraciətə baxan subyektin rəhbəri, dövlət orqanında inzibati vəzifə tutan və hakimiyyət səlahiyyətləri olan şəxs, digər müraciətə baxan subyektlərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər
şifahi müraciətmaddə:3/hissə:3.0/bənd:3.0.9
vətəndaşların fərdi və kollektiv qəbulu zamanı və ya müraciətə baxan subyektin nümayəndəsinin iştirakı ilə canlı yayımlanan televiziya və radio proqramları zamanı, habelə telefon müraciət xidməti vasitəsilə edilən müraciət
təklifdaxilimaddə:3/hissə:3.0/bənd:3.0.3
qanunların və digər normativ hüquqi aktların təkmilləşdirilməsi, dövlət və bələdiyyə orqanlarının və digər müraciətə baxan subyektlərin fəaliyyətinin yaxşılaşdırılması, elm, təhsil, mədəniyyət, hüquq, sosial-iqtisadi, yaradıcılıq və başqa sahələrlə bağlı məsələlərin həlli barədə edilən müraciət
ərizədaxilimaddə:3/hissə:3.0/bənd:3.0.4
hüquq və azadlıqların həyata keçirilməsi ilə bağlı tələbləri nəzərdə tutan müraciət
şikayətdaxilimaddə:3/hissə:3.0/bənd:3.0.5
pozulmuş hüquq və azadlıqların bərpası və müdafiəsi ilə bağlı tələbləri nəzərdə tutan müraciət

Mətn

← Bütün qanunlar