Kinematoqrafiya haqqında
QüvvədədirMetadata
- Mənbə
- Milli Məclis(parliament)
- Sitat
- 515-IQ
- Qüvvəyə minmə
- 1998-07-03
- Sahə
- sports_culture
- Növ
- standalone
- e-qanun ID
- 3297
Dəyişiklik tarixçəsi (2)
Qüvvəyə minmə tarixi üzrə versiyalarBu qanuna dəyişikliklər (5)
“Kinematoqrafiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 27 fevral tarixli 364-VIIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin “Kinematoqrafiya haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 1998-ci il 19 avqust tarixli 750 nömrəli Fərmanında dəyişiklik edilməsi, “Kinematoqrafiya haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi ilə əlaqədar əlavə tədbirlər haqqında” 2001-ci il 4 iyul tarixli 526 nömrəli Fərmanının ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 16 mart tarixli 621 nömrəli Fərmanının icrasının təmin edilməsi haqqında
“Kinematoqrafiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 27 fevral tarixli 36…
“Kinematoqrafiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 27 fevral tarixli 364-VIIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin “Kinematoqrafiya haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 1998-ci il 19 avqust tarixli 750 nömrəli Fərmanında dəyişiklik edilməsi, “Kinematoqrafiya haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi ilə əlaqədar əlavə tədbirlər haqqında” 2001-ci il 4 iyul tarixli 526 nömrəli Fərmanının ləğv edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Prezident 27 fevral 2026-cı il tarixli 364-VIIQD nömrəli Qanunun tətbiqini təmin etmək üçün "Kinematoqrafiya haqqında" Qanunla bağlı tənzimləmələri dəyişdirdi və 1998-ci ildən bəri qüvvədə olan əvvəlki fərmanları yeniləndi. Bu dəyişikliklər kinematoqrafiya sənayesinin fəaliyyətini tənzimləyən qaydaları müasirləşdirərək, 2001-ci ildən bəri qüvvədə olan köhnə fərmanı ləğv etdi.
“Kinematoqrafiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikası kinematoqrafiya qanununda əsas dəyişikliklər edilmişdir. Qanun milli film, xarici film, birgə istehsal filmi kimi yeni anlayışları əlavə edir və film istehsalının mərhələlərini (hazırlıq, çəkilişi, tamamlanması) aydın müəyyən edir. Dövlət himayəsinin formaları genişləndirilmiş, xarici prodüserləri Azərbaycan ərazisində film çəkməyə cəlb etmək üçün təşviqedici tədbirlər və xərclərinin qismən geri ödənilməsi nəzərdə tutulmuşdur.
“Kinematoqrafiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikası Kinematoqrafiya Qanununda əsas dəyişikliklər edilmişdir. Qanuna milli film, xarici film, birgə istehsal filmi kimi yeni anlayışlar əlavə olunmuş, film istehsalının mərhələləri (hazırlıq, çəkilişi, tamamlanması) aydın şəkildə müəyyən edilmişdir. Dövlət himayəsinin formaları genişləndirilmiş, xarici prodüserləri Azərbaycan ərazisində film çəkməyə cəlb etmək üçün təşviqedici tədbirlər və xərclərinin qismən geri ödənilməsi sistemi tətbiq edilmişdir.
“Media haqqında” Azərbaycan Respublikasının 2021-ci il 30 dekabr tarixli 471-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu
Reklam haqqında Qanunda dəyişikliklər edən bu qanun, media kontentində istifadə olunan "verilişlər" terminini "proqramlar" ilə əvəz etməklə terminologiyanı vahidləşdirir. Dəyişikliklər energetik içkilər, alkoqollu içkilər və sponsor reklamı ilə bağlı qadağaları, habelə reklam yayımlanması zamanı səs səviyyəsi tələblərini tənzimləyən müddəaları əhatə edir. Bu dəyişikliklər 2024-cü il mayında qüvvəyə minir və media şirkətləri, reklam agentlikləri və yayım operatorlarını birbaşa əlaqələndirir.
Səlahiyyətlər (7)
Maddələrdəki səlahiyyətli orqanların həlli- →Azərbaycan Respublikasının Prezidenti
- →Azərbaycan Respublikasının Nazirlər Kabinetitəyinat
- →Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyitəyinat
- →Azərbaycan Respublikasının Prezidenti
- →Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyitəyinat
- →Azərbaycan Respublikasının Prezidenti
- →Azərbaycan Respublikasının Nazirlər Kabinetitəyinat
Anlayışlar (21)
Bu qanunda verilən təriflər- filmin çəkilişinin tamamlanmasıfəsil:1/maddə:1/abzas:10
- çəkilmiş kadrların redaktəsini, filmin vizual, səs və rəng işləmələrini, effekt, titr və qrafik tərtibatını əhatə edən proses
- kinosalnaməfəsil:1/maddə:1/abzas:11
- audiovizual vasitələrlə dövrün səciyyəvi xüsusiyyətlərini və xalqın tarixini özündə əks etdirən və müntəzəm çəkilən sənədli süjetlər
- filmin yayımıfəsil:1/maddə:1/abzas:12
- filmin müxtəlif forma və vasitələrlə yayılması
- filmin nümayişifəsil:1/maddə:1/abzas:13
- filmin kinozalda, peyk, kabel yayımları və başqa texniki vasitələrlə kütləvi nümayişi
- filmin quruluşçu rejissorufəsil:1/maddə:1/abzas:14
- filmin yaradılması ilə bağlı yaradıcılıq və istehsalat işini idarə edən və filmin bədii-ideya mənasını müəyyənləşdirən peşəkar yaradıcı şəxs
- filmin prodüserifəsil:1/maddə:1/abzas:15
- filmin maliyyələşdirilməsini, istehsalını və yayımını öhdəsinə götürən hüquqi və ya fiziki şəxs
- yerli prodüserfəsil:1/maddə:1/abzas:16
- Azərbaycan Respublikasının vətəndaşı və ya qanunla müəyyən olunmuş qaydada Azərbaycan Respublikasında dövlət qeydiyyatından keçmiş hüquqi şəxs olan prodüser
- xarici prodüserfəsil:1/maddə:1/abzas:17
- əcnəbi və ya vətəndaşlığı olmayan şəxs və ya xarici hüquqi şəxs olan prodüser
- filmin çəkiliş qrupufəsil:1/maddə:1/abzas:18
- bilavasitə filmin istehsalı ilə məşğul olan yaradıcı, texniki və inzibati işçilərdən ibarət heyət
- kinozalfəsil:1/maddə:1/abzas:19
- filmin nümayiş edildiyi yer
- kinematoqrafiya müəssisəsifəsil:1/maddə:1/abzas:20
- təşkilati-hüquqi formasından asılı olmayaraq, fəaliyyət növlərinə görə film istehsalı, kinosalnamə çəkilişi, filmin çoxaldılması, bərpası, yayımı və nümayişi, kinozala texniki xidmət, kino materiallarının və avadanlığının hazırlanması, film, kinosalnamə istehsalı üzrə işlərin görülməsi və xidmət göstərilməsi (kino avadanlığının kirayəyə verilməsi, pavilyonların, kino komplekslərinin icarəyə verilməsi, kostyumların tikilişi, dekorasiyaların qurulması, qrimin, parik məmulatının, rekvizitin, oyun texnikasının, xüsusi effektlərin hazırlanması, kinolentlərin emalı, filmin səs düzümü və s.), kinematoqrafiya sahəsində tədris, elmi, təbliğai, nəşriyyat, reklam-təbliğat və təchizat, filmin və kinosalnamənin yekun materiallarının mühafizəsi ilə məşğul olan müəssisə
- kinematoqrafiya ictimai birliyifəsil:1/maddə:1/abzas:21
- yaradıcılıq və sosial problemlərin həlli məqsədilə ittifaq, birlik, gildiya, assosiasiya və başqa qurumlarda kinematoqrafçıların birləşdikləri yaradıcı və ya peşəkar ictimai birlik
- filmin ilkin materiallarıfəsil:1/maddə:1/abzas:22
- filmin çoxaldılması üçün lazım olan neqativ, kontratip, filmin nəzarət nüsxəsi, dialoq, monoloq, replika, səs və səs effektlərinin maqnit fonoqramlarının orijinalı
- filmin çoxaldılmasıfəsil:1/maddə:1/abzas:23
- istənilən maddi formada (kinolent, video və digər daşıyıcılar üzərində) filmin bir və ya daha artıq nüsxəsinin hazırlanması
- debüt filmlərfəsil:1/maddə:1/abzas:24
- kinematoqrafiya sahəsində peşəkar yaradıcı işçinin ilk yaradıcılıq işi
- milli filmfəsil:1/maddə:1/abzas:4
- xarici film hesab edilməyən və bu Qanunun 4-cü maddəsində göstərilən tələblərə cavab verən film
- xarici filmfəsil:1/maddə:1/abzas:5
- bütövlükdə xarici prodüser (prodüserlər) tərəfindən istehsal edilən film
- birgə istehsal filmifəsil:1/maddə:1/abzas:6
- yerli və xarici prodüserlərin birgə istehsal etdikləri və milli film hesab edilməyən film
- film istehsalıfəsil:1/maddə:1/abzas:7
- film çəkilişinə hazırlıq, film çəkilişi və film çəkilişinin tamamlanması mərhələlərini özündə əhatə edən proses
- film çəkilişinə hazırlıqfəsil:1/maddə:1/abzas:8
- filmin ideyasının yaranması, konsepsiyasının hazırlanması, ssenarisinin yazılması və film çəkilişi məqsədi ilə digər inzibati və texniki məsələlərin həlli ilə əlaqədar işləri əhatə edən proses
- film çəkilişifəsil:1/maddə:1/abzas:9
- filmin bilavasitə kinolentə və ya digər daşıyıcıya çəkilişini təmin edən fəaliyyətləri əhatə edən proses