QANUNÇU
ƏSAS
  • İcmal
  • Yeniliklər
  • Saxlanmışlar
  • İzlənən sahələr
  • Axtarış
SƏNƏDLƏR
  • Məcəllələr
  • Qanunlar
  • Parametrlər
  • Çıxış
QANUNÇU
ƏSAS
  • İcmal
  • Yeniliklər
  • Saxlanmışlar
  • İzlənən sahələr
  • Axtarış
SƏNƏDLƏR
  • Məcəllələr
  • Qanunlar
  • Parametrlər
  • Çıxış
Daxil olQeydiyyat
YeniliklərKinematoqrafiya haqqında
Rəsmi mənbə

“Kinematoqrafiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 27 fevral tarixli 364-VIIQD…

AktivNöv: Fərman·Qəbul edən orqan: AZERTAG·Dərc tarixi: 16 Mar 2026

Aktın mətni

1. Müəyyən edilsin ki:

1.1. "Kinematoqrafiya haqqında" Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin birinci və üçüncü hissələrində, 10-cu maddəsinin birinci hissəsində və 13-cü maddəsinin üçüncü hissəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

1.2. həmin Qanunun 7-ci və 13-cü maddələrinin üçüncü hissələrində "orqan (qurum)" dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur;

1.3. həmin Qanunun 7-ci və 10-cu maddələrinin birinci hissələrində "orqan (qurum)" dedikdə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi nəzərdə tutulur.

2. "Kinematoqrafiya haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 19 avqust tarixli 750 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 8, maddə 500 (Cild I) 2-ci hissəsi aşağıdakı redaksiyada verilsin:

"2. Müəyyən edilsin ki:

2.1. "Kinematoqrafiya haqqında" Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin birinci və üçüncü hissələrində, 10-cu maddəsinin birinci hissəsində və 13-cü maddəsinin üçüncü hissəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

2.2. həmin Qanunun 7-ci və 13-cü maddələrinin üçüncü hissələrində "orqan (qurum)" dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur;

2.3. həmin Qanunun 7-ci və 10-cu maddələrinin birinci hissələrində "orqan (qurum)" dedikdə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi nəzərdə tutulur.".

3. "Kinematoqrafiya haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi ilə əlaqədar əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 4 iyul tarixli 526 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 7, maddə 463 (Cild I) ləğv edilsin.

Əvvəlki yenilik
Qazaxıstan Respublikasının Prezidenti Zati-aliləri cənab Kasım-Jomart Tokayevə
Növbəti yenilik
“Kinematoqrafiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu