QANUNÇU
ƏSAS
  • İcmal
  • Yeniliklər
  • Saxlanmışlar
  • İzlənən sahələr
  • Axtarış
SƏNƏDLƏR
  • Məcəllələr
  • Qanunlar
  • Parametrlər
  • Çıxış
QANUNÇU
ƏSAS
  • İcmal
  • Yeniliklər
  • Saxlanmışlar
  • İzlənən sahələr
  • Axtarış
SƏNƏDLƏR
  • Məcəllələr
  • Qanunlar
  • Parametrlər
  • Çıxış
Daxil olQeydiyyat
YeniliklərDəyişiklik
Rəsmi mənbə

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 noyabr tarixli 447 nömrəli Qərarı ilə təsdiq edilmiş “Tibb müəssisələrinin akkreditasiyası Qaydası”nda dəyişiklik edilməsi haqqında

AktivNöv: Qərar·Nömrə: №209·Qəbul edən orqan: Nazirlər Kabineti·Dərc tarixi: 9 iyul 2026·Qüvvəyə minmə: 1 yanvar 2028qüvvəyə minəcək— Təxirə salınmış qüvvəyəminmə

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, "Tibb Müəssisələrinin Akkreditasiyası və Keyfiyyətə Nəzarət Mərkəzinin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 15 may tarixli 62 nömrəli Fərmanının 4.1-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 noyabr tarixli 447 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 11, maddə 1391 (Cild I); 2024, № 5 (II kitab), maddə 611) ilə təsdiq edilmiş "Tibb müəssisələrinin akkreditasiyası Qaydası" yeni redaksiyada verilsin (əlavə olunur).

2. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi:

2.1. bu Qərarın 1-ci hissəsində nəzərdə tutulan Qaydanın 1.2.3-cü yarımbəndində və 4.4-cü, 4.18-ci, 4.26-cı bəndlərində nəzərdə tutulan normativ hüquqi aktları bu Qərarın 3-cü hissəsi nəzərə alınmaqla doqquz ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin;

2.2. bu Qərardan irəli gələn digər məsələləri həll etsin.

3. Bu Qərarın 1-ci hissəsi 2028-ci il yanvarın 1-dən qüvvəyə minir

İmza

Əli Əsədov

Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, 9 iyul 2026

Sənəd nömrəsi

№209

Əvvəlki yenilik
“Azərbaycan Respublikası Hökuməti ilə Gürcüstan Hökuməti arasında təbii qazın Gürcüstana təchizatı barədə Saziş”in təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Növbəti yenilik
Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində “Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi”nin və “Geodeziya və Kartoqrafiya Agentliyi”nin strukturu, işçilərinin say həddi və əməkhaqlarının məbləğinin (vəzifə maaşının, vəzifə maaşına əlavələrin, mükafatların və digər ödənişlərin) təsdiq edilməsi haqqında