Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, "Bir sıra dövlət qurumlarının fəaliyyətinin təkmilləşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 20 fevral tarixli 599 nömrəli Fərmanının 4.5-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. "Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində "Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi"nin strukturu" təsdiq edilsin (əlavə olunur).
2. "Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində "Geodeziya və Kartoqrafiya Agentliyi"nin strukturu" təsdiq edilsin (əlavə olunur).
3. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində "Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi"nin aparatının işçilərinin say həddi 44 ştat vahidi, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində "Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi"nin Geologiya və Rəqəmsal Müşahidə Mərkəzinin işçilərinin say həddi 46 ştat vahidi, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində "Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi"nin regional ərazi şöbələrinin işçilərinin say həddi 30 ştat vahidi və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində "Geodeziya və Kartoqrafiya Agentliyi"nin işçilərinin say həddi 200 ştat vahidi olmaqla təsdiq edilsin.
4. "Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində "Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi"nin aparatının işçilərinin əməkhaqlarının məbləği (vəzifə maaşı, vəzifə maaşlarına əlavələr, mükafatlar və digər ödənişlər)" təsdiq edilsin (əlavə olunur).
5. "Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində "Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi"nin Geologiya və Rəqəmsal Müşahidə Mərkəzinin və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində "Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi"nin regional ərazi şöbələrinin işçilərinin əməkhaqlarının məbləği (vəzifə maaşı, vəzifə maaşlarına əlavələr, mükafatlar və digər ödənişlər)" təsdiq edilsin (əlavə olunur).
6. "Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində "Geodeziya və Kartoqrafiya Agentliyi"nin işçilərinin əməkhaqlarının məbləği (vəzifə maaşı, vəzifə maaşlarına əlavələr, mükafatlar və digər ödənişlər)" təsdiq edilsin (əlavə olunur)
Əli Əsədov
Azərbaycan Respublikasının Baş naziri
Bakı şəhəri, 9 iyul 2026
Sənəd nömrəsi
№208