Azərbaycan Respublikasının bütün ərazisində geodeziya, qravimetriya, topoqrafiya, kartoqrafiya və kadastr işlərində yeni koordinat sisteminin istifadəsi üçün Nazirlər Kabinetinin qərarlarında dəyişikliklər edilir. Bu dəyişikliklər Prezidentin 2025-ci il 19 iyul tarixli 668 nömrəli Sərəncamının icrasını təmin etmək məqsədilə həyata keçirilir. Dəyişikliklər geodeziya fəaliyyətinə nəzarət, məlumatlardan istifadə ödənişləri və Dövlət Kadastrının aparılması qaydalarına aiddir.
1 dəyişiklikdən 1-si maddə-maddə izlənir.
Aşağıdakı dəyişikliklər mənbə sənəddə var, lakin yuxarıdakı maddə-maddə izləmədə tam göstərilmir. Mənbədəki ifadəsi olduğu kimi verilir.
3.2-ci bəndin birinci abzasında "müxtəlif koordinat sistemləri" sözləri "UTM-ə (xəritə proyeksiyasına) əsaslanan WGS-84 (beynəlxalq koordinat sistemi)" sözləri ilə əvəz edilsin;
3.3-cü bəndin üçüncü abzası ləğv edilsin;
3.6-cı bənddə "sahəvi və milli koordinat sistemlərində aparılmaqla, beynəlxalq koordinat sistemlərinə uyğunlaşdırılır" sözləri "UTM-ə (xəritə proyeksiyasına) əsaslanan WGS-84-də (beynəlxalq koordinat sistemində) aparılır" sözləri ilə əvəz edilsin.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 7 dekabr tarixli 232 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 12, maddə 801 (Cild I) ilə təsdiq edilmiş "Geodeziya və kartoqrafiya materiallarından istifadəyə görə ödəmə dərəcələri"nin "İstehlakçının birdəfəlik sifarişi (tələbnaməsi) əsasında materialların seçilməsi, ayrılması ilə əlaqədar xidmətlər və işlər" bölməsinin 9-cu hissəsinin üçüncü abzasının sonunda nöqtəli vergül işarəsi qoyulsun və aşağıdakı məzmunda dördüncü abzas əlavə edilsin: "• obyektlərin UTM-ə (xəritə proyeksiyasına) əsaslanan WGS-84-də (beynəlxalq koordinat sistemində) olan coğrafi və geodezik koordinatları".
10.14-cü bənddə "istənilən koordinat sistemlərindəki" sözləri "UTM-ə (xəritə proyeksiyasına) əsaslanan WGS-84-dəki (beynəlxalq koordinat sistemindəki)" sözləri ilə əvəz edilsin;