QANUNÇU
ƏSAS
  • İcmal
  • Yeniliklər
  • Saxlanmışlar
  • İzlənən sahələr
  • Axtarış
SƏNƏDLƏR
  • Məcəllələr
  • Qanunlar
  • Parametrlər
  • Çıxış
QANUNÇU
ƏSAS
  • İcmal
  • Yeniliklər
  • Saxlanmışlar
  • İzlənən sahələr
  • Axtarış
SƏNƏDLƏR
  • Məcəllələr
  • Qanunlar
  • Parametrlər
  • Çıxış
Daxil olQeydiyyat
YeniliklərQanunvericilik aktları
Rəsmi mənbə

“Hava limanları və aerodromların təhlükəsizlik zonalarında binaların, qurğuların və obyektlərin yerləşdirilməsinə razılıq verilməsi Qaydası”nın təsdiq edilməsi…

AktivNöv: Fərman·Qəbul edən orqan: AZERTAG·Dərc tarixi: 17 Apr 2026

Aktın mətni

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2026-cı il " 17 " aprel tarixli 108 nömrəli Qərarı ilə təsdiq edilmişdir. Hava limanları və aerodromların təhlükəsizlik zonalarında binaların, qurğuların və obyektlərin yerləşdirilməsinə razılıq verilməsi QAYDASI

1. Ümumi müddəalar

1.1. Bu Qayda "Aviasiya haqqında" Azərbaycan Respublikası Qanununun (bundan sonra — Qanun) 11.4-cü maddəsinə, "Beynəlxalq Mülki Aviasiya haqqında" 1944-cü il 7 dekabr tarixli Konvensiya (bundan sonra — Konvensiya) və Konvensiyaya 14 nömrəli Əlavə - "Aerodromlar" (Cild 1, Cild 2) (bundan sonra — Konvensiyaya 14 nömrəli Əlavə), Beynəlxalq Mülki Aviasiya Təşkilatının beynəlxalq standartlarına və tövsiyə olunan təcrübəsinə, həmçinin "Doc 9137, 6-cı hissə, maneələrə nəzarət" sənədinə uyğun olaraq hazırlanmışdır.

1.2. Bu Qayda hava limanları və aerodromların təhlükəsizlik zonaları daxilində tikintisinə icazə tələb olunan binaların, qurğuların və obyektlərin yerləşdirilməsinə mülki aviasiyaya münasibətdə Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Dövlət Mülki Aviasiya Agentliyi, dövlət aviasiyasına münasibətdə isə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi (bundan sonra — aidiyyəti qurumlar) tərəfindən razılıq verilməsinə dair tələbləri müəyyən edir.

1.3. Hava gəmilərinin uçuşlarının təhlükəsizliyi məqsədilə sertifikatlaşdırılmış hava limanlarının (və ya aerodromların), o cümlədən yeni hava limanlarının (və ya aerodromların) istismarçıları tərəfindən hava limanları və aerodromların təhlükəsizlik zonasını müəyyən edən maneə sxemləri (xəritələr) hazırlanır. Maneə sxemləri hazırlandıqdan sonra təsdiq edilməsi üçün 5 (beş) gün müddətində aidiyyəti qurumlara təqdim edilir.

1.4. Aidiyyəti qurumlar tərəfindən təsdiq edilmiş maneə sxemləri (xəritələri) Bakı şəhəri və "Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında" Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 7 iyul tarixli 1386 nömrəli Fərmanının 1.6-cı və 1.13-cü bəndləri ilə müəyyən edilmiş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının əhatə etdiyi şəhər və rayonların inzibati əraziləri üzrə Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə, digər inzibati ərazi vahidləri üzrə yerli icra hakimiyyət orqanlarına, həmçinin Azərbaycan Respublikası Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamına verilmiş torpaq sahəsində bu qurumun sərəncamında olduğu müddətdə həyata keçirilən tikinti niyyətlərinə münasibətdə həmin Agentliyə bu Qaydanın 3.1-ci bəndində göstərilən sorğunun göndərilməsinin təmini üçün təqdim edilir.

1.5. Sertifikatlaşdırılmış hava limanlarında (və ya aerodromlarda) dəyişikliklər olduğu halda təsdiqlənmiş maneə sxemlərinə (xəritələrinə) dair dəyişikliklər bu Qaydanın 1.3-cü bəndinə uyğun olaraq aparılır.

2. Əsas anlayışlar

2.1. Bu Qaydada istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:

2.1.1. aerodromun nəzarət nöqtəsi — aerodromun coğrafi mövqeyini müəyyən edən nöqtə;

2.1.2. hava limanları və aerodromların təhlükəsizlik zonası — aerodrom nəzarət nöqtəsindən başlayaraq enmə və qalxma istiqamətləri boyunca 15 km məsafə nəzərə alınmaqla, maneə sxemlərinə (xəritəyə) əsasən müəyyən edilən ərazi;

2.1.3. maneə sxemi (xəritə) — uçuş-enmə zolağının təsnifatına uyğun bu Qaydanın 2.1.4-cü yarımbəndinin tələbləri nəzərə alınmaqla maneələrin məhdudlaşdırıcı səthləri əsasında hazırlanmış kartoqrafik və geoməkan məlumatlarını özündə əks etdirən sənəd;

2.1.4. maneələrin məhdudlaşdırıcı səthləri — hava gəmilərinin təhlükəsiz uçuş əməliyyatlarını təmin etmək məqsədilə forma və ölçüləri Konvensiyaya 14 nömrəli Əlavənin 4-1-ci və 4-2-ci cədvəl və sxemləri ilə müəyyən edilmiş, maneələrin hündürlüyünə və yerləşməsinə məhdudiyyətlər tətbiq olunan səthlər;

2.1.5. bina, qurğu və obyektləri uçuşların təhlükəsizliyi üzrə qiymətləndirmə (bundan sonra - uçuşların təhlükəsizliyi üzrə qiymətləndirmə) — hava limanları və aerodromların təhlükəsizlik zonasında yerləşdirilməsi planlaşdırılan bina, qurğu və obyektlərin hava gəmisinin təhlükəsiz istismarına mümkün təsirinin müəyyən olunması məqsədilə aidiyyəti qurumlar tərəfindən aparılan texniki təhlil və aeronaviqasiya qiymətləndirməsi;

2.2. Bu Qaydada istifadə olunan digər anlayışlar Qanunda, Konvensiyada (və onun əlavələrində) və Azərbaycan Respublikasının digər normativ hüquqi aktları ilə müəyyənləşdirilmiş mənaları ifadə edir.

3. Binaların, qurğuların və obyektlərin yerləşdirilməsinə dair razılığın verilməsi

3.1. Bu Qaydanın 1.2-ci bəndində müəyyən olunmuş razılığın verilməsi məqsədilə tikintiyə icazə verən orqan barəsində icazə tələb olunan bina, qurğu və obyektlər bu Qaydanın 1.4-cü bəndinə əsasən təqdim edilən maneə sxemində (xəritədə) müəyyən edilən ölçü və limitləri keçdiyi halda Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin (bundan sonra — Məcəllə) 75.5.2-ci və 75.16-cı maddələrinin tələblərinə uyğun olaraq rəy bildirilməsi üçün sorğu göndərilməsini təmin edir.

3.2. Aidiyyəti qurumlar tərəfindən bu Qaydanın 3.1-ci bəndində nəzərdə tutulmuş sorğuya əsasən Məcəllənin 75.3-cü maddəsinə uyğun olaraq təqdim edilmiş sənədlər üzrə aşağıdakı məlumatlar təhlil olunur və uçuşların təhlükəsizliyi üzrə qiymətləndirmə aparılır:

3.2.1. binaların, qurğuların və ya obyektlərin adı və (və ya) təyinatı (yaşayış binası, istehsalat binası, idman kompleksi, istilikxana, ticarət kompleksi, heyvandarlıq ferması, məişət tullantıları poliqonu, radioötürücü qüllə və s);

3.2.2. binaların, qurğuların və ya obyektlərin xarici ölçüləri (üfüqi və şaquli) konstruksiya quruluşu və (və ya) tikintidə istifadə edilən qurğular, avadanlıqlar və mexanizmlərin qabaritləri də daxil olmaqla (o cümlədən inşaat kranlarının hündürlüyü);

3.2.3. Ümumdünya Geodeziya Sistemi — "WGS-84" üzrə "DD°MM'SS. s" formatında obyektin coğrafi koordinatları haqqında informasiya;

3.2.4. binaların, qurğuların və ya obyektlərin maksimum hündürlüyü;

3.2.5. tikinti ərazisinin orta dəniz səviyyəsinə nisbətən hündürlüyü;

3.2.6. binaların, qurğuların və ya obyektlərin istismarı zamanı tüstü və ya buxar tullantılarının planlaşdırılması;

3.2.7. binaların, qurğuların və ya obyektlərin istismarı zamanı zərərli maddələrin, aşındırıcı, radioaktiv buxarların atmosferə buraxılması;

3.2.8. xüsusi işıqlandırma sistemləri (mövcud olduqda);

3.2.9. elektromaqnit sahələri yaradan güc elektrik cihazlarının olması;

3.2.10. quşların kütləvi toplanmasına səbəb olan fəaliyyətlər (o cümlədən dəyirmanlar, silos quyuları, saxlanclar, anbarlar, yeraltı anbarlar, poliqonlar üzrə);

3.2.11. istismarı nəzərdə tutulan binaların, qurğuların və ya obyektlərin konstruktiv quruluşunun ətraflı təsviri (istifadə olunan materiallar göstərilməklə);

3.2.12. miqyaslı xəritədə və ya sxemdə binaların, qurğuların və ya obyektlərin küçələrə (binalar, qurğular və ya obyektlər yaşayış məntəqəsində yerləşdirilərkən) və ya yaşayış məntəqələrinə (binaların, qurğuların və ya obyektlərin yaşayış məntəqəsindən kənarda yerləşdirildiyi zaman) nəzərən vəziyyəti;

3.2.13. mühəndis-kommunikasiya təminatı sistemi (obyektin adı, təyinatı, xüsusiyyətləri və hündürlüyü).

3.3. Aidiyyəti qurumlar tərəfindən bu Qaydanın 3.1-ci bəndində göstərilən sorğuya rəy bildirilməsi Məcəllənin 75.7-ci maddəsində müəyyən edilən müddətdə həyata keçirilir. Bu müddət ərzində rəy bildirilmədikdə, tikintiyə icazə verən orqan iradların olmaması prezumpsiyasından çıxış edir.

3.4. Uçuşların təhlükəsizliyi üzrə qiymətləndirmənin nəticəsinə uyğun olaraq binalar, qurğular və ya obyektlərin yerləşdirilməsinə dair razılığın verilməsindən aşağıdakı hallarda imtina edilir:

3.4.1. uçuşların təhlükəsizliyinə təsir göstərildikdə, hava gəmisi ilə toqquşma ehtimalı olduqda;

3.4.2. aeronaviqasiya avadanlıqlarına, aeronaviqasiya siqnallarının qəbuluna maneə yaratdıqda, həmçinin obyektin işıqlandırma sistemləri vizual naviqasiyaya və uçuş heyətinin görmə qabiliyyətinə mənfi təsir göstərdikdə;

3.4.3. obyektin fəaliyyətinin quşların kütləvi toplanmasına şərait yaratma ehtimalı və bu hal hava gəmilərinin quşlarla toqquşma riskini artırdıqda.

3.5. İmtina Azərbaycan Respublikasının aviasiya haqqında qanunvericiliyinə və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq sənədlərə istinad olunaraq onların pozulan tələbləri dəqiq göstərilməklə əsaslandırılmalıdır. Qiymətləndirmə zamanı imtinaya əsas olmayan hallarda müraciətə dair razılıq verilir.

3.6. Aidiyyəti qurumlar tərəfindən bu Qaydanın 3.2-ci bəndində qeyd olunan məlumatların təhlili ilə bağlı qiymətləndirmə aparılan müddət ərzində bu fəaliyyətə əlavə ekspertlər və mütəxəssislər cəlb edilə bilər.

_______________________

Əvvəlki yenilik
“Ali təhsilin bakalavriat, əsas (baza ali) tibb təhsili, magistratura və rezidentura səviyyələri üzrə ixtisasların təsnifatının təsdiq edilməsi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Ali təhsilin magistratura səviyyəsi üzrə ixtisasların (ixtisaslaşmaların) Təsnifatı”nın, “Rezidenturada həkim-mütəxəssis hazırlığı aparılan ixtisasların Təsnifatı”nın və “Azərbaycan Respublikası Nazirlər Kabinetinin qüvvədən düşmüş bəzi qərarlarının Siyahısı”nın təsdiq edilməsi haqqında” 2011-ci il 14 iyun tarixli 95 nömrəli, “Ali təhsilin bakalavriat (əsas (baza ali) tibb təhsili) səviyyəsi üzrə ixtisasların (proqramların) Təsnifatı”nın təsdiq edilməsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Ali təhsilin bakalavriat səviyyəsi ixtisaslarının (proqramlarının) Təsnifatı”nın təsdiq edilməsi haqqında” 2009-cu il 12 yanvar tarixli 8 nömrəli, “Ali təhsilin bakalavriat və magistratura səviyyələri üzrə bəzi ixtisasların (ixtisaslaşmaların) Təsnifatı”nın təsdiq edilməsi haqqında” 2011-ci il 31 oktyabr tarixli 177 nömrəli və “Ali təhsil pilləsində tibb təhsilinin əsas təhsili üzrə ixtisasların Təsnifatı”nın təsdiq edilməsi və “Ali təhsilin bakalavriat səviyyəsi ixtisaslarının (proqramlarının) Təsnifatı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 12 yanvar tarixli 8 nömrəli Qərarında dəyişikliklər edilməsi barədə” 2012-ci il 24 dekabr tarixli 314 nömrəli qərarlarında dəyişikliklər edilməsi haqqında” 2019-cu il 11 fevral tarixli 45 nömrəli qərarlarında dəyişiklik edilməsi və “Ali təhsilin magistratura səviyyəsi üzrə bəzi ixtisasların (ixtisaslaşmaların) Təsnifatı”nın təsdiq edilməsi haqqında” 2011-ci il 31 oktyabr tarixli 177 nömrəli Qərarının ləğv edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 2 dekabr tarixli 503 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI
Növbəti yenilik
Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Dövlət büdcəsinin tərtibi və icrası Qaydaları”nın təsdiq edilməsi haqqında” 2004-cü il 24 may tarixli 75 nömrəli , “Avtomobil yolları” Məqsədli Büdcə Fondunun vəsaitinin ölkə ərazisində ümumi istifadədə olan respublika və yerli əhəmiyyətli avtomobil yollarının saxlanması, qorunması və təmiri, habelə avtomobil yollarının layihələndirilməsi, yenidən qurulması və tikintisi ilə bağlı kompensasiyaların ödənilməsi üçün xərclənməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” 2007-ci il 25 yanvar tarixli 13 nömrəli və “Nəqliyyat vasitələrinin utilizasiyası fondunun vəsaitinin formalaşdırılması və istifadə Qaydası”nın təsdiq edilməsi haqqında” 2024-cü il 31 yanvar tarixli 62 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI