Azərbaycan Respublikası Nazirlər Kabineti 2004-cü il 75 nömrəli, 2007-ci il 13 nömrəli və 2024-cü il 62 nömrəli qərarlarında dəyişikliklər etmişdir. Bu dəyişikliklər dövlət büdcəsinin tərtibi və icrası, avtomobil yollarının saxlanması və təmiri, habelə nəqliyyat vasitələrinin utilizasiyası fondunun vəsaitinin istifadəsi ilə bağlı qaydaları tənzimləyir. Dəyişikliklər 2026-cı il aprelin 17-dən qüvvəyə minir.
13 dəyişiklikdən 12-si maddə-maddə izlənir, 1-si mətn halında göstərilir.
Aşağıdakı dəyişikliklər mənbə sənəddə var, lakin yuxarıdakı maddə-maddə izləmədə tam göstərilmir. Mənbədəki ifadəsi olduğu kimi verilir.
2.3-cü bəndin ikinci cümləsindən "mərkəzi və yerli icra hakimiyyəti orqanları və onların struktur bölmələrinə," sözləri çıxarılsın;
aşağıdakı məzmunda 5.5-4-cü bənd əlavə edilsin: "5.5-4. Qanunun 6.4-cü və 6.5-ci maddələrinə uyğun olaraq, dövlət büdcəsində nəzərdə tutulmuş məqsədli büdcə və ehtiyat fondlarından büdcə ili ərzində funksional, iqtisadi və inzibati təsnifata uyğun olaraq yönəldilən vəsaitlərin uçotu həmin vəsaitlərin ayrıldığı məqsədlərə uyğun funksional, iqtisadi və inzibati təsnifat üzrə aparılır.";
birinci abzasa aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin: "Büdcə ili ərzində bu Qaydaların 5.5-ci bəndinə və 5.42-ci bəndinin altıncı abzasına uyğun olaraq dövlət büdcəsinin xərcləri üzrə aparılmış maliyyə əməliyyatları həmin ilin dövlət büdcəsinin icrasına dair aylıq, rüblük və illik hesabatlarda aparılmış dəyişikliyə müvafiq əks etdirilir və bu Qaydaların 3.4.2.17-ci və 3.4.2.18-ci abzaslarına uyğun olaraq təsdiq olunmuş göstəricilərdən kənarlaşma kimi qəbul edilmir.";
aşağıdakı məzmunda üçüncü abzas əlavə edilsin: "Büdcə ili ərzində vahid xəzinə hesabının sərbəst qalığı bu Qaydaların 5.21-1.1–5.21-1.3-cü yarımbəndlərində göstərilən ödənişlər icra edilməklə bu Qaydaların 5.44-cü bəndi ilə müəyyən olunmuş qaydada idarə olunur və (və ya) idarəetməyə verilir.";
5.21-ci bəndin birinci abzası aşağıdakı redaksiyada verilsin: "İlin sonuna bütün xəzinə hesablarının qalıqları (bu Qaydaların 5.21-1.2.2-ci və 5.21-1.2.3-cü abzaslarında nəzərdə tutulmuş vəsaitlərə münasibətdə yalnız onların xərclərinin maliyyələşdirilməsi məqsədilə) vahid xəzinə hesabına köçürülür.";
5.39-cu bənddə "aparırlar" sözü "aparılır" sözü ilə əvəz edilsin;
5.42-ci bəndin beşinci abzasına "Fonduna" sözündən sonra "və Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fonduna" sözləri əlavə edilsin;
aşağıdakı məzmunda 5.45-ci bənd əlavə edilsin: "5.45. "Büdcə ili ərzində yaranan büdcə artıqlığının (profisitin) Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən müəyyən edilən hissəsi həmin Nazirlik tərəfindən Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fonduna köçürülə bilər.";
həmin Qaydaların "Qeyd" hissəsi ləğv edilsin.