Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə Hörmətli cənab Prezident.
Sizi doğum gününüz münasibətilə ürəkdən təbrik edir, Zati-alinizə uzun ömür, möhkəm cansağlığı, yeni-yeni müvəffəqiyyətlər arzulayırıq.
Bu gün Sizin - öz xalqının müdrik liderinin, vətənpərvər və fədakar, görkəmli siyasi xadiminin rəhbərliyi ilə Azərbaycan şanlı zirvələr fəth edir, ölkənin beynəlxalq arenada nüfuzu, etibarı getdikcə artır. Siz xalqına zəfər sevinci bəxş etmiş, ölkəsinə qalib ölkə statusu qazandırmış tarixi şəxsiyyətlərdənsiniz və buna görə də yaddaşlarda, qəlblərdə əbədi yaşayacaqsınız.
Bütün həyatını xalqımızın hərtərəfli inkişafı naminə mübarizələrə həsr etmiş Ümummilli Liderimizin arzuları müdrik siyasi dühanız sayəsində çin olmuş, Azərbaycan dünyaya Günəş kimi doğmuşdur.
Qədirbilən xalqımız, bütün dünya azərbaycanlıları öz əvəzolunmaz liderinə, "dəmir yumruqlu" sərkərdəsinə güvənir və Azərbaycanın işıqlı sabahına, daha sürətli tərəqqisinə məhz Sizin rəhbərliyinizlə irəliləməyin mümkün olduğuna inanır.
Cənab Prezident, Sizinlə fəxr edirik. Allah Sizi qorusun!
Hörmətlə, Fəxrəddin Yarıyev Rusiyanın Stavropol vilayətində fəaliyyət göstərən Azərbaycan Milli Mədəniyyət Mərkəzi "Odlar Yurdu" diaspor təşkilatının rəhbəri