QANUNÇU
ƏSAS
  • İcmal
  • Yeniliklər
  • Saxlanmışlar
  • İzlənən sahələr
  • Axtarış
SƏNƏDLƏR
  • Məcəllələr
  • Qanunlar
  • Parametrlər
  • Çıxış
QANUNÇU
ƏSAS
  • İcmal
  • Yeniliklər
  • Saxlanmışlar
  • İzlənən sahələr
  • Axtarış
SƏNƏDLƏR
  • Məcəllələr
  • Qanunlar
  • Parametrlər
  • Çıxış
Daxil olQeydiyyat
YeniliklərYeni akt
Rəsmi mənbə

“Cinayət mühakimə icraatında prosessual sənədin verilməsi barədə qəbzlərin formaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

AktivNöv: Fərman·Qəbul edən orqan: AZERTAG·Dərc tarixi: 23 Apr 2024

Bu qərar yeni aktı təsdiq edir

  • «Cinayət mühakimə icraatında prosessual sənədin verilməsi barədə qəbzlərin formaları»
    Tam mətni oxu →

AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİ QƏRAR "Cinayət mühakimə icraatında prosessual sənədin verilməsi barədə qəbzlərin formaları"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, "Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının 2023-cü il 22 dekabr tarixli 1061-VIQD nömrəli Qanununun tətbiqi və "Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikası Qanununun və həmin Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 25 avqust tarixli 387 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 26 yanvar tarixli 2457 nömrəli Fərmanının 2.1.1-ci yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır: "Cinayət mühakimə icraatında prosessual sənədin verilməsi barədə qəbzlərin formaları" təsdiq edilsin (əlavə olunur).

Əli Əsədov

Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, 22 aprel 2024-cü il

№ 222

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 22 aprel tarixli 222 nömrəli Qərarı ilə təsdiq edilmişdir.

Ştamp yeri Cinayət mühakimə icraatında prosessual sənədin verilməsi barədə (tutulmuş və ya həbs edilmiş şəxslər istisna olmaqla) QƏBZ Azərbaycan Respublikasının ____________________________________ ___________________________________________________________ ___________________________________________________________ (cinayət prosesini həyata keçirən orqanın adı, ünvanı) ___________________________________________________________ ___________________________________________________________ (təhqiqatçı, müstəntiq, prokuror və ya hakimin soyadı, adı, atasının adı, vəzifəsi) ___________________________________________________________ ___________________________________________________________ (prosessual sənədlərin verilməli olduğu şəxsin prosessual statusu, soyadı, adı, atasının adı, ünvanı, hüquqi şəxsin adı və yerləşdiyi ünvan) ___________________________________________________________ ___________________________________________________________ (prosessual sənədin adı) _________________________________________________________________ _________________________________________________________________ (prosessual sənədin verilmə vaxtı (tarix və saat), yeri) ___________________________________________________________ ___________________________________________________________ (qəbul edən şəxsin soyadı, adı, atasının adı və imzası) _________________________________________________________________ _________________________________________________________________ (ünvan sahibinin əvəzinə prosessual sənədi qəbul etmiş şəxsin soyadı, adı, atasının adı, ünvan sahibinə münasibəti və ya tutduğu vəzifəsi, imzası) _________________________________________________________________ _________________________________________________________________ (prosessual sənədin verilməməsinin səbəbləri)

___________________________________________________________ ___________________________________________________________ (prosessual sənədin çatdırılması tapşırılmış şəxsin, yaxud rabitə orqanının nümayəndəsinin imzası) Qeyd 1. Ünvan sahibi olmadığı təqdirdə prosessual sənədin verildiyi şəxs onu mümkün olan ən qısa müddətdə ünvan sahibinə verməlidir. Qeyd 2. Ünvan sahibi və ya digər şəxs prosessual sənədi qəbul etməkdən imtina etdikdə, onu təqdim edən şəxs ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarəetmə orqanı, yerli icra hakimiyyəti orqanı və ya iş yerinin müdiriyyətinin iştirakı ilə prosessual sənədin verilməməsinin səbəblərinə dair müvafiq qeydlər etdikdən sonra onu cinayət prosesini həyata keçirən orqana qaytarır. Bu halda prosessual sənəd rəsmi qaydada verilmiş hesab olunur. Qoşma: prosessual sənədin surəti. İmza:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 22 aprel tarixli 222 nömrəli Qərarı ilə təsdiq edilmişdir. Ştamp yeri Cinayət mühakimə icraatında tutulmuş və ya həbs edilmiş şəxslərə prosessual sənədin verilməsi barədə QƏBZ Azərbaycan Respublikasının ___________________________________ ___________________________________________________________ ___________________________________________________________ (həbs yerlərinin adı, həbs yerlərinin müdiriyyətinin (rəislərinin) soyadı, adı, atasının adı) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin _____maddəsi (maddələri) ilə tutulmuş və ya həbs edilmiş ___________________________________ (tutulmuş və ya həbs edilmiş şəxsin soyadı, adı, atasının adı) ___________________________________________________________ (cinayət prosesini həyata keçirən orqanın adı, təhqiqatçı, müstəntiq, prokuror və ya hakimin soyadı, adı, atasının adı, vəzifəsi) ____________ tarixli ___________ nömrəli ________________________ (prosessual sənədin adı) Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 54-1.7-ci maddəsinin tələblərinə uyğun olaraq ______________________________ (tutulmuş və ya həbs edilmiş şəxsin soyadı, adı, atasının adı) çatdırılması üçün Sizə göndərilir. ___________________________________________________________ ___________________________________________________________ (prosessual sənədin verilmə vaxtı (tarix və saat) __________________________________________________________ ___________________________________________________________ (prosessual sənədin verilməməsinin səbəbləri)

___________________________________________________________ ___________________________________________________________ (prosessual sənədin çatdırılması tapşırılmış şəxsin, yaxud rabitə orqanının nümayəndəsinin imzası) Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 161.1.7-ci maddəsinə əsasən tutulmuş və ya həbs edilmiş şəxslərin ünvanına daxil olan prosessual sənədlərin surətləri həmin sənədlərin daxil olduğu gün, sənədlər gecə vaxtı daxil olmuşdursa, səhər saat 12-dək onlara təqdim edilməlidir. Qoşma: prosessual sənədin surəti. İmza: №-li nüsxə

Əvvəlki yenilik
“Cinayət prosesini həyata keçirən orqana çağırış vərəqələrinin formaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI
Növbəti yenilik
Azərbaycan Respublikasının 2023-cü il 21 noyabr tarixli 1024-VIQD nömrəli Qanununun qəbul edilməsi ilə əlaqədar normativ hüquqi aktların kolliziyasının aradan qaldırılması məqsədilə Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin Qərarı