QANUNÇU
ƏSAS
  • İcmal
  • Yeniliklər
  • Saxlanmışlar
  • İzlənən sahələr
  • Axtarış
SƏNƏDLƏR
  • Məcəllələr
  • Qanunlar
  • Parametrlər
  • Çıxış
QANUNÇU
ƏSAS
  • İcmal
  • Yeniliklər
  • Saxlanmışlar
  • İzlənən sahələr
  • Axtarış
SƏNƏDLƏR
  • Məcəllələr
  • Qanunlar
  • Parametrlər
  • Çıxış
Daxil olQeydiyyat
YeniliklərDəyişiklik
Rəsmi mənbə

Azərbaycan Respublikasının 2023-cü il 21 noyabr tarixli 1024-VIQD nömrəli Qanununun qəbul edilməsi ilə əlaqədar normativ hüquqi aktların kolliziyasının aradan qaldırılması məqsədilə Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin Qərarı

AktivNöv: Fərman·Qəbul edən orqan: AZERTAG·Dərc tarixi: 23 Apr 2024

AZƏRBAYCAN RESPUBLİKASININ DÖVLƏT STATİSTİKA KOMİTƏSİ QƏRAR

№ 12/09 Bakı şəhəri 09 aprel 2024-cü il Azərbaycan Respublikasının 2023-cü il 21 noyabr tarixli 1024-VIQD nömrəli Qanununun qəbul edilməsi ilə əlaqədar normativ hüquqi aktların kolliziyasının aradan qaldırılması məqsədilə Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 24 iyun tarixli 115 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi haqqında Əsasnamə"nin 9.6-cı və 14.4-cü bəndlərini rəhbər tutaraq, "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2023-cü il 21 noyabr tarixli 1024-VIQD nömrəli Qanununun icrasının təmin edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 22 dekabr tarixli 989s nömrəli Sərəncamının 2-ci hissəsinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi qərara alır:

1. Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 2020-ci il 29 oktyabr tarixli 24/09 nömrəli qərarı ilə təsdiq edilmiş "İstintaq işi haqqında" 1-E №-li (yarımillik, illik) rəsmi statistika hesabatı formasının I bölməsinin "1-ci cədvəl. Cinayətin növləri üzrə işlər (təkrarsız)" cədvəlinin 32-1-ci sətrində "şəxsi istehlak miqdarından artıq" sözləri "xeyli və külli" sözləri ilə əvəz edilsin.

2. Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 2024-cü il 31 yanvar tarixli 2/09 nömrəli qərarı ilə təsdiq edilmiş "Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar qeydə alınmış hüquq pozuntuları haqqında" 8 №-li (yarımillik, illik) rəsmi statistika hesabatı formasının "III BÖLMƏ. NARKOTİK VASİTƏLƏRİN VƏ PSİXOTROP MADDƏLƏRİN QANUNSUZ DÖVRİYYƏSİ İLƏ ƏLAQƏDAR QEYDƏ ALINMIŞ İNZİBATİ XƏTALAR VƏ MƏSULİYYƏTƏ CƏLB OLUNMUŞ ŞƏXSLƏR" bölməsi üzrə cədvəlin 1-ci sətrində "şəxsi istehlak miqdarında" sözləri "az miqdarda" sözləri ilə əvəz edilsin.

3. Qərar qəbul edildiyi gündən üç gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim edilsin.

4. Aparatın Sosial statistika şöbəsinə tapşırılsın ki, bu qərardan irəli gələn məsələləri həll etsin.

5. Qərarın icrasına nəzarət Statistika işlərinin əlaqələndirilməsi və strateji planlaşdırma şöbəsinə həvalə olunsun. Sədrin səlahiyyətlərini müvəqqəti icra edən, sədrin birinci müavini Vahab Məmmədov

Əvvəlki yenilik
“Cinayət mühakimə icraatında prosessual sənədin verilməsi barədə qəbzlərin formaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI
Növbəti yenilik
“Haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq məqsədi ilə xarici ölkələrə göndərilən Azərbaycan Respublikası vətəndaşlarının sayı və tərkibi haqqında” 1 №-li (emiqrasiya) rüblük rəsmi statistika hesabatı forması və onun doldurulmasına dair göstəriş haqqında” Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 2012-ci il 26 sentyabr tarixli 73/6 nömrəli qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin Qərarı