QANUNÇU
ƏSAS
  • İcmal
  • Yeniliklər
  • İzlənən sahələr
  • Axtarış
SƏNƏDLƏR
  • Məcəllələr
  • Qanunlar
  • Parametrlər
  • Çıxış
QANUNÇU
ƏSAS
  • İcmal
  • Yeniliklər
  • İzlənən sahələr
  • Axtarış
SƏNƏDLƏR
  • Məcəllələr
  • Qanunlar
  • Parametrlər
  • Çıxış
Daxil olQeydiyyat
Qanunvericilik aktlarıQida təhlükəsizliyi haqqında

Qida təhlükəsizliyi haqqında

Qüvvədədir
Versiyalar
2
Dəyişikliklər
14
Anlayışlar
44
Səlahiyyətlər
0

Metadata

Mənbə
Milli Məclis(parliament)
Sitat
523-VIQ
Qüvvəyə minmə
2023-01-01
Sahə
Enerji
Növ
standalone
e-qanun ID
49857

Dəyişiklik tarixçəsi (2)

Qüvvəyə minmə tarixi üzrə versiyalar
  1. v215.07.20241 dəyişiklik
    “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 24 may tarixli 1162-VIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı
  2. v111.03.20242 dəyişiklik
    “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Bu qanuna dəyişikliklər (14)

8 Dec 2025AZERTAG

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Bioloji fəallığa malik qida əlavələrinin ekspertizadan keçirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” 2018-ci il 10 iyul tarixli 287 nömrəli və “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.1–25.1.6-cı maddələrində nəzərdə tutulmuş məhsulların qeydiyyatının aparılması, qeydiyyatının dayandırılması, bərpa edilməsi, ləğvi və yenidən rəsmiləşdirilməsi Qaydalarının və qeydiyyatın qüvvədəolma müddəti”nin və “Azərbaycan Respublikasının ərazisində yem üçün istifadəsi nəzərdə tutulan genetik modifikasiya olunmuş orqanizmlərin, habelə yalnız genetik modifikasiya olunmuş orqanizmlərdən ibarət olan və ya tərkibində genetik modifikasiya olunmuş orqanizmlər olan və ya tərkibində genetik modifikasiya olunmuş orqanizmlərdən əldə edilmiş məhsul olan yem məhsullarının siyahısı”nın təsdiq edilməsi barədə” 2024-cü il 13 mart tarixli 155 nömrəli qərarlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Bioloji fəallığa malik qida əlavələrinin ekspertizadan keçirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında”…

Ətraflı məlumat Pro versiyada
Hədəf qanunlar: Qida təhlükəsizliyi haqqında, “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respubli…
16 əməliyyat · 10 tətbiq edilmiş
12 May 2025AZERTAG

“Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının 2022-ci il 5 may tarixli 523-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bir sıra qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 8 oktyabr tarixli 46-VIIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Səlahiyyətlər (0)

Səlahiyyət həlli tapılmadı.

Anlayışlar (44)

Bu qanunda verilən təriflər
qida məhsulları ilə təmasda olan material və məmulatlarfəsil:1/maddə:1/hissə:1.1/bənd:1.1.11
qida məhsullarının ilkin istehsalı, istehsalı, emalı, dövriyyəsi və utilizasiyası mərhələlərində istifadə edilən, qida məhsulu ilə birbaşa təmasda olan material və məmulatlar, o cümlədən tara və qablaşdırma materialları. Bu anlayışa istehlakçıları içməli su ilə təmin edən su təchizatı sistemi daxil deyil
ilkin istehsal məhsullarıfəsil:1/maddə:1/hissə:1.1/bənd:1.1.13
ilkin istehsaldan, o cümlədən torpaqdan və diri heyvandan, habelə arıdan alınan qida və yem məhsulları, dəniz məhsulları, o cümlədən balıq və balıq kürüsü, ovlanmış çöl heyvanları və yığılmış yabanı bitki məhsulları
qida və yem məhsullarının istehsalıfəsil:1/maddə:1/hissə:1.1/bənd:1.1.14
emala məruz qalmadan ilkin istehsal məhsulunun təmizlənməsi, kəsilməsi (heyvan kəsimi daxil olmaqla), doğranması, parçalanması, dilimlənməsi, cilalanması, üyüdülməsi, dərisinin soyulması, tükünün yolunması, soyudulması, dondurulması və ya onların kombinasiyasından ibarət hər hansı proses, bununla bağlı çəkilib bükülməsi, qablaşdırması, etiketlənməsi, habelə qida və yem məhsullarının istehsaldaxili saxlanması və daşınması
qida və yem məhsullarının emalıfəsil:1/maddə:1/hissə:1.1/bənd:1.1.15
ilkin istehsal məhsullarının və istehsal nəticəsində əldə edilmiş məhsulların isidilməsi, qurudulması, bişirilməsi, hisə verilməsi, marinad edilməsi, ekstraksiyası, sıxlaşdırılması və ya onların kombinasiyasından ibarət hər hansı proses, habelə qida və yem məhsulunun emala hazırlanması, çəkilib bükülməsi, qablaşdırılması, etiketlənməsi, qida və yem məhsulunun emal ərazisində saxlanması və daşınması

Mətn

← Bütün qanunlar

“Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının 2022-ci il 5 may tarixli 523-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublika…

Ətraflı məlumat Pro versiyada
Hədəf qanunlar: Qida təhlükəsizliyi haqqında
17 Feb 2025AZERTAG

Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu

Bu qanun Cinayət Məcəlləsinə genetik modifikasiya olunmuş bitkilər və təhlükəli qida məhsullarının qanunsuz dövriyyəsi ilə bağlı yeni cinayət maddələri əlavə edir, həmçinin "xeyli miqdar" və "külli miqdar" anlayışlarının pul məbləğlərini dəqiqləşdirir. İnzibati Xətalar Məcəlləsində isə inzibati araşdırmanın aparılması hallarına qida təhlükəsizliyi sahəsi daxil edilir və bəzi inzibati xətalar üçün şərti cərimə tətbiq etmə imkanı genişləndirilir. Dəyişikliklər 2025-ci il fevralın 17-dən qüvvəyə minir.

Hədəf qanunlar: Azərbaycan Respublikasının Cinayət Məcəlləsi, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəll…, Qida təhlükəsizliyi haqqında +1 digər
administrative_offencesCinayət
48 əməliyyat
7 Nov 2024AZERTAG

“Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının 2022-ci il 5 may tarixli 523-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bir sıra qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

“Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının 2022-ci il 5 may tarixli 523-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublika…

Ətraflı məlumat Pro versiyada
Hədəf qanunlar: Qida təhlükəsizliyi haqqında
5 Sep 2024AZERTAG

“Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının 2022-ci il 5 may tarixli 523-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 5 mart tarixli 1108-VIQD nömrəli Qanununun icrasının təmin edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının 2022-ci il 5 may tarixli 523-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublika…

Ətraflı məlumat Pro versiyada
Hədəf qanunlar: Qida təhlükəsizliyi haqqında
15 Jul 2024AZERTAG

“Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 24 may tarixli 1162-VIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Prezidenti 24 may 2024-cü il tarixli 1162-VIQD nömrəli Qanunun tətbiqini təmin etmək üçün qida təhlükəsizliyi sahəsində bir sıra fərmanlarında dəyişikliklər etmişdir. Bu dəyişikliklər qida zənciri obyektlərinin qeydiyyatı, təsdiqi və nəzarəti proseslərinə aiddir. Dəyişikliklər 15 iyul 2024-cü il tarixindən qüvvəyə minir və qida sənayesində fəaliyyət göstərən bütün müəssisələri əhatə edir.

Hədəf qanunlar: Qida təhlükəsizliyi haqqında, “Qida zənciri obyektlərinin və qida zənciri subyek…
Kənd təsərrüfatıEnergetika
4 əməliyyat · 1 tətbiq edilmiş
15 Jul 2024AZERTAG

“Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının "Qida təhlükəsizliyi haqqında" Qanununda dəyişikliklər edilmişdir. Dəyişikliklər qida təhlükəsizliyi sahəsində tənzimləmələri yeniləyir və bu sahədə fəaliyyət göstərən müəssisə və şəxsləri əhatə edir. Qanun 2024-cü il iyulun 15-dən qüvvəyə minir.

Hədəf qanunlar: Qida təhlükəsizliyi haqqında
Kənd təsərrüfatı
5 əməliyyat
29 Apr 2024AZERTAG

“Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının 2022-ci il 5 may tarixli 523-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və sərəncamlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Prezident 2022-ci il qida təhlükəsizliyi qanunun tətbiqini təmin etmək üçün bir sıra fərman və sərəncamlarında dəyişikliklər etdi. Bu dəyişikliklər kənd təsərrüfatı, ekoloji tənzimləmə, heyvan kəsimi, qida bazarı və standartlaşdırma sahələrində dövlət orqanlarının fəaliyyətini tənzimləyir. Dəyişikliklər 29 aprel 2024-cü ildən qüvvəyə minir.

Hədəf qanunlar: Qida təhlükəsizliyi haqqında, “Azərbaycan Respublikasının ştatdankənar (fəxri) k…, "Azərbaycan Respublikasında Dövlət əmlakının özəll… +14 digər
Kənd təsərrüfatıgeneral_administrative
22 əməliyyat
29 Apr 2024AZERTAG

“Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının 2022-ci il 5 may tarixli 523-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 5 mart tarixli 1108-VIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Prezident Fərmanı qida və yem məhsullarının təhlükəsizliyinə nəzarət, maliyyə bazarları, dərman vasitələri, yanğın nəzarəti, tikinti nəzarəti, enerji və su təchizatı ilə bağlı yoxlamaları sahibkarlıq yoxlamalarının dayandırılması qanununun istisnaları siyahısına əlavə edir. Bu yoxlamalar icra hakimiyyəti orqanları tərəfindən müəyyən edilən məhdudiyyətlər çərçivəsində aparıla biləcəkdir.

Hədəf qanunlar: Qida təhlükəsizliyi haqqında, Arıçılıq haqqında, Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayand… +2 digər
administrative_offencesKənd təsərrüfatı
7 əməliyyat
29 Apr 2024AZERTAG

“Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının 2022-ci il 5 may tarixli 523-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Bu qanun 2022-ci il 5 may tarixli Qida Təhlükəsizliyi Qanununun tətbiqini təmin etmək üçün 30-dan çox qanun və məcəllədə dəyişikliklər edir. Dəyişikliklər idxal olunan qida məhsullarının sertifikasiya tələblərini sadələşdirir, yem və qida məhsullarının təhlükəsizliyinə nəzarəti gücləndirir, eləcə də kənd təsərrüfatı, balıqçılıq, çayçılıq və digər sahələrdə qida təhlükəsizliyi standartlarını tətbiq edir. Dəyişikliklər 2024-cü il 29 aprelində qüvvəyə minir və bütün qida zənciri subyektlərini, vergi ödəyənlərini və nəzarət orqanlarını əhatə edir.

Hədəf qanunlar: Qida təhlükəsizliyi haqqında, Azərbaycan Respublikasının Əmək Məcəlləsi, Azərbaycan Respublikasının Mülki Məcəlləsi +42 digər
Kənd təsərrüfatıSəhiyyə
145 əməliyyat · 3 tətbiq edilmiş
15 Mar 2024AZERTAG

“Azərbaycan Respublikası Prezidentinin “Fitosanitar nəzarəti haqqında” Azərbaycan Respublikasının Qanununda və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 3 may tarixli 1577-VQD nömrəli Qanununun tətbiqi və “Fitosanitar nəzarəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 2 avqust tarixli 441 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” 2019-cu il 29 may tarixli 712 nömrəli, “Azərbaycan Respublikası Prezidentinin “Baytarlıq haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2005-ci il 22 noyabr tarixli 316 nömrəli və “Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” 2017-ci il 13 noyabr tarixli 1681 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə” 2020-ci il 15 aprel tarixli 988 nömrəli və “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının 2022-ci il 5 may tarixli 523-VIQ nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2000-ci il 26 yanvar tarixli 267 nömrəli, “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi ilə bağlı əlavə tədbirlər barədə” 2003-cü il 23 oktyabr tarixli 969 nömrəli fərmanlarının ləğv edilməsi haqqında” 2022-ci il 24 iyun tarixli 1723 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 14 dekabr tarixli 2390 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Nazirlər Kabineti qida təhlükəsizliyi sahəsində bir neçə qaydada dəyişikliklər etdi: dəfələrlə təkrarlanan "digər anlayışlar" bəndlərini sildi və qida təhlükəsizliyi qanunundan yem məhsullarına aid hissəni çıxardı. Bu dəyişikliklər 2024-cü il martında qüvvəyə minib və qida nəzarətini sadələşdirməyi hədəfləyir.

Hədəf qanunlar: Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəll…, Fitosanitar nəzarəti haqqında, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Age… +12 digər
Kənd təsərrüfatıSəhiyyə
11 əməliyyat
11 Mar 2024AZERTAG

“Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 23 fevral tarixli 1102-VIQD nömrəli Qanununun tətbiqi və “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının 2022-ci il 5 may tarixli 523-VIQ nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2000-ci il 26 yanvar tarixli 267 nömrəli, “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi ilə bağlı əlavə tədbirlər barədə” 2003-cü il 23 oktyabr tarixli 969 nömrəli fərmanlarının ləğv edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 24 iyun tarixli 1723 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Prezident 2024-cü il martında qida təhlükəsizliyi sahəsində qanunvericilik çərçivəsini yenidən təşkil etdi. 2022-ci il qida təhlükəsizliyi qanunu və 2024-cü il dəyişikliklər tətbiq edilərkən, 2000 və 2003-cü illərdən qüvvədə olan köhnə fərmanlar ləğv edildi. Bu dəyişikliklər qida sektoru üçün vahid və müasır tənzimləmə sistemi yaratmaq məqsədini daşıyır.

Hədəf qanunlar: Qida təhlükəsizliyi haqqında, Yeyinti məhsulları haqqında
Kənd təsərrüfatı
2 əməliyyat
11 Mar 2024AZERTAG

“Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Qida təhlükəsizliyi qanununda dəyişikliklər qida istehsalçılarının qeydiyyat prosesini sadələşdirdi — müəyyən kiçik istehsalçılar artıq qeydiyyat olmadan fəaliyyət göstərə bilərlər. Eyni zamanda, qida müəssisələrinin təsdiq prosesində nəzarət sərtləşdirildi: infrastruktur və avadanlıq problemləri səbəbindən təhlükəli məhsul istehsal riski varsa, müvafiq orqan təsdiqə imtina edə biləcəkdir.

Hədəf qanunlar: Qida təhlükəsizliyi haqqında
Kənd təsərrüfatıSəhiyyə
3 əməliyyat
19 Jun 2023AZERTAG

“Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olmayan və (və ya) təhlükəli qida və yem məhsullarının geri çağırılması, yığışdırılması, utilizasiyası və məhv edilməsi qaydası”nın təsdiq edilməsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 6 dekabr tarixli 542 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yoxlama və digər nəzarət tədbirləri çərçivəsində yoxlayıcı orqanlar tərəfindən fiziki və hüquqi şəxslərdən malların (məhsulların) götürülməsi, daşınması, saxlanması, zərərsizləşdirilməsi və ya məhv edilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olmayan və (və ya) təhlükəli qida və yem məhsullarının geri çağırıl…

Ətraflı məlumat Pro versiyada
Hədəf qanunlar: Qida təhlükəsizliyi haqqında
qida və yem məhsullarının dövriyyəsifəsil:1/maddə:1/hissə:1.1/bənd:1.1.16
qida və yem məhsullarının saxlanması, daşınması, idxalı və ixracı, tədarükü, topdan və pərakəndə ticarət obyektləri tərəfindən satışı, barteri, hər hansı formada (kommersiya və ya qeyri-kommersiya məqsədləri üçün) ötürülməsi, habelə qida məhsullarının istehlakı
qida və yem məhsullarının utilizasiyasıfəsil:1/maddə:1/hissə:1.1/bənd:1.1.17
qida təhlükəsizliyi sahəsində mövcud olan tələblərə cavab verməyən qida və yem məhsullarının ilkin nəzərdə tutulmuş təyinatından başqa bir təyinat üçün istifadə etmək məqsədilə texnoloji emalı, yaxud digər məqsədlərlə istifadəsi
qida və yem məhsullarının məhv edilməsifəsil:1/maddə:1/hissə:1.1/bənd:1.1.18
istifadəyə yararsız və təhlükəli qida və yem məhsullarının hər hansı formada istifadəsini mümkünsüz edən insan və heyvan həyatına və sağlamlığına (bundan sonra – həyat və sağlamlıq), ətraf mühitə zərərli təsirini istisna edən vəziyyətə gətirilməsi
qida və yem məhsulunun bazara yerləşdirilməsifəsil:1/maddə:1/hissə:1.1/bənd:1.1.19
qida və yem məhsulunun kommersiya və qeyri - kommersiya məqsədləri ilə satışı və ya hər hansı formada ötürülməsi, satış üçün saxlanması və paylanması
qida xammalıfəsil:1/maddə:1/hissə:1.1/bənd:1.1.2
qida məhsullarının emalı üçün istifadə olunan bitki, heyvan, mikrobioloji, mineral, süni və biotexnoloji mənşəli maddələr və qida məhsullarının ilkin istehsalı, istehsalı və emalı zamanı onlara əlavə edilən su
qida zəncirində fəaliyyətfəsil:1/maddə:1/hissə:1.1/bənd:1.1.21
qida və (və ya) yem məhsullarının ilkin istehsalı, istehsalı, emalı, dövriyyəsi, utilizasiyası və məhv edilməsi ilə bağlı həyata keçirilən fəaliyyət
qida zənciri subyektlərifəsil:1/maddə:1/hissə:1.1/bənd:1.1.22
qida subyektləri) - qida zəncirində fəaliyyətlə məşğul olan fiziki və ya hüquqi şəxslər, bələdiyyə, dövlət orqanları (qurumları)
qida zənciri obyektifəsil:1/maddə:1/hissə:1.1/bənd:1.1.23
qida obyekti) - qida zəncirində fəaliyyətin həyata keçirildiyi məkan, sahə, bina, nəqliyyat vasitəsi və digər modul tipli (daşına bilən) obyekt
məhsulların izlənilməsifəsil:1/maddə:1/hissə:1.1/bənd:1.1.24
qida zəncirinin bütün mərhələlərində qida və yem məhsulunun, qida məhsulları əldə edilən heyvanların, yaxud qida və yem məhsullarına əlavə edilməsi nəzərdə tutulan maddələrin hərəkətinin izlənilməsi
qida təhlükəsizliyifəsil:1/maddə:1/hissə:1.1/bənd:1.1.25
qida zəncirinin bütün mərhələlərində, habelə qida məhsullarının istehlakı zamanı qida məhsullarının insanların həyat və sağlamlığına zərər vurmasını tam istisna edən vəziyyəti
qida təhlükəsizliyi göstəricilərifəsil:1/maddə:1/hissə:1.1/bənd:1.1.26
sanitar-gigiyenik normalar, qalıqların və çirkləndirici maddələrin yolverilən maksimum miqdarı, gündəlik qəbul hədləri və digər parametrlər də daxil olmaqla, insan həyatının və sağlamlığının qorunmasını təmin edən göstəricilər
minimum keyfiyyət göstəricilərifəsil:1/maddə:1/hissə:1.1/bənd:1.1.27
qida məhsullarının insanların istifadəsinə yararlı olmasına və insan orqanizmi üçün zəruri olan nutriyentlərin minimum həddə qəbuluna zəmanət verən fiziki, kimyəvi, orqanaleptik və digər xüsusiyyətləri
qida və yem məhsullarının partiyasıfəsil:1/maddə:1/hissə:1.1/bənd:1.1.28
eyni istehsal növbəsində və yerdə ilkin istehsal, istehsal və emal olunan, qablaşdırılan, eyni texnoloji şərtlərlə əldə edilən, identifikasiya olunmuş məhsulların bir qrupu və ya dəsti
çirkləndirici maddəfəsil:1/maddə:1/hissə:1.1/bənd:1.1.29
qida və yem məhsullarının təhlükəsizliyinə və ya minimum keyfiyyətinə təhlükə yarada bilən, qida və yem məhsullarının ilkin istehsalı, istehsalı, emalı və dövriyyəsi zamanı məhsulların tərkibinə məqsədli şəkildə daxil edilməyən və ya ətraf mühitdən keçən maddə
sub məhsulfəsil:1/maddə:1/hissə:1.1/bənd:1.1.3
heyvan və quş kəsimi zamanı əldə edilən və qida üçün yararlı olan ət məhsulları (dil, böyrəklər, beyin, ürək, qaraciyər, ağciyər, işgənbə, kitabça, dalaq, diafraqma, ətraflar, quyruq, yelin, pətənək və s.)
yararlılıq müddətifəsil:1/maddə:1/hissə:1.1/bənd:1.1.31
saxlanma şərtlərinə əməl edilməklə, qida məhsullarının qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlarla müəyyən edilən təhlükəsizlik tələblərinə uyğunluğunun tam saxlanılması müddəti
risklərin təhlilifəsil:1/maddə:1/hissə:1.1/bənd:1.1.33
həyat və sağlamlığın qorunmasını təmin etmək məqsədilə riskin qiymətləndirilməsi, idarə edilməsi və risk haqqında məlumatlandırma
riskin qiymətləndirilməsifəsil:1/maddə:1/hissə:1.1/bənd:1.1.34
təhlükənin müəyyən edilməsi, təhlükənin xarakterizə edilməsi, təhlükəyə məruzqalma ehtimalının qiymətləndirilməsi və riskin xarakterizə edilməsi kimi 4 (dörd) mərhələdən ibarət olan proses
riskin idarə edilməsifəsil:1/maddə:1/hissə:1.1/bənd:1.1.35
riskin qiymətləndirilməsi nəticələri əsasında və maraqlı şəxsləri cəlb etməklə riskin qarşısının alınması, azaldılması (məhdudlaşdırılması) və aradan qaldırılması üzrə tədbirlərin müəyyən olunması və həyata keçirilməsi
risk haqqında məlumatlandırmafəsil:1/maddə:1/hissə:1.1/bənd:1.1.36
riskin təhlili çərçivəsində mövcud və potensial təhlükələr və risklər haqqında qida subyektləri, istehlakçılar, dövlət orqanları və qurumları, habelə digər maraqlı şəxslər arasında məlumat mübadiləsi
kritik nəzarət nöqtəsifəsil:1/maddə:1/hissə:1.1/bənd:1.1.37
qida və yem məhsullarında təhlükə amillərinin əvvəlcədən qarşısının alınması, məqbul səviyyəyə qədər azaldılması (məhdudlaşdırılması) və ya aradan qaldırılması üçün nəzarət tədbirlərinin tətbiq edilə biləcəyi mərhələ
təhlükəfəsil:1/maddə:1/hissə:1.1/bənd:1.1.38
qida və yem məhsullarının tərkibində həyat və sağlamlığa zərər vermək gücündə olan bioloji, kimyəvi və fiziki maddələrin mövcudluğu
Təhlükənin Analizi və Kritik Nəzarət Nöqtələri (HACCP)fəsil:1/maddə:1/hissə:1.1/bənd:1.1.39
qida və yem məhsullarında təhlükə amillərinin müəyyən edilməsi, qiymətləndirilməsi və onlara nəzarət olunması sistemi
heyvan mənşəli qida məhsulufəsil:1/maddə:1/hissə:1.1/bənd:1.1.4
insanların qidalanması üçün istifadə olunan heyvan əti, quş əti, heyvan və quş ətinin sub məhsulları, balıq və balıq kürüsü, molyuska, xərçəngkimilər və digər su onurğasızları, yumurta, bal və digər arıçılıq məhsulları (vərəmum, arı südü), süd və emal yolu ilə onlardan alınan qida məhsulları
etiketlənməfəsil:1/maddə:1/hissə:1.1/bənd:1.1.40
qida və yem məhsullarının üzərinə, qablaşdırma materialına, qida və yem məhsulunu müşayiət edən və ya ona aid olan sənədlərə, yaddaş vərəqələrinə (içlik vərəqələri), yapışdırılan vərəqələrə (stikerlərə) vurulan, istehlakçı üçün məhsul və istehsalçı barəsində informasiya verən mətn, nişan (əmtəə və digər), simvol, şərti işarələr və rəsmlər
qablaşdırma materialıfəsil:1/maddə:1/hissə:1.1/bənd:1.1.41
məhsullara əmtəə görünüşü verən, məhsulun tam və ya qismən örtülməsini təmin edən, məhsulun tərkibini açılmamış və tamlığı pozulmamış vəziyyətdə qoruyan vasitə, daşınma məqsədilə istifadə olunan tara
təbii mineral sufəsil:1/maddə:1/hissə:1.1/bənd:1.1.45
mikrobioloji göstəriciləri baxımından təmiz, hər hansı çirklənməyə məruz qalmayan, yeraltı yataqlardan hasil edilən və ya təbii yolla süxurlardan çıxan mineral komponentlərlə zəngin olan (sonradan tərkibinə əlavə mineral komponentlər əlavə edilməyən) təbii su
qida və yem məhsulunun geri çağırılmasıfəsil:1/maddə:1/hissə:1.1/bənd:1.1.46
bu Qanuna uyğun olaraq müəyyən edilmiş tələblərə uyğun olmayan və (və ya) təhlükəli qida və yem məhsulunun istehlakçılardan götürülməsi, habelə bazarlardan və digər satış obyektlərindən çıxarılması üçün həyata keçirilən tədbir
qida və yem məhsulunun yığışdırılmasıfəsil:1/maddə:1/hissə:1.1/bənd:1.1.47
müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu Qanuna uyğun olaraq müəyyən edilmiş tələblərə uyğun olmayan və (və ya) təhlükəli qida və yem məhsulunun dövriyyədən çıxarılması
bitki mənşəli qida məhsulufəsil:1/maddə:1/hissə:1.1/bənd:1.1.5
insanların qidalanması üçün istifadə olunan yığılmış göbələk, meyvə, tərəvəz, qida üçün istifadə olunan digər bitki mənşəli məhsullar və emal yolu ilə onlardan alınan qida məhsulları
zənginləşdirilən (fortifikasiya olunan) qida məhsullarıfəsil:1/maddə:1/hissə:1.1/bənd:1.1.6
məhsulların qida dəyərinin yüksəldilməsi və nutriyent (vitamin, mineral, zülal, yağ, karbohidratlar) çatışmazlığı səbəbindən yaranan xəstəliklərin profilaktikası məqsədilə məhsullara müəyyən xüsusiyyətlərin verilməsi üçün onlarda əvvəlcədən olmayan və ya yetərincə olmayan, yaxud emal prosesində (mərhələsində) itirilmiş bir və ya daha artıq inqrediyentin və digər maddələrin əlavə olunduğu qida məhsulları
yeni növ qida məhsullarıfəsil:1/maddə:1/hissə:1.1/bənd:1.1.7
yeni texnologiyalar tətbiq edilməklə (o cümlədən, nano-texnologiyalar) emal nəticəsində yeni və ya dəyişdirilmiş molekulyar struktura malik olan, əvvəllər istifadə olunmayan xammaldan istehsal edilən və Azərbaycan Respublikasının ərazisində insanların qidalanması üçün əvvəllər istifadə olunmamış qida məhsulları
qida əlavələrifəsil:1/maddə:1/hissə:1.1/bənd:1.1.8
qida məhsuluna hər hansı bir texnoloji (o cümlədən, orqanoleptik) məqsədlə əlavə olunan, qida dəyərinin olub-olmamasından asılı olmayaraq ayrıca olaraq qida şəklində və ya qida məhsullarının səciyyəvi tərkib hissəsi kimi istehlak olunmayan, birbaşa və həmçinin dolayı yolla qida məhsullarının tərkib hissəsi ola biləcək və ya onun xüsusiyyətlərinə (rənginə, dadına və s.) təsir edə biləcək hər hansı maddə
inqrediyentdaxilifəsil:1/maddə:1/hissə:1.1/bənd:1.1.10
qida məhsullarının hazırlanmasında istifadə olunan, yaxud hazır məhsulun tərkibində ilkin və ya dəyişilmiş formada mövcud olan maddələr, heyvan, bitki, mikrobioloji, mineral mənşəli maddələr, o cümlədən qida əlavələri
qida zənciridaxilifəsil:1/maddə:1/hissə:1.1/bənd:1.1.20
qida və (və ya) yem məhsullarının ilkin istehsalı, istehsalı, emalı, dövriyyəsi, utilizasiyası və məhv edilməsi mərhələlərinin məcmusu
riskdaxilifəsil:1/maddə:1/hissə:1.1/bənd:1.1.32
qida və yem məhsulunun həyat və sağlamlığa mənfi təsir ehtimalı və həmin təsirin ağırlıq dərəcəsi
yem məhsullarıdaxilifəsil:1/maddə:1/hissə:1.1/bənd:1.1.42
heyvanların qidalanmasında istifadə olunan emal olunmamış, yarımemal olunmuş və tam emal olunmuş məhsullar, maddələr və yem əlavələri
yem əlavələridaxilifəsil:1/maddə:1/hissə:1.1/bənd:1.1.43
yem məhsuluna və suya məqsədli şəkildə əlavə olunan, heyvanların rasionunda çatışmayan maddələrin, mineralların və vitaminlərin mənbəyi kimi istifadə olunan üzvi, mineral və (və ya) sintetik mənşəli maddələr
genetik modifikasiya olunmuş orqanizmlərdaxilifəsil:1/maddə:1/hissə:1.1/bənd:1.1.44
müasir biotexnoloji və ya gen mühəndisliyi üsulları ilə yaradılan, ənənəvi seleksiyada alınması mümkün olmayan, genetik materialın yeni kombinasiyasına malik və bu kombinasiyanı irsən nəslə ötürmək qabiliyyətinə qadir olan canlı orqanizmlər (bitki, heyvan və mikroorqanizmlər)
bioloji aktiv qida məhsullarıdaxilifəsil:1/maddə:1/hissə:1.1/bənd:1.1.9
qida rasionunu zənginləşdirmək məqsədilə nəzərdə tutulmuş, qidalandırıcı və fizioloji təsirə malik olan nutriyent və digər bioloji aktiv maddələrin birindən və ya bir neçəsindən ibarət, gündəlik qəbuletmə dozası müəyyənləşdirilmiş və dozalaşdırılmış (kapsul, tablet, ampul, damcı və digər analoji formada) qida məhsulu