İnzibati icraat haqqında
QüvvədədirMetadata
- Mənbə
- Milli Məclis(parliament)
- Sitat
- 1036-IIQ
- Qüvvəyə minmə
- 2005-10-21
- Sahə
- administrative_offences
- Növ
- standalone
- e-qanun ID
- 11254
Dəyişiklik tarixçəsi (1)
Qüvvəyə minmə tarixi üzrə versiyalarBu qanuna dəyişikliklər (11)
“Antiinhisar və istehlak bazarına nəzarət sahələrində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 27 avqust tarixli 190 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və sərəncamlarında dəyişiklik edilməsi və Fərmanının ləğv edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Fərman çərçivəsində xüsusi rabitə ilə bağlı qanunvericilikdə dəyişikliklər edilmişdir. Maddə 17-yə müstəqil şöbələrin müdirləri əlavə edilmiş və onların səlahiyyətləri genişləndirilmişdir. Bu dəyişikliklər antiinhisar və istehlak bazarına nəzarət sahələrində idarəetmənin təkmilləşdirilməsi məqsədilə qəbul olunmuşdur.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının Mülki Məcəlləsində, Azərbaycan Respublikasının Vergi Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində, Azərbaycan Respublikasının Rəqabət Məcəlləsində, “Sosial sığorta haqqında”, “Polis haqqında”, “Tibbi sığorta haqqında”, “Notariat haqqında”, “İcra məmurları haqqında”, “İcra haqqında”, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında”, “İnzibati icraat haqqında”, “Ədliyyə orqanlarında qulluq keçmə haqqında”, “Nağdsız hesablaşmalar haqqında” və “Siyasi partiyalar haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu
Səlahiyyətlər (6)
Maddələrdəki səlahiyyətli orqanların həlli- →Azərbaycan Respublikasının Nazirlər Kabineti
- →Azərbaycan Respublikasının Prezidenti
- →Azərbaycan Respublikasının Nazirlər Kabineti
- →Azərbaycan Respublikasının Prezidenti
- →Azərbaycan Respublikasının Prezidentitəyinat
- →Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyitəyinat
Anlayışlar (11)
Bu qanunda verilən təriflər- inzibati orqanmaddə:2/hissə:2.0/bənd:2.0.1
- Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs
- əlverişli inzibati aktmaddə:2/hissə:2.0/bənd:2.0.10
- maraqlı şəxsə hüquq verən və ya onun hüququnu təsdiq edən, yaxud onun üzərinə qoyulmuş vəzifəni (vəzifələri) götürən akt
- əlverişsiz (yükləyici) inzibati aktmaddə:2/hissə:2.0/bənd:2.0.11
- maraqlı şəxsi hüquqdan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan akt
- inzibati aktmaddə:2/hissə:2.0/bənd:2.0.2
- inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir
- maraqlı şəxsmaddə:2/hissə:2.0/bənd:2.0.3
- inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş və ya barəsində inzibati akt qəbul edilmiş və ya müvafiq hərəkət (hərəkətsizlik) edilmiş şəxs və yaxud inzibati orqan tərəfindən qəbul edilməsi nəzərdə tutulan və ya qəbul edilmiş inzibati aktın və ya inzibati orqanın hərəkətinin hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etdiyi və ya təsir edə biləcəyi və öz vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda inzibati orqanın təşəbbüsü ilə inzibati icraata cəlb edilən hər hansı fiziki və ya hüquqi şəxs