Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında
QüvvədədirMetadata
- Mənbə
- Milli Məclis(parliament)
- Sitat
- 273-IVQ
- Qüvvəyə minmə
- 2011-12-13
- Sahə
- Kənd təsərrüfatı
- Növ
- standalone
- e-qanun ID
- 23056
Bu qanuna dəyişikliklər (5)
Azərbaycan Respublikası Prezidentinin “Antiinhisar və istehlak bazarına nəzarət sahələrində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 2024-cü il 27 avqust tarixli 190 nömrəli və “Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” 2025-ci il 12 fevral tarixli 327 nömrəli fərmanlarının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI
Dövlət nəzarətini gücləndirir: Daxili İşlər, Milli Təhlükəsizlik, Kənd Təsərrüfatı, Ticarət, İqtisadiyyat Nazirliklərinin, Dövlət Gömrük Komitəsinin və Antiinhisar-İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin etil spirtinin və alkoqollu içkilərin istehsalı, idxalı və satışına nəzarət etməsi tapşırılır. Bu qurumlar keyfiyyətsiz alkoqollu içkilərin və qeyri-qanuni spirtin bazara daxil olmasının qarşısını almaq üçün hər rüb Nazirlər Kabinetinə hesabat verəcəklər.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik və bəzi qərarlarının ləğv edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI
Azərbaycan Respublikasının Nazirlər Kabineti 11 müxtəlif normativ aktda dəyişikliklər etdi. Əsas dəyişikliklər arasında: geodeziya-istinad məntəqələrinin mühafizə zonalarında yem məhsulları saxlanması qadağan edildi; şərabçılıq məhsullarının dequstasiyası qaydalarında qida məhsulları ilə təmasda olan materiallar əlavə edildi; nərə balıqlarının istifadə formaları müəyyən edildi; qida təhlükəsizliyi nəzarətində "yeyinti" termini "qida" ilə əvəz edildi; heyvandarlıq fermalarının işçiləri və kimya sənayesində toksiki maddələrlə təmasda olan işçilər tibbi arayış tələb olunan peşələr siyahısına əlavə edildi. Bu dəyişikliklər 2025-ci ilin sentyabrından qüvvəyə minir.
“Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 13 noyabr tarixli 259 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI
Azərbaycan Respublikası Nazirlər Kabineti 2024-cü il iyunun 25-də mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsinə dair 2012-ci il qərarında dəyişikliklər etmişdir. Bu dəyişikliklər kənd təsərrüfatı sahəsində genetik resursların qorunması və istifadəsi prosesini tənzimləyən normativ hüquqi aktları yeniləyir. Dəyişikliklər 2024-cü il iyunun 25-dən qüvvəyə minir və kənd təsərrüfatı müəssisələri, tədqiqat institutları və genetik ehtiyatlar üzərində işləyən digər təşkilatları əhatə edir.
“Azərbaycan Milli Elmlər Akademiyasının Nizamnaməsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 3 noyabr tarixli 2340 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Milli Elmlər Akademiyasının Nizamnaməsinin təsdiq edilməsi ilə əlaqədar bir sıra fərmanlar dəyişdirilir. Təbiət Tarixi Muzeyinin idarə edilməsi Milli Elmlər Akademiyasından Elm və Təhsil Nazirliyinə keçir və nizamnamə üç ay ərzində təsdiq ediləcəkdir. Bundan başqa, Dövlət Radiotezliklər İdarəsinin rəisi xüsusi rabitə məsələlərinə dair komissiyaya daxil edilir və elmi tədqiqatların əlaqələndirilməsi üçün yeni Şura yaradılır.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi barədə” 2012-ci il 13 noyabr tarixli 259 nömrəli, “Ölkə daxilində aşkarlanan genetik modifikasiya olunmuş bitkilərdən yarana biləcək təhlükənin təyin edilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” 2012-ci il 11 dekabr tarixli 291 nömrəli və “Azərbaycan Respublikasının Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən metroloji qayda və normalara riayət olunmasına dövlət nəzarəti aparılarkən, iradnamə və tələbnamələrin verilməsi Qaydası”nın təsdiq edilməsi barədə” 2014-cü il 9 iyun tarixli 188 nömrəli qərarlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında” Azərbaycan Respubli…
Səlahiyyətlər (7)
Maddələrdəki səlahiyyətli orqanların həlli- →Azərbaycan Respublikasının Nazirlər Kabinetibirinci halda
- →Azərbaycan Respublikasının Prezidenti
- →Azərbaycan Respublikasının Nazirlər Kabinetibirinci halda
- →Azərbaycan Respublikasının Nazirlər Kabinetibirinci halda
- →Azərbaycan Respublikasının Nazirlər Kabinetibirinci halda
- →Azərbaycan Respublikasının Nazirlər Kabinetibirinci halda
- →Azərbaycan Respublikasının Nazirlər Kabinetibirinci halda
Anlayışlar (17)
Bu qanunda verilən təriflər- mədəni bitkilərfəsil:1/maddə:1/hissə:1.1/bənd:1.1.1
- insan tərəfindən qida məhsulları, sənaye üçün xammal, yem, dərman, bəzək (dekorativ) məqsədi ilə becərilən bitki növləri, sort və formaları
- mədəni bitkilərin yabanı əcdadlarıfəsil:1/maddə:1/hissə:1.1/bənd:1.1.10
- təkamülcə və genetik cəhətdən mədəni bitkilərə yaxın, onlarla eyni cinsə, növə aid olan, mədəniləşdirilmə və yeni sortların alınmasında istifadə baxımından potensiala malik yabanı növ və formalar
- yerli sortlarfəsil:1/maddə:1/hissə:1.1/bənd:1.1.11
- başlıca olaraq ənənəvi aqrosistemlərdə istifadə edilən, kənd təsərrüfatı istehsalından çıxarılmış, lakin müəyyən elmi, sosial-iqtisadi, mədəni-tarixi və digər əhəmiyyət kəsb edən yerli, əsasən elmi və xalq seleksiya sortları
- bioloji müxtəliflikfəsil:1/maddə:1/hissə:1.1/bənd:1.1.12
- yerüstü, dəniz və digər su ekosistemləri və ekoloji komplekslər də daxil olmaqla canlı aləmi təşkil edən bütün orqanizmlərin növdaxili, növlərarası və ekosistem müxtəlifliyi
- təbii mühitdə mühafizəfəsil:1/maddə:1/hissə:1.1/bənd:1.1.13
- yabanı bitki müxtəlifliyinin təbii areallarında becərilən sort və digər nümunələrin xarakterik xüsusiyyətlərini və adaptiv xassələrini qazandığı mühitdə (in situ) mühafizəsi və idarə olunması
- genefondfəsil:1/maddə:1/hissə:1.1/bənd:1.1.14
- bitki genetik ehtiyatlarının təbii mühitdə mühafizə və idarə olunan müxtəlifliyi
- mədəni bitkilərin Milli genefondufəsil:1/maddə:1/hissə:1.1/bənd:1.1.15
- yerli xalq və elmi seleksiya sort və formaları, həmçinin ölkə ərazisinin təbii məskənlərində bitən, onlara yaxın yabanı bitki növləri
- bioaraşdırma fəaliyyətifəsil:1/maddə:1/hissə:1.1/bənd:1.1.16
- kolleksiyaların zənginləşdirilməsi məqsədi ilə bitki müxtəlifliyinin toplanması, əldə olunan hüceyrə plazmasının nəzarət edilən şəraitdə qorunub saxlanılması, elmi-tədqiqat, seleksiya, maarifləndirmə və digər fəaliyyətdə istifadəsi məqsədi ilə bitkilərin genetik ehtiyatlarının təbii areallarda axtarışının aparılması
- genetik aşınmafəsil:1/maddə:1/hissə:1.1/bənd:1.1.17
- genetik ehtiyatların səmərəsiz istifadəsi və lazımi şəraitdə saxlanılmaması da daxil olmaqla antropogen fəaliyyət və təbii fəlakət nəticəsində genetik müxtəlifliyin itirilməsi
- mədəni bitkilərin genetik ehtiyatlarıfəsil:1/maddə:1/hissə:1.1/bənd:1.1.2
- qida məhsulları istehsalı, kənd təsərrüfatı, tibbi və digər fəaliyyət üçün faktiki və ya potensial dəyərə malik bitki mənşəli istənilən genetik material
- genetik materialfəsil:1/maddə:1/hissə:1.1/bənd:1.1.3
- reproduktiv və vegetativ-çoxalma materialı da daxil olmaqla özündə irsiyyətin funksional vahidlərini saxlayan bitki mənşəli istənilən material
- mədəni bitkilərin genetik ehtiyat nümunələrifəsil:1/maddə:1/hissə:1.1/bənd:1.1.4
- canlı saxlanılan bütöv bitkilər, həmçinin onların eyni növə və ya növdaxili taksona aid olan bitkilər almaq imkanı verən hissələri (toxum, kök yumruları, qələmlər, soğanaqlar, kökümsovlar, canlı bitkilər və s.), orqanlarının toxumaları, hüceyrələri
- mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsifəsil:1/maddə:1/hissə:1.1/bənd:1.1.5
- mədəni bitkilərin genetik ehtiyatlarının toplanması, təhlükəsiz qorunub saxlanması və öyrənilməsi
- genbankfəsil:1/maddə:1/hissə:1.1/bənd:1.1.6
- mədəni bitkilərin genetik ehtiyatları nümunələrinin müvafiq saxlama şəraitində mühafizəsi üçün xüsusi qurğu və avadanlıqla təchiz edilmiş saxlanma yeri (otaq, bina, kamera)
- mədəni bitkilərin genetik ehtiyatları kolleksiyalarıfəsil:1/maddə:1/hissə:1.1/bənd:1.1.7
- bitki müxtəlifliyinin toplanmış, sistemləşdirilmiş və sənədləşdirilmiş, fiziki və hüquqi şəxslər tərəfindən onların təbii həyat mühitindən (yabanı növlərin təbii areallarından, sortların isə səciyyəvi xüsusiyyətlərini və adaptiv xassələrini qazandığı yerlərdən) kənarda nəzarət edilən şəraitdə saxlanan komponentləri
- mədəni bitkilərin genetik ehtiyatlarının Milli kolleksiyalarıfəsil:1/maddə:1/hissə:1.1/bənd:1.1.8
- dövlətin mülkiyyətində və mühafizəsində olan mədəni bitkilərin genetik ehtiyatlarının müxtəlif təyinatlı kolleksiyaları
- mədəni bitkilərin genetik ehtiyatlarının Milli kataloqufəsil:1/maddə:1/hissə:1.1/bənd:1.1.9
- bitki genetik ehtiyatlarının milli kolleksiyalarında qorunub saxlanan genetik ehtiyat nümunələrinin vahid formaya salınmış məlumat bazası