ətraf mühitə və insanın sağlamlığına təsirini azaltmaq məqsədilə tullantıların xüsusi qurğularda emalı (o cümlədən yandırılması) və ya basdırılması
tullantılarfəsil:1/maddə:1/abzas:11
qanunvericiliyin müddəalarına müvafıq olaraq kənarlaşdırılan, kənarlaşdırma üçün nəzərdə tutulan, kənarlaşdırılmalı olan maddə və əşyalar
tullantıların idarə olunmasıfəsil:1/maddə:1/abzas:12
tullantıların əmələ gəldiyi fəaliyyət prosesi, habelə tullantıların yığılması (toplanması), çeşidlənməsi, daşınması, yerləşdirilməsi, emalı, istifadəsi, utilizasiyası, zərərsizləşdirilməsi və basdırılması üzrə fəaliyyət
tullantıların müəyyən əlamətlərinə (növünə, tərkibinə, xüsusiyyətinə və s.) görə toplanması
tullantıların daşınmasıfəsil:1/maddə:1/abzas:15
tullantıların əmələ gəldiyi, yerləşdirildiyi, istifadə və utilizasiya edildiyi, zərərsizləşdirildiyi, basdırıldığı və ya məhv edildiyi yerlər və obyektlər arasında daşınması
sonradan istifadəyə yararlı olmayan tullantılardan ətraf mühitə zərərli təsirin qarşısını almaq məqsədilə onların xüsusi ayrılmış yerlərdə müvafiq qaydada təcrid edilməsi
tullantıların istifadəsifəsil:1/maddə:1/abzas:18
tullantılardan malların (məhsulların) istehsalında və ya enerji əldə edilməsində istifadə olunması
tullantıların yerləşdirilməsi üçün nəzərdə tutulmuş xüsusi təchiz edilmiş qurğu (poliqon, şlam-anbar və başqaları)
istehsalat tullantılarıfəsil:1/maddə:1/abzas:2
istehsal, yaxud işlərin (xidmətlərin) yerinə yetirilməsi prosesində əmələ gələn və ilkin istehlak xüsusiyyətlərini tam və ya qismən itirən xammal, material, maddə, yarımfabrikat, əşya və digər məhsulların qalıqları, habelə istehsal obyekti olmayan və öz istifadə olunma xüsusiyyətlərinə görə texnoloji prosesə daxil olmayan, yenidən əmələ gələn eyni mənşəli əşya və maddələr
ən azı iki dövlətin mənafeyinə toxunmaq şərtilə tullantıların bir dövlətin ərazisindən digər dövlətin ərazisinə və ya ərazidən keçməklə, yaxud hər hansı dövlətin yurisdiksiyası altında olmayan əraziyə və ya ərazidən keçməklə daşınması
tibbi tullantılarfəsil:1/maddə:1/abzas:21
səhiyyə və baytarlıq obyektlərində və tibbi manipulyasiya zamanı əmələ gələn tullantılar
təhlükəli tullantıların pasportlarıfəsil:1/maddə:1/abzas:22
təhlükəli tullantıların müvafiq tullantı növünə və təhlükəlilik dərəcəsinə aidiyyətini təsdiq edən, onların tərkibi barədə məlumat verən sənəd
tullantıların növüfəsil:1/maddə:1/abzas:23
tullantıların təsnifatı sisteminə uyğun olaraq ümumi əlamətlərə malik olan tullantılar
fəaliyyəti nəticəsində təhlükəli və ya digər tullantıların əmələ gəlməsinə səbəb olan istənilən şəxs, yaxud bu şəxs məlum olmadıqda, tullantıların sahibi olan və/və ya onlara nəzarəti həyata keçirən şəxs
tullantıların sahibi (mülkiyyətçisi)fəsil:1/maddə:1/abzas:25
tullantıların istehsalçısı, yaxud onların sahibi olan fiziki və ya hüquqi şəxs
texnoloji prosesfəsil:1/maddə:1/abzas:26
istehsalat vahidinin işə salınmasının təsdiq edilmiş müddəti ilə texnoloji reqlamentə uyğun fəaliyyəti
istehsalat tullantılarının əmələ gəldiyi yerlərfəsil:1/maddə:1/abzas:27
əmələ gəldiyi texnoloji proses, yaxud istehsal sahələri (müəssisələr)
pasport məlumatları və ya yoxlama sınaqları əsasında konkret təhlükəli tullantıların hansı tullantı növünə və xüsusiyyətinə aidiyyətinin müəyyən edilməsi proseduru
az tullantılı texnologiyafəsil:1/maddə:1/abzas:29
ənənəvi üsullarla müqayisədə məhsulun alınması nəticəsində tullantıların nisbətən az həcmdə əmələ gəlməsinə imkan verən istehsalat prosesi
məişət tullantıları (bərk məişət tullantıları)fəsil:1/maddə:1/abzas:3
əhalinin həyat fəaliyyəti nəticəsində yaşayış yerlərində əmələ gələn əşyalar, maddələr və materiallar
təhlükəli tullantılarfəsil:1/maddə:1/abzas:4
tərkibində təhlükəli xüsusiyyətlərə malik partlayıcı, yanma qabiliyyətli, oksidləşdirici, toksiki, infeksion, korroziya təsirinə malik və ekotoksiki maddələr olan, əhalinin sağlamlığı və ətraf mühit üçün bilavasitə və ya potensial təhlükə yaradan tullantılar
təhlükəsiz tullantılarfəsil:1/maddə:1/abzas:5
ətraf mühitə bilavasitə təhlükəli təsir göstərməyən tullantılar
təkrar xammalfəsil:1/maddə:1/abzas:6
texniki və ya texnoloji imkanlar, həmçinin iqtisadi səmərəlilik nəzərə alınmaqla təsərrüfat fəaliyyətində təkrar istifadə oluna bilən tullantılar
yararsız tullantılarfəsil:1/maddə:1/abzas:7
istifadə olunma xüsusiyyətləri məhdud olan, təkrar istifadəsi iqtisadi baxımdan səmərəli olmayan tullantılar
tullantıların emalıfəsil:1/maddə:1/abzas:8
toplanması, saxlanılması, çeşidlənməsi, daşınması və zərərsizləşdirilməsi prosesindən ibarət məqsədyönlü fəaliyyət