“Büdcə sistemi haqqında”, “Mühasibat uçotu haqqında” və “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 20 fevral tarixli 359-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı
→Azərbaycan Respublikasının Dövlət Neft Şirkətitəyinat
→Azərbaycan Respublikasının Prezidentiüçüncü halda
Maddə 1.1.32-22 həll
→Azərbaycan Respublikasının Dövlət Neft Şirkətitəyinat
→Azərbaycan Respublikasının Prezidentiüçüncü halda
Maddə 4.21 həll
→Azərbaycan Respublikasının Nazirlər Kabinetibirinci halda
Anlayışlar (49)
Bu qanunda verilən təriflər
büdcəfəsil:1/maddə:1/hissə:1.1/bənd:1.1.1
Azərbaycan Respublikasının müvafiq dövlət hakimiyyəti və özünüidarəetmə orqanları vasitəsi ilə dövlətə və bələdiyyələrə məxsus vəzifə və funksiyaları yerinə yetirmək üçün lazım olan pul vəsaitinin yığılması və istifadə olunması üçün əsas maliyyə sənədi
dövlət büdcəsinin kassa icrasıfəsil:1/maddə:1/hissə:1.1/bənd:1.1.10
büdcə gəlirlərinin büdcəyə daxilolmasını və xərclərinin büdcə təsnifatına uyğun olaraq xəzinədarlıq vasitəsi ilə ünvanlı istifadəsini təmin edən icra mexanizmi
Azərbaycan Respublikasının, Naxçıvan Muxtar Respublikasının və yerli özünüidarəetmə orqanlarının müvafiq qanunvericilik aktları ilə müəyyən olunmuş qaydada dövlət büdcəsinə, Naxçıvan Muxtar Respublikasının büdcəsinə və yerli büdcələrə daxil olan vergilər, rüsumlar, digər ödənişlər və daxilolmalar
büdcə təsnifatına uyğun olaraq dövlət büdcəsindən, Naxçıvan Muxtar Respublikasının büdcəsindən və yerli büdcələrdən qanunvericiliklə nəzərdə tutulan tələbatı ödəmək üçün ayrılan vəsait
Dövlət büdcəsinin icrası zamanı yaranmış qənaətlər artıq ehtiyat fonduna və Prezidentin Ehtiyat Fonduna yönəldilə biləcəkdir. Bu dəyişiklik büdcə vəsaitlərinin daha çevik istifadəsini təmin edir və fövqəladə tədbirlərin maliyyələşdirilməsinə imkan verir.
Hədəf qanunlar: Büdcə sistemi haqqında, Meşələrin qorunub saxlanması və təkrar istehsalı f…, “Ətraf mühitin mühafizəsi üzrə dövlət fondu haqqın… +3 digər
dövlət büdcəsindən Naxçıvan Muxtar Respublikasının büdcəsinə, yerli büdcələrə, büdcə təşkilatlarına, dövlət adından yaradılan publik hüquqi şəxslərə, dövlət büdcəsindən maliyyə yardımı alan digər hüquqi şəxslərə, yerli büdcələrdən bələdiyyə təşkilatlarına büdcə ili ərzində verilən və ən geci verildiyi büdcə ilinin sonunadək qaytarılmalı olan maliyyə vəsaiti
dotasiyafəsil:1/maddə:1/hissə:1.1/bənd:1.1.14
dövlət büdcəsindən Naxçıvan Muxtar Respublikasının büdcəsinə və yerli büdcələrə onların gəlir və xərclərini tənzimləmək məqsədi ilə əvəzsiz verilən maliyyə vəsaiti
qrantfəsil:1/maddə:1/hissə:1.1/bənd:1.1.15
daxili və xarici mənbələr hesabına əvəzsiz verilən məqsədli maliyyə yardımı
subvensiyafəsil:1/maddə:1/hissə:1.1/bənd:1.1.16
məqsədli maliyyələşdirmənin həyata keçirilməsi üçün dövlət büdcəsindən Naxçıvan Muxtar Respublikasının büdcəsinə və yerli büdcələrə verilən, lakin həmin məqsəd üçün və ya müəyyən edilmiş müddətdə istifadə edilmədikdə geri qaytarılan maliyyə vəsaiti
subsidiyafəsil:1/maddə:1/hissə:1.1/bənd:1.1.17
dövlət büdcəsindən Naxçıvan Muxtar Respublikasının büdcəsinə, yerli büdcələrə və hüquqi şəxslərə əvəzsiz verilən maliyyə vəsaiti
transfertfəsil:1/maddə:1/hissə:1.1/bənd:1.1.17-1
dövlət büdcəsindən Naxçıvan Muxtar Respublikasının büdcəsinə, yerli büdcələrə, büdcədənkənar dövlət fondlarına, məqsədli büdcə fondlarına, büdcədənkənar dövlət fondlarından və məqsədli büdcə fondlarından dövlət büdcəsinə, Naxçıvan Muxtar Respublikasının büdcəsinə və yerli büdcələrə əvəzsiz verilən (köçürülən) maliyyə vəsaiti
dövlət büdcəsi, Naxçıvan Muxtar Respublikasının büdcəsi və yerli büdcələrin tərkibində konkret tədbirlərin həyata keçirilməsi üçün formalaşan və istifadə edilən pul vəsaiti
sekvestrfəsil:1/maddə:1/hissə:1.1/bənd:1.1.19
dövlət büdcəsi, Naxçıvan Muxtar Respublikasının büdcəsi və yerli büdcələrin , həmçinin dövlət büdcəsinin kəsirinin (defisitin) maliyyələşmə mənbələri üzrə daxilolmalar yerinə yetirilmədikdə, müdafiə olunmuş xərc maddələri istisna olmaqla, büdcə ilinin qalan ayları üzrə xərclərin müəyyən olunmuş qaydada ixtisarı
dövlət büdcəsinin, Naxçıvan Muxtar Respublikasının büdcəsinin, yerli büdcələrin və büdcədənkənar dövlət fondlarının gəlirlərinin, xərclərinin və maliyyələşmə mənbələrinin funksional, iqtisadi, inzibati və digər prinsiplər əsasında qruplaşdırılması
müdafiə olunan xərc maddələrifəsil:1/maddə:1/hissə:1.1/bənd:1.1.20
büdcə ili ərzində maliyyələşdirilməsinə sekvestr tətbiq olunmayan, qanunvericiliklə müəyyən edilmiş büdcə xərcləri
toplu maliyyə balansıfəsil:1/maddə:1/hissə:1.1/bənd:1.1.22
konkret dövr üçün ölkədə maliyyə vəsaitlərinin yaranma mənbələri və istifadə istiqamətləri barədə məlumatları özündə əks etdirən maliyyə sənədi
büdcənin tərtibi prosesində iştirak edən təşkilatlarfəsil:1/maddə:1/hissə:1.1/bənd:1.1.24
mərkəzi və yerli icra hakimiyyəti orqanları və onların struktur bölmələri, büdcə gəlirlərinin icrasını təmin edən orqanlar, dövlət büdcəsindən maliyyələşən və (və ya) maliyyə yardımı alan təşkilatlar, büdcədənkənar dövlət fondları və vergi ödəyiciləri, zərurət yarandıqda bələdiyyələr
vahid xəzinə hesabıfəsil:1/maddə:1/hissə:1.1/bənd:1.1.25
dövlət xəzinədarlığının bank və maliyyə institutlarındakı hesablar sistemi
vahid xəzinə hesabının qalığıfəsil:1/maddə:1/hissə:1.1/bənd:1.1.26
dövlət xəzinədarlığının bank və maliyyə institutlarındakı hesablar sistemində vəsait qalığı
vahid xəzinə hesabının sərbəst qalığıfəsil:1/maddə:1/hissə:1.1/bənd:1.1.27
dövlət xəzinədarlığının bank və maliyyə institutlarındakı hesablar sistemində ötən illərin dövlət büdcələrinin icrası nəticəsində cari büdcə ilinin əvvəlinə qalan vəsaitin məbləği
xalis maliyyə aktivlərifəsil:1/maddə:1/hissə:1.1/bənd:1.1.28
Azərbaycan Respublikası Dövlət Neft Fondunun vəsaitinin qalığı, vahid xəzinə hesabının qalığı, vahid xəzinə hesabının idarəetməyə verilmiş vəsaitləri, Azərbaycan Respublikasının adından bağlanılmış müqavilələrin öhdəlikləri üzrə xarici dövlətlər tərəfindən ödənilməli olan borc və dövlət müəssisələrinin dövlət büdcəsi qarşısında öhdəliklərinə xidmət üzrə cari ilə düşən məbləğin cəmi ilə daxili və xarici dövlət borcunun ümumi məbləğinin fərqi
bu Qanunun 11-1-ci maddəsinə əsasən müəyyən edilən makroiqtisadi dayanıqlığı, maliyyə və borc intizamını təmin edən büdcə siyasətinin həyata keçirilməsi üçün makroiqtisadi və büdcə göstəricilərindən ibarət çərçivə
büdcə ilifəsil:1/maddə:1/hissə:1.1/bənd:1.1.3
yanvar ayının 1-dən dekabr ayının 31-dək olan bir illik dövr
dövlət müəssisəsifəsil:1/maddə:1/hissə:1.1/bənd:1.1.30
paylarının (səhmlərinin) 51 və daha artıq faizi birbaşa və ya dolayısı ilə dövlətə məxsus olan səhmdar cəmiyyət, məhdud məsuliyyətli cəmiyyət, digər təşkilati formada fəaliyyət göstərən hüquqi şəxslər və publik hüquqi şəxslər
qeyri-neft ümumi daxili məhsulfəsil:1/maddə:1/hissə:1.1/bənd:1.1.31
ümumi daxili məhsulun məcmu dəyəri ilə neft-qaz sektorunda formalaşan ümumi daxili məhsulun məcmu dəyərinin fərqi
dövlət büdcəsinin gəlirləri (Azərbaycan Respublikasının Dövlət Neft Fondundan dövlət büdcəsinə transfert istisna olmaqla), Azərbaycan Respublikasının Dövlət Neft Fondunun gəlirləri, Naxçıvan Muxtar Respublikasının büdcəsinin gəlirləri (dövlət büdcəsindən verilən dotasiya istisna olmaqla), dövlət sosial müdafiə fondunun gəlirləri (dövlət büdcəsinin öhdəliklərinin maliyyələşdirilməsi üçün ayrılan vəsait və dövlət büdcəsindən maliyyələşən təşkilatların məcburi sosial sığorta üzrə ödədikləri sığorta haqlarının məbləği istisna olmaqla), işsizlikdən sığorta fondunun gəlirləri (dövlət büdcəsindən maliyyələşən təşkilatların işsizlikdən sığorta üzrə ödədikləri sığorta haqlarının məbləği istisna olmaqla), icbari tibbi sığorta fondunun gəlirləri (dövlət büdcəsinin öhdəliklərinin maliyyələşdirilməsi üçün ayrılan vəsait və dövlət büdcəsindən maliyyələşən təşkilatların icbari tibbi sığorta üzrə ödədikləri sığorta haqlarının məbləği istisna olmaqla)
dövlət büdcəsinin xərcləri (Azərbaycan Respublikasının Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertin məbləği çıxılmaqla), Azərbaycan Respublikası Dövlət Neft Fondunun xərcləri, Naxçıvan Muxtar Respublikasının büdcəsinin xərcləri (dövlət büdcəsindən verilən dotasiyanın məbləği çıxılmaqla), dövlət sosial müdafiə fondunun xərcləri (dövlət büdcəsinin öhdəliklərinin maliyyələşdirilməsi üçün ayrılan vəsait və dövlət büdcəsindən maliyyələşən təşkilatların məcburi sosial sığorta üzrə ödədikləri sığorta haqlarının məbləği çıxılmaqla), işsizlikdən sığorta fondunun xərcləri (dövlət büdcəsindən maliyyələşən təşkilatların işsizlikdən sığorta üzrə ödədikləri sığorta haqlarının məbləği çıxılmaqla), icbari tibbi sığorta fondunun xərcləri (dövlət büdcəsinin öhdəliklərinin maliyyələşdirilməsi üçün ayrılan vəsait və dövlət büdcəsindən maliyyələşən təşkilatların icbari tibbi sığorta üzrə ödədikləri sığorta haqlarının məbləği çıxılmaqla)
icmal büdcənin neft gəlirlərifəsil:1/maddə:1/hissə:1.1/bənd:1.1.32
Azərbaycan Respublikası Dövlət Neft Fondunun gəlirləri, Azərbaycan Respublikasının ərazisində xam neftin və təbii qazın hasilatı ilə məşğul olan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) ödədiyi vergilər (fiziki şəxslərin gəlir vergisi istisna olmaqla) və həmin fəaliyyətlə məşğul olan digər şəxslərin ödədiyi mənfəət vergisi
icmal büdcənin ümumi gəlirlərindən icmal büdcənin neft gəlirləri çıxıldıqdan sonra qalan məbləğ
dövlət büdcəsinin neft gəlirlərifəsil:1/maddə:1/hissə:1.1/bənd:1.1.32-2
Azərbaycan Respublikasının Dövlət Neft Fondundan dövlət büdcəsinə transfert, Azərbaycan Respublikasının ərazisində xam neftin və təbii qazın hasilatı ilə məşğul olan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) ödədiyi vergilər (fiziki şəxslərin gəlir vergisi istisna olmaqla) və həmin fəaliyyətlə məşğul olan digər şəxslərin ödədiyi mənfəət vergisi
dövlət büdcəsinin qeyri-neft gəlirlərifəsil:1/maddə:1/hissə:1.1/bənd:1.1.32-3
dövlət büdcəsinin ümumi gəlirlərindən dövlət büdcəsinin neft gəlirləri çıxıldıqdan sonra qalan məbləğ
xərclənə bilən neft gəlirlərifəsil:1/maddə:1/hissə:1.1/bənd:1.1.33
proqnozlaşdırılan büdcə ilinin əvvəlinə xalis maliyyə aktivlərinin 30 faizi ilə icmal büdcənin neft gəlirləri arasında yaranan fərqin 20 faizinin həmin göstəricilərin kiçiyinin üzərinə gəlinməklə formalaşan məbləği
icmal büdcə xərclərinin yuxarı həddifəsil:1/maddə:1/hissə:1.1/bənd:1.1.34
bu Qanunun 11-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla hesablanmış göstərici
icmal büdcənin baza xərclərifəsil:1/maddə:1/hissə:1.1/bənd:1.1.35
dövlət borcu üzrə faiz ödənişləri istisna olmaqla, icmal büdcənin digər xərcləri
icmal büdcənin qeyri-neft baza kəsirifəsil:1/maddə:1/hissə:1.1/bənd:1.1.36
icmal büdcənin qeyri-neft gəlirləri ilə icmal büdcənin baza xərclərinin fərqi
təsdiq olunan büdcə ayırmalarıfəsil:1/maddə:1/hissə:1.1/bənd:1.1.4
qanunvericiliklə təsdiq olunan və dövlət büdcəsində, Naxçıvan Muxtar Respublikasının büdcəsində və yerli büdcələrdə maddələr üzrə xərclənə biləcək vəsaitin yuxarı həddi
büdcədənkənar dövlət fondlarıfəsil:1/maddə:1/hissə:1.1/bənd:1.1.5
qanunvericiliyə uyğun olaraq dövlət tərəfindən hüquqi şəxs qismində və (və ya) hüquqi şəxs yaratmadan təsis edilmiş və dövlət büdcəsindən kənar müstəqil büdcəyə və ya pul vəsaitlərinə malik olan məqsədli dövlət maliyyə fondları
müvafiq icra hakimiyyəti orqanlarının və büdcə təşkilatlarının qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət büdcəsindən və Naxçıvan Muxtar Respublikasının büdcəsindən kənarda əldə etdikləri gəlirləri və həyata keçirdikləri xərcləri üzrə maliyyə əməliyyatları
icmal büdcəfəsil:1/maddə:1/hissə:1.1/bənd:1.1.7
dövlət büdcəsinin, Naxçıvan Muxtar Respublikasının büdcəsinin (büdcədənkənar əməliyyatlar da daxil olmaqla) və büdcədənkənar dövlət fondlarının gəlir və xərclərini (Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondunun gəlir və xərcləri istisna olmaqla) funksional və iqtisadi təsnifata uyğun paraqraflar səviyyəsində əks etdirən maliyyə sənədi
maliyyələşdirilməsi bilavasitə Azərbaycan Respublikasının dövlət büdcəsi və Naxçıvan Muxtar Respublikasının büdcəsi hesabına həyata keçirilən idarə və təşkilatlar