Tarix və mədəniyyət abidələrinin qorunması haqqında
QüvvədədirMetadata
- Mənbə
- Milli Məclis(parliament)
- Sitat
- 470-IQ
- Qüvvəyə minmə
- 1998-04-10
- Sahə
- sports_culture
- Növ
- standalone
- e-qanun ID
- 3526
Dəyişiklik tarixçəsi (1)
Qüvvəyə minmə tarixi üzrə versiyalar- v123.05.20241 dəyişiklik“Azərbaycan Respublikası Silahlı Qüvvələri Daxili xidmət nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında”, “Cinayət törətmiş şəxslərin verilməsi (ekstradisiya) haqqında” və “Mədəniyyət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu
Bu qanuna dəyişikliklər (6)
“Azərbaycan Respublikasının Cinayət Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” və “Mədəniyyət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 30 dekabr tarixli 335-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Prezident Fərmanı 2025-ci il 30 dekabr tarixli 335-VIIQD nömrəli Qanunun tətbiqini təmin etmək üçün İnzibati Xətalar Məcəlləsi, Cinayət-Prosessual Məcəllə, Mədəniyyət və Tarix-Mədəniyyət Abidələrinin Qorunması qanunlarında edilən dəyişiklikləri həyata keçirir. Fərman inzibati xətalar üzrə işləri baxan vəzifəli şəxslərin səlahiyyətlərini və məsuliyyətlərini yenidən tənzimləyir. Dəyişikliklər 28 yanvar 2026-cı il tarixindən qüvvəyə minir.
Azərbaycan Respublikasının Cinayət Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” və “Mədəniyyət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu
Səlahiyyətlər (79)
Maddələrdəki səlahiyyətli orqanların həlli- →Azərbaycan Respublikasının Prezidentitəyinat
- →Azərbaycan Respublikasının Prezidenti
- →Azərbaycan Respublikasının Nazirlər Kabineti
- →Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi
- →Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi
- →"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi
Anlayışlar (1)
Bu qanunda verilən təriflər- Tarix və mədəniyyət abidələrininfəsil:1/maddə:2
- arxeoloji və memarlıq obyektləri, etnoqrafik, numizmatik, epiqrafik, antropoloji materiallar, tarixi hadisə və şəxsiyyətlərlə bağlı olan bina, xatirə yerləri, əşyalar xalqın dini əqidəsi ilə bağlı dəyərlərdir. Abidələr daşınar (səyyar) və daşınmaz (stasionar) ola bilər. Daşınar abidələr muzeylərdə, arxivlərdə, fondlarda, sərgilərdə və digər münasib yerlərdə, daşınmaz abidələr əksər hallarda arxeoloji və memarlıq abidələri olmaqla olduğu və inşa edildiyi yerlərdə qorunur. Bu Qanunda istifadə edilən anlayışlar aşağıdakı mənaları ifadə edirlər: arxeoloji abidələr — insanın fəaliyyəti ilə əlaqədar yer altında olan maddi mədəniyyət nümunələri, o cümlədən ibtidai insan düşərgələri və yaşayış məskənləri, qədim qəbiristanlar, müdafiə sistemləri və istehkamlar, ziyarətgahlar, hər cür qədim əşyalar, dini və xatirə abidələri, qaya və daşüstü təsvirlər və yazılar, qədim mədən istismar izləri, əmək alətləri, istehsalat kürələri, qədim yollar, körpü qalıqları, arxlar, ovdan və kəhrizlər, su kəmərləri, kürəbəndlər və s.; memarlıq abidələri — öz həcm-plan həllini kifayət qədər saxlayan qurmalar, müxtəlif təyinatlı memarlıq-inşaat binaları, yardımçı obyektlər, mühəndis kommunikasiyaları; məskənsalma (şəhərsalma) abidələri; ərazisinin əksər hissəsi memarlıq, tarixi-mədəni sənətkarlıq abidələri və tikililər ilə tutulan, ənənəvi məhəllələrə bölünən, bəzən də qala divarları ilə əhatə edilən, küçə şəbəkəsini və mühəndis kommunikasiyalarını qismən saxlayan yaşayış məntəqələri, bağ-parklar, xiyabanlar, incəsənət nümunələri; yeni yaranmış memarlıq abidələri; öz həcm-plan, bədii-estetik, istismar-funksional və texniki-konstruktiv həllinə görə uzun ömürlü memarlıq binaları və qurmaları; kiçik memarlıq formaları; monumentlər, obelisklər, fəvvarələr, şəlalələr, bulaqlar, hovuzlar, köşklər və ərazidə xüsusi mövqe tutan başqa yaradıcılıq obyektləri; tarix abidələri — cəmiyyət və dövlət tarixi ilə, müharibə və milli azadlıq hərəkatı ilə, elm və texnikanın inkişafı ilə xalqın həyatındakı mühüm tarixi hadisələrlə bağlı dəyərlər, dövlət xadimlərinin və hərbi xadimlərin, Azərbaycan Respublikasının Vətən Müharibəsi Qəhrəmanlarının, Azərbaycanın Milli Qəhrəmanlarının, Sovet İttifaqı Qəhrəmanlarının, görkəmli elm və incəsənət xadimlərinin həyatı ilə bağlı qurmalar, mənzillər, xatirə yerləri, sənədlər və əşyalar, etnoqrafik abidələr — xalqın maddi, mənəvi, ideoloji, sənətkarlıq və təsərrüfat həyatını özündə əks etdirən qurmalar və əmək alətləri, əşyalar, epiqrafik abidələr — üzərində yazılar olan müxtəlif daş, gil, ağac və metal nümunələri; sənədli abidələr — rəsmi dövlət orqanlarının aktları, qədim əlyazmaları, nadir çap əsərləri, arxivlər, o cümlədən fono, foto və kino arxivlər; incəsənət abidələri — tarixi və estetik dəyəri olan bədii, təsviri, dekorativ-tətbiqi sənət nümunələri; qoruqlar — tarix və mədəniyyət üçün böyük əhəmiyyəti olan, dövlət tərəfindən mühafizə edilən ərazilər və ya məskənlər; adibələrin mühafizə zonası — abidələrin görkəminə xələl gətirməmək məqsədilə onların yerləşdiyi sahənin ətrafında abidənin xarakterindən asılı olaraq müəyyən edilən əlavə tənzimləmə zonası