QANUNÇU
ƏSAS
  • İcmal
  • Yeniliklər
  • Saxlanmışlar
  • İzlənən sahələr
  • Axtarış
SƏNƏDLƏR
  • Məcəllələr
  • Qanunlar
  • Parametrlər
  • Çıxış
QANUNÇU
ƏSAS
  • İcmal
  • Yeniliklər
  • Saxlanmışlar
  • İzlənən sahələr
  • Axtarış
SƏNƏDLƏR
  • Məcəllələr
  • Qanunlar
  • Parametrlər
  • Çıxış
Daxil olQeydiyyat
YeniliklərDəyişiklik
Rəsmi mənbə

“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2026-cı il 21 aprel tarixli 388-VIIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi barədə

AktivNöv: Fərman·Qəbul edən orqan: Prezident·Dərc tarixi: 15 iyul 2026
4Əlavə edilib0Silinib3Dəyişdirilib
XülasəAI

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilib. Daxili işlər naziri, ədliyyə naziri, səhiyyə naziri, kənd təsərrüfatı naziri və digər dövlət orqanlarının vəzifəli şəxsləri inzibati xətalar haqqında işləri baxmaq səlahiyyətinə malikdir. Dəyişikliklər 2026-cı il 21 aprel tarixli qanunun icrası ilə əlaqədar edilib və müxtəlif inzibati xətalar üzrə protokol tərtib etmə səlahiyyətləri yenidən tənzimlənib.

7 dəyişiklikdən 7-si maddə-maddə izlənir.

Hədəf akt 1 / 3
“Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə

Maddə 5

5.36-1
həmin Məcəllənin 381.12 və 381.13-cü, 381.13 və 388-3-cü (mediada yayılmasına münasibətdə) maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə audiovizual media subyektlərinə münasibətdə Azərbaycan Respublikasının Audiovizual Şurası, digər media subyektlərinə münasibətdə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi baxır;
5.37-1
Yeni bənd
həmin Məcəllənin 388-3-cü maddəsində (internet informasiya ehtiyatlarında və ya informasiya-telekommunikasiya şəbəkələrində yayılmasına münasibətdə) nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə həmin işlər üzrə inzibati icraata başlamış Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və ya Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi baxır
Hədəf akt 2 / 3
“İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın təsdiq edilməsi barədə

Əlavə 1 · Maddə 2

2.1
Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – Məcəllə) 157, 209, 211, 212.1, 212.4, 212-1.1 (həmçinin metropolitendə stansiyaların vestibüllərində, keçidlərində və platformalarında, vaqonlarda, eləcə də taksi minik avtomobillərində elektron siqaretlərin istifadəsinə münasibətdə), 266.4, 290.1.1–290.1.6, 290.2 (baxılması səlahiyyətlərinə aid edilmiş maddələr üzrə), 306, 322.0.2, 322.0.4 (taksi minik avtomobilində tütün çəkilməsinə münasibətdə), 322.0.8, 323, 326-1, 327.1–327.7, 327-1.1, 328–331, 332.1–332.3, 333.1, 333-1.1, 334.1, 334-1.1, 335.1–335.4, 336, 337.1–337.4, 338.1–338.5, 338.8, 338.9, 339.1, 342.1.1–342.1.8, 342.1.11, 342.2–342.7, 343.1, 343.4, 343.8, 343-1.1, 343-1.5, 343-1.10, 344, 345, 346, 347, 352.1.1, 352.1.3, 352.1.6, 352.1.11, 352.1.12, 352.2 (nəqliyyat vasitələrindən bayıra hər hansı əşya atılmasına münasibətdə), 353, 354.0.7, 355–358, 428.5, 443.2, 457-1.1.1, 457-1.1.2, 457-1.2, 469.1 (ümumi istifadədə olan nəqliyyat vasitələri və taksi minik avtomobilləri sərnişinlərinin icbari fərdi qəza sığortasına münasibətdə), 469.3 (avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə standart sığorta müqaviləsi növünə münasibətdə), 510, 513, 514, 517.0.1–517.0.6, 517.0.9–517.0.13, 520, 521, 523, 524, 563.1, 564, 565, 566 (Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin şəxsiyyət vəsiqələrinə münasibətdə), 583–586, 588, 589, 590.1, 591, 593 və 597-ci (Azərbaycan Respublikasının ərazisində xarici hüquqi şəxslər, yaxud əcnəbi və ya vətəndaşlığı olmayan şəxslər tərəfindən təsis edilmiş hüquqi şəxslər, o cümlədən birbaşa və ya dolayı yolla xarici kapitalın iştirakı ilə yaradılmış hüquqi şəxslər (onların vəzifəli şəxsləri və mühafizəçiləri) istisna olmaqla, digər hüquqi şəxslərə (onların vəzifəli şəxslərinə və mühafizəçilərinə) münasibətdə) maddələrində, Bakı şəhərinin inzibati ərazisi istisna olmaqla, Məcəllənin 346-1-ci maddəsində, Nazirliyin fəaliyyət istiqamətlərinə uyğun olaraq Məcəllənin 350.1, 517.0.7, 517.0.8, 575 və 577-ci maddələrində, habelə iş üzrə icraat Nazirliyin vəzifəli şəxsləri tərəfindən başlanıldıqda Məcəllənin 189-2, 189-3.1, 212.5, 243.0.1 (yer təkinin və ətraf mühitin mühafizəsi üzrə standartların (normaların, qaydaların) tələblərini pozmaqla torpaq və ya qum ehtiyatlarının əldə edilməsinə münasibətdə), 244-1, 252, 266.3, 266.4-1, 272, 276-1, 322.0.1, 322.0.7, 322.0.9, 322.0.10, 324.2, 324.4, 324.7, 324.9, 324-3, 342.1.9, 348, 350.2, 352.1.2, 352.1.4, 352.1.5, 352.1.7–352.1.10, 352.2 (yollara və yol qurğularına tullantı atılmasına münasibətdə), 354.0.1 - 354.0.6, 354.0.8 – 354.0.10,388-3 (internet informasiya ehtiyatlarında və ya informasiya-telekommunikasiya şəbəkələrində yayılmasına münasibətdə), 430.1, 454, 455.2, 457-1.1.3 və 457-1.1.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə - daxili işlər naziri, onun müavinləri, Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri və onun müavinləri;

Əlavə 1 · Maddə 13

13.0
Yeni bənd
Məcəllənin 388-3-cü maddəsində (audiovizual media subyektləri tərəfindən mediada yayılmasına münasibətdə) nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə – Şuranın sədri.

Əlavə 1 · Maddə 13-1

13-1.1
Yeni bənd
Məcəllənin 388-3-cü maddəsində (audiovizual media subyektləri istisna olmaqla, digər media subyektləri tərəfindən mediada yayılmasına münasibətdə) nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə – Agentliyin icraçı direktoru, onun müavini.
Hədəf akt 3 / 3
“Rayon (şəhər) məhkəmələrinin və hərbi məhkəmələrin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın təsdiq edilməsi barədə

Əlavə 1 · Maddə 57

57.1
məhkəmənin xüsusi qərardadına (qərarına) və ya hakimin təqdimatına münasibətdə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi adından – ədliyyə naziri, onun müavinləri, Nazirliyin Aparatının İcra xidmətinin rəisi, onun müavinləri, Naxçıvan Muxtar Respublikasının ədliyyə naziri, onun müavini, Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi Aparatının İcra şöbəsinin rəisiRespublikası Ədliyyə Nazirliyi Aparatının icra üzrə müvafiq səlahiyyətli struktur qurumunun rəhbəri, yerli icra qurumlarının rəisləri, onların müavinləri və dövlət icra məmurları;

Əlavə 1

58-5
Yeni hissə
58-5. Məcəllənin 528-3.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında işlər üzrə protokol – xüsusi icra məmuru.

Bu sənəddəki digər dəyişikliklər

Aşağıdakı dəyişikliklər mənbə sənəddə var, lakin yuxarıdakı maddə-maddə izləmədə tam göstərilmir. Mənbədəki ifadəsi olduğu kimi verilir.

  • Yeni müddəa əlavə olunur· avtomatik yerləşdirilə bilmədi

    aşağıdakı məzmunda 58-5-ci və 58-6-cı hissələr əlavə edilsin: "58-5. Məcəllənin 528-3.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında işlər üzrə protokol – xüsusi icra məmuru. 58-6. Məcəllənin 528-3.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə protokol Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi adından – ədliyyə naziri, onun müavinləri, Nazirliyin Aparatının İcra xidmətinin rəisi, onun müavinləri, Naxçıvan Muxtar Respublikasının ədliyyə naziri, onun müavini, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Aparatının icra üzrə müvafiq səlahiyyətli struktur qurumunun rəhbəri.".

Əvvəlki yenilik
Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu
Növbəti yenilik
Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 8 may tarixli 626 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti Qaydası”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı