QANUNÇU
ƏSAS
  • İcmal
  • Yeniliklər
  • Saxlanmışlar
  • İzlənən sahələr
  • Axtarış
SƏNƏDLƏR
  • Məcəllələr
  • Qanunlar
  • Parametrlər
  • Çıxış
QANUNÇU
ƏSAS
  • İcmal
  • Yeniliklər
  • Saxlanmışlar
  • İzlənən sahələr
  • Axtarış
SƏNƏDLƏR
  • Məcəllələr
  • Qanunlar
  • Parametrlər
  • Çıxış
Daxil olQeydiyyat
YeniliklərDəyişiklik
Rəsmi mənbə

“Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin yaradılması və bununla əlaqədar bəzi məsələlərin həll edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 7 noyabr tarixli 226 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və sərəncamlarında dəyişiklik edilməsi barədə

AktivNöv: Fərman·Qəbul edən orqan: Prezident·Dərc tarixi: 15 iyul 2026
1Əlavə edilib2Silinib1Dəyişdirilib
XülasəAI

Bu fərman Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin yaradılması ilə əlaqədar dövlət orqanlarında struktural dəyişikliklər aparır. Dəyişikliklər əsasən nazirliklərin adlarının yenilənməsini, xüsusi dövlət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin siyahısının güncəllənməsini və bəzi büdcə məsələlərinin tənzimlənməsini əhatə edir. Fərman 2026-cı il iyulun 15-də qüvvəyə minir və dövlət aparatının müxtəlif səviyyələrində tətbiq olunur.

7 dəyişiklikdən 4-si maddə-maddə izlənir.

Hədəf akt 1 / 2
Azərbaycan Respublikasında bir sıra dövlət orqanlarının strukturunun optimallaşdırılması və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında

Maddə 6

6
Çıxarılır
Müəyyən edilsin ki, Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin saxlanılması üçün hər il üçün dövlət büdcəsindən ayrılan vəsaitin (dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) istisna olmaqla) yuxarı həddi Nazirliyin tabeliyindəki qurumların ("Az InTelekom" Məhdud Məsuliyyətli Cəmiyyəti istisna olmaqla) dövlət büdcəsinə ödədiyi dividendin cəmi məbləğinin yuxarı həddi ilə məhdudlaşır.

Maddə 11

11.2
"Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə" Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 dekabr tarixli 431 nömrəli Fərmanında onun üçün nəzərdə tutulmuş, habelə növbəti illərin dövlət büdcəsində nəzərdə tutulacaq vəsait həddində dividendin tabeliyindəki qurumlar tərəfindən dövlət büdcəsinə ödənilməsini təmin etsin.
Hədəf akt 2 / 2
Xüsusi rabitə ilə bağlı bəzi məsələlər haqqında

Əlavə 2 · Maddə 20

20.2
Çıxarılır
"Aztelekom" Məhdud Məsuliyyətli Cəmiyyətin baş direktoru;

Əlavə 2

34-1
Yeni hissə
"Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi (AZCON)" publik hüquqi şəxs üzrə: 34-1.1. "Aztelekom" Məhdud Məsuliyyətli Cəmiyyətinin baş direktoru; 34-1.2. "Azərpoçt" Məhdud Məsuliyyətli Cəmiyyəti İdarə Heyətinin sədri.

Bu sənəddəki digər dəyişikliklər

Aşağıdakı dəyişikliklər mənbə sənəddə var, lakin yuxarıdakı maddə-maddə izləmədə tam göstərilmir. Mənbədəki ifadəsi olduğu kimi verilir.

  • Əvəz edilirƏlavə 1 · Maddə 6.1 · 6.1.13-cü hissə· avtomatik yerləşdirilə bilmədi

    Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 sentyabr tarixli 1845 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022, № 9, maddə 1034 (Cild I); 2024, № 2, maddələr 147, 158, № 6 (I kitab), maddə 654, № 7, maddələr 814, 815, № 8, maddələr 937, 948) ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sistemi haqqında Əsasnamə"nin 6.1.13-cü yarımbəndində "Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki" sözləri "Nəqliyyat və Kommunikasiya Holdinqi (AZCON)" publik hüquqi şəxsin idarəetməsinə verilmiş" sözləri ilə əvəz edilsin.

  • Müddəa əlavə olunurMaddə 5· avtomatik yerləşdirilə bilmədi

    Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 sentyabr tarixli 1845 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022, № 9, maddə 1034 (Cild I); 2024, № 2, maddələr 147, 158, № 6 (I kitab), maddə 654, № 7, maddələr 814, 815, № 8, maddələr 937, 948) ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sistemi haqqında Əsasnamə"nin 6.1.13-cü yarımbəndində "Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki" sözləri "Nəqliyyat və Kommunikasiya Holdinqi (AZCON)" publik hüquqi şəxsin idarəetməsinə verilmiş" sözləri ilə əvəz edilsin.

  • Yeni müddəa əlavə olunur· avtomatik yerləşdirilə bilmədi

    "AKRONİMLƏR VƏ İXTİSARLAR" hissəsinə "ASK Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası" abzasından sonra aşağıdakı məzmunda yeni abzas əlavə edilsin: "AZCON Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi (AZCON)";

  • Müddəa əlavə olunur· avtomatik yerləşdirilə bilmədi

    "Əsas icraçı qurum" sütununa "qurum" sözündən sonra ", fəaliyyət istiqamətinə uyğun olaraq" sözləri əlavə edilsin;

  • Müddəa əlavə olunur· avtomatik yerləşdirilə bilmədi

    2.3.5-ci, 4.5.1-ci, 4.5.3-cü və 4.5.5-ci yarımbəndlərin birinci abzaslarının "Əsas icraçı qurum" sütununa "RİNN" akronimindən sonra ", AZCON" akronimi əlavə edilsin; 5.2.3. 4.3.4-cü yarımbəndin "Digər icraçılar" sütununa "ETN" akronimindən sonra ", AZCON" akronimi əlavə edilsin;

  • Əvəz edilirMaddə 2 · 5.1-cü hissə · 5.1.4-ci bənd· avtomatik yerləşdirilə bilmədi

    5.1.4-cü yarımbəndin birinci abzasının, 5.1.6-cı yarımbəndin, 6.1.2-ci yarımbəndin birinci abzasının və 6.3.1-ci yarımbəndin "Digər icraçılar" sütununda "RİNN" akronimi "AZCON" akronimi ilə əvəz edilsin.

  • Əvəz edilir· avtomatik yerləşdirilə bilmədi

    8.7.1-ci və 8.7.5-ci yarımbəndlərin "Digər icraçılar" sütununa "RİNN" akronimindən sonra ", AZCON" akronimi əlavə edilsin; 6.2. 8.7.2-ci yarımbəndin "Digər icraçılar" sütununa "NMR NK" akronimindən sonra ", AZCON" akronimi əlavə edilsin; 6.3. 8.7.3-cü və 8.7.4-cü yarımbəndlərin "Digər icraçılar" sütununda "RİNN" akronimi "AZCON" akronimi ilə əvəz edilsin; 6.4. "AKRONİMLƏR VƏ İXTİSARLAR" hissəsinə "AZAL –Azərbaycan Hava Yolları Qapalı Səhmdar Cəmiyyəti" abzasından sonra aşağıdakı məzmunda yeni abzas əlavə edilsin: "AZCON – "Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi (AZCON)".

  • Əvəz edilir×2· avtomatik yerləşdirilə bilmədi

    9.1.1.1-ci, 9.1.2.1-ci, 9.1.2.2-ci, 9.1.3.2 – 9.1.3.4-cü və 9.5.3.2-ci abzasların "Digər icraçılar" sütununda "RİNN" akronimi "AZCON" akronimi ilə əvəz edilsin;

  • Əvəz edilir· avtomatik yerləşdirilə bilmədi

    9.1.1.3-cü abzasın "Digər icraçılar" sütununa "Azərenerji" ASC" sözlərindən sonra ", AZCON" akronimi əlavə edilsin; 7.1.3. 9.1.3.1-ci abzasın "Əsas icraçılar (fəaliyyət istiqamətlərinə uyğun olaraq)" sütununda "RİNN" akronimi "AZCON" akronimi ilə əvəz edilsin; 7.2. "10. Akronimlər və ixtisarlar" hissəsinə "Azərenerji" ASC – "Azərenerji" Açıq Səhmdar Cəmiyyəti" abzasından sonra aşağıdakı məzmunda yeni abzas əlavə edilsin: "AZCON –Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi (AZCON)".

Əvvəlki yenilik
Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 8 may tarixli 626 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti Qaydası”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Növbəti yenilik
Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 22 iyun tarixli 1375 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı