QANUNÇU
ƏSAS
  • İcmal
  • Yeniliklər
  • Saxlanmışlar
  • İzlənən sahələr
  • Axtarış
SƏNƏDLƏR
  • Məcəllələr
  • Qanunlar
  • Parametrlər
  • Çıxış
QANUNÇU
ƏSAS
  • İcmal
  • Yeniliklər
  • Saxlanmışlar
  • İzlənən sahələr
  • Axtarış
SƏNƏDLƏR
  • Məcəllələr
  • Qanunlar
  • Parametrlər
  • Çıxış
Daxil olQeydiyyat
YeniliklərDəyişiklik
Rəsmi mənbə

Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində və “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

AktivNöv: Qanun·Qəbul edən orqan: Prezident·Dərc tarixi: 10 iyul 2026
9Əlavə edilib2Silinib9Dəyişdirilib
XülasəAI

Bu qanun cinayət prosesində iştirak edən şəxslərin (hal şahidləri, şahidlər, mütəxəssislər, ekspertlər, tərcüməçilər) vəzifə və hüquqlarını genişləndirmiş, əmlak üzərinə həbs qoyulması prosedurunu təkmilləşdirmiş, həmçinin apellyasiya və kassasiya şikayətlərinin verilmə müddətlərini və əsaslarını dəqiqləşdirmişdir. Qanun 2026-cı ilin iyul ayında qüvvəyə minir.

Bu dəyişikliyin mətnə tətbiqi yoxlanılır

20 dəyişiklikdən 20-si maddə-maddə izlənir.

Hədəf akt 1 / 3
Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi

Maddə 7

7.0.29
cinayət prosesində iştirak edən digər şəxslər — hal şahidi, şahid, mütəxəssis, ekspert, məhkəmə iclasının katibi və tərcüməçidir, tərcüməçi, habelə təqsirləndirilən şəxs olmayan, lakin əmlak üzərinə həbs qoyulması barədə cinayət prosesini həyata keçirən orqanın qərarı ilə qanuni mənafeyinə toxunulan şəxsdir;
99-1
Yeni maddə
Maddə 99-1. Əmlak üzərinə həbs qoyulması barədə cinayət prosesini həyata keçirən orqanın qərarı ilə qanuni mənafeyinə toxunulan şəxs 99-1.1. Təqsirləndirilən şəxs olmayan, lakin əmlak üzərinə həbs qoyulması barədə cinayət prosesini həyata keçirən orqanın qərarı ilə qanuni mənafeyinə toxunulan fiziki şəxs məlum olan sonuncu yaşayış yeri, hüquqi şəxs isə yerləşdiyi ünvan üzrə cinayət prosesini həyata keçirən orqan tərəfindən bildiriş göndərilməklə məlumatlandırılırlar. 99-1.2. Cinayət prosesini həyata keçirən orqan bu Məcəllənin 99-1.1-ci maddəsində göstərilən şəxsin müraciətinə əsasən 3 (üç) gündən gec olmayaraq onun əmlak üzərinə həbs qoyulması barədə cinayət prosesini həyata keçirən orqanın qərarı ilə qanuni mənafeyinə toxunulan şəxs qismində cinayət prosesinə cəlb edilməsi barədə qərar qəbul edir. 99-1.3. Əmlak üzərinə həbs qoyulması barədə cinayət prosesini həyata keçirən orqanın qərarı ilə qanuni mənafeyinə toxunulan şəxs bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada aşağıdakı hüquqları həyata keçirir: 99-1.3.1. cinayət işinə əlavə edilməsi və məhkəmə iclasında tədqiq olunması üçün sübutlar və digər materiallar təqdim etmək; 99-1.3.2. etirazlar etmək və vəsatətlər vermək; 99-1.3.3. birinci və apellyasiya instansiyası məhkəmələrinin iclaslarında və işin materiallarının tədqiqində iştirak etmək; 99-1.3.4. qanuni mənafeyinə toxunan şikayəti ilə cinayət işinə kassasiya, əlavə kassasiya qaydasında və ya hüquq və azadlıqların pozulması ilə bağlı yeni hallar və yeni açılmış hallar üzrə baxılmasında və cinayət işi materiallarının tədqiqində iştirak etmək, yaxud cinayət prosesinin digər iştirakçısının şikayətinə öz etirazını bildirmək; 99-1.3.5. məhkəmə iclasında cinayət prosesinin digər iştirakçıları tərəfindən verilmiş vəsatət və təkliflər, habelə məhkəmə tərəfindən həll edilən məsələlər üzrə öz fikrini bildirmək; 99-1.3.6. nümayəndəyə malik olmaq və onun səlahiyyətlərinə xitam vermək; 99-1.3.7. ana dilində və ya bildiyi başqa dildə ifadə (izahat) vermək; 99-1.3.8. cinayət prosesini həyata keçirən orqan tərəfindən qəbul edilmiş, onun hüquq və qanuni mənafeyinə toxunan qərarlar haqqında həmin orqan tərəfindən məlumatlanmaq və öz xahişi ilə həmin qərarların surətlərini almaq; 99-1.3.9. əmlak üzərinə həbs qoyulması barədə cinayət prosesini həyata keçirən orqanın qərarı ilə qanuni mənafeyinə toxunulan şəxs qismində cəlb edilməsi barədə qərarın çıxarılıb-çıxarılmamasından asılı olmayaraq, xüsusi müsadirəni və ya mülki iddianı təmin etmək məqsədilə əmlak üzərinə həbs qoyulmasından məhkəmə nəzarətinin həyata keçirilməsi qaydasında, habelə xüsusi müsadirənin tətbiq olunması, mülki iddianı təmin etmək məqsədilə əmlak üzərinə həbs qoyulması hissəsində məhkəmənin hökmü və ya digər yekun qərarından apellyasiya, kassasiya və ya əlavə kassasiya qaydasında şikayət vermək; 99-1.3.10. bu Məcəllədə nəzərdə tutulmuş digər hüquqlardan istifadə etmək. 99-1.4. Əmlak üzərinə həbs qoyulması barədə cinayət prosesini həyata keçirən orqanın qərarı ilə qanuni mənafeyinə toxunulan şəxs bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada aşağıdakı vəzifələri yerinə yetirməlidir: 99-1.4.1. cinayət prosesini həyata keçirən orqanın çağırışı ilə gəlmək; 99-1.4.2. təhqiqatçının, müstəntiqin, prokurorun və ya məhkəmə iclasında sədrlik edənin göstərişlərinə tabe olmaq; 99-1.4.3. məhkəmə iclasında sədrlik edənin icazəsi olmadan fasilə elan edilənədək məhkəmənin iclas zalını tərk etməmək; 99-1.4.4. məhkəmə iclasında qaydaya riayət etmək; 99-1.4.5. şəxsi həyatın toxunulmazlığına, ailə, dövlət, peşə, kommersiya və ya qanunla qorunan digər sirlərə toxunan hallar barədə məlumatları yaymamaq; 99-1.4.6. bu Məcəllədə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək. 99-1.5. Məhkəmə cinayət işlərinə, habelə əmlak üzərinə həbs qoyulması barədə cinayət prosesini həyata keçirən orqanın qərarı ilə qanuni mənafeyinə toxunulan şəxsin məhkəmə nəzarətinin həyata keçirilməsi qaydasında verdiyi şikayətə, apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayətlərinə baxılması üzrə məhkəmə iclaslarında iştirak etmək hüququndan istifadə etməsi üçün onun müvafiq məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılması ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş tədbirləri görməlidir. 99-1.6. Əmlak üzərinə həbs qoyulması barədə cinayət prosesini həyata keçirən orqanın qərarı ilə qanuni mənafeyinə toxunulan şəxs cinayət prosesini həyata keçirən orqan tərəfindən şahid qismində dindirilə bilər. 99-1.7. Əmlak üzərinə həbs qoyulması barədə cinayət prosesini həyata keçirən orqanın qərarı ilə qanuni mənafeyinə toxunulan şəxs şəxsən, qanuni nümayəndəsi və ya nümayəndəsi vasitəsilə öz hüquqlarından istifadə edir və vəzifələrini yerinə yetirir.

Maddə 249

249.3.4
əmlakın üzərinə həbs qoyulmuş şəxsin soyadı, adı və atasının adı, atasının adı, hüquqi şəxsin adı və yerləşdiyi ünvan;

Maddə 252

252.1.4
əmlakı üzərinə həbs qoyulmuş şəxsin soyadı, adı və atasının adı, doğulduğu il, ay, gün və yer, iş yer, hüquqi şəxsin adı və yerləşdiyi ünvani və ya vəzifəsi, faktiki yaşadığı və qeydiyyatda olduğu yer;

Maddə 253

253.0
Təqsirləndirilən şəxsə aidiyyəti olmayan əmlak üzərinə səhvən həbs qoyulduğunu hesab edən şəxslər cinayət prosesini həyata keçirən orqan qarşısında əmlakın həbsdən azad edilməsi barədə müraciət etmək hüququna malikdirlər. Cinayət prosesini həyata keçirən orqan müraciətin təmin edilməsindən imtina etdikdə və ya müraciət alındığı vaxtdan 10 (on) gün müddətində müraciət etmiş şəxsə məlumat vermədikdə, həmin şəxs əmlakın həbsdən azad edilməsini mülki mühakimə icraatı qaydasında tələb etməkəmlak üzərinə səhvən həbs qoyulduğunu hesab edən şəxs əmlak üzərinə həbs qoyulması barədə müstəntiqin qərarından məhkəmə nəzarəti qaydasında bu Məcəllənin 449-cu maddəsinə uyğun olaraq, məhkəmənin qərarından isə bu Məcəllənin 454-cü maddəsinə uyğun olaraq şikayət vermək hüququna malikdir. Tələbin kimin əmlakına yönəldilməsi məsələsi həll edilərkən əmlakın həbsdən azad edilməsi barədə iddia üzrə məhkəmənin qərarı müstəntiq, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror, habelə cinayət işinə baxan məhkəmə üçün məcburidir.
253.0
Çıxarılır
Təqsirləndirilən şəxsə aidiyyəti olmayan əmlak üzərinə səhvən həbs qoyulduğunu hesab edən şəxslər cinayət prosesini həyata keçirən orqan qarşısında əmlakın həbsdən azad edilməsi barədə müraciət etmək hüququna malikdirlər. Cinayət prosesini həyata keçirən orqan müraciətin təmin edilməsindən imtina etdikdə və ya müraciət alındığı vaxtdan 10 (on) gün müddətində müraciət etmiş şəxsə məlumat vermədikdə, həmin şəxs əmlakın həbsdən azad edilməsini mülki mühakimə icraatı qaydasında tələb etmək hüququna malikdir. Tələbin kimin əmlakına yönəldilməsi məsələsi həll edilərkən əmlakın həbsdən azad edilməsi barədə iddia üzrə məhkəmənin qərarı müstəntiq, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror, habelə cinayət işinə baxan məhkəmə üçün məcburidir.

Maddə 384

384.1.12

Durğu işarəsi düzəlişi: «.» → «;»

383.1.8
Yeni maddə
383.1.8. xüsusi müsadirənin tətbiq edilməsinə və ya mülki iddianı təmin etmək məqsədilə əmlak üzərinə həbs qoyulmasına dair hissədə – xüsusi müsadirənin tətbiq edilməsi və ya mülki iddianı təmin etmək məqsədilə əmlak üzərinə həbs qoyulması nəticəsində hökm və ya məhkəmənin digər yekun qərarı ilə qanuni mənafeyinə toxunulan fiziki şəxs, onun qanuni nümayəndəsi və ya nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi."; "384.1.13. xüsusi müsadirənin tətbiq edilməsi və ya mülki iddianı təmin etmək məqsədilə əmlak üzərinə həbs qoyulması barədə hökm və ya məhkəmənin digər yekun qərarı çıxarıldıqda.
384.3-1
Yeni maddə
Əmlak üzərinə həbs qoyulması barədə cinayət prosesini həyata keçirən orqanın qərarı ilə qanuni mənafeyinə toxunulan şəxs qismində cəlb edilməmiş şəxs tərəfindən hüquqlarının pozulmasını ehtimal etdiyi məhkəmə hökmündən və ya digər yekun qərardan apellyasiya şikayətinin verilməsi üçün prosessual müddət hökmün və ya digər yekun qərarın surətinin alındığı və ya həmin hökmlə və ya digər yekun qərarla hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu andan hesablanır.

Maddə 405

405.2.3

Durğu işarəsi düzəlişi: «.» → «;»

405.1.5
Yeni maddə
405.1.5. xüsusi müsadirə cinayət qanununun və ya bu Məcəllənin tələbləri pozulmaqla tətbiq edildikdə, habelə bu Məcəllə və digər qanunla müəyyən edilmiş tələblər pozulmaqla mülki iddianı təmin etmək məqsədilə əmlak üzərinə həbs qoyulduqda."; "405.2.4. xüsusi müsadirə cinayət qanununun və ya bu Məcəllənin tələbləri pozulmaqla tətbiq edildikdə, habelə bu Məcəllə və digər qanunla müəyyən edilmiş tələblər pozulmaqla mülki iddianı təmin etmək məqsədilə əmlak üzərinə həbs qoyulduqda.

Maddə 409

409.1.6

Durğu işarəsi düzəlişi: «.» → «;»

409.1.7
Yeni maddə
xüsusi müsadirənin tətbiq edilməsi və ya mülki iddianı təmin etmək məqsədilə əmlak üzərinə həbs qoyulması nəticəsində hökm və ya məhkəmənin digər yekun qərarı ilə qanuni mənafeyinə toxunulan fiziki şəxs, onun qanuni nümayəndəsi və ya nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi.
409.5-1
Yeni maddə
409.5-1. Bu Məcəllənin 409.1.7-ci maddəsində nəzərdə tutulmuş şəxslər yalnız xüsusi müsadirənin tətbiq edilməsinə və ya mülki iddianı təmin etmək məqsədilə əmlak üzərinə həbs qoyulmasına dair hissədə şikayət vermək hüququna malikdirlər.";

Maddə 416

416.1.23
Yeni maddə
xüsusi müsadirə cinayət qanununun və ya bu Məcəllənin tələbləri pozulmaqla tətbiq edildikdə, habelə bu Məcəllə və digər qanunla müəyyən edilmiş tələblər pozulmaqla mülki iddianı təmin etmək məqsədilə əmlak üzərinə həbs qoyulduqda.

Maddə 422

422.3
Əlavə kassasiya qaydasında şikayət vermək hüququna zərər çəkmiş şəxs, mülki iddiaçı, mülki cavabdeh və ya onların nümayəndələri,bu Məcəllənin 409.1.7-ci maddəsində nəzərdə tutulmuş şəxslər və ya onların nümayəndələri (yalnız xüsusi müsadirənin tətbiq edilməsinə və ya mülki iddianı təmin etmək məqsədilə əmlak üzərinə həbs qoyulmasına dair hissədə), barəsində cinayət-hüquqi tədbirlər tətbiq edilmiş hüquqi şəxsin nümayəndəsi, məhkum və ya onun xahişi ilə aşağıdakı tələblərə cavab verən müdafiəçi malikdir:

Maddə 449

449.3.4-4
Yeni maddə
əmlak üzərinə həbs qoyulması

Maddə 410

410.1.2-1
Yeni maddə
"410.1.2-1. əmlak üzərinə həbs qoyulması barədə cinayət prosesini həyata keçirən orqanın qərarı ilə qanuni mənafeyinə toxunulan şəxs qismində cəlb edilməmiş şəxs tərəfindən hüquqlarının pozulmasını ehtimal etdiyi məhkəmə hökmündən və ya digər yekun qərardan – hökmün və ya digər yekun qərarın surətinin alındığı və ya həmin hökmlə və ya digər yekun qərarla hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu andan 3 (üç) ay müddətində
Hədəf akt 2 / 3
Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsi

Maddə 183

183.2
Çıxarılır
Məhkəmənin yekun qərarı ilə xüsusi müsadirə edilməli əmlakın kimə mənsub olması haqqında mübahisə mülki məhkəmə icraatı qaydasında həll edilir.
Hədəf akt 3 / 3
İcra haqqında

Maddə 89

89
Tələbin yönəldildiyi əmlakın(cinayət işləri üzrə hökmlərin və qərarların əmlakın alınmasına dair hissəsi istisna olmaqla) borcluya və başqa şəxslərə məxsus olması (mənsubiyyəti) ilə bağlı mübahisə yarandıqda, maraqlı fiziki və hüquqi şəxslər əmlakın həbsdən azad olunması və ya onun siyahıdan çıxarılması barədə iddia ilə məhkəməyə müraciət etmək hüququna malikdirlər.

Bu sənəddəki digər dəyişikliklər

Aşağıdakı dəyişikliklər mənbə sənəddə var, lakin yuxarıdakı maddə-maddə izləmədə tam göstərilmir. Mənbədəki ifadəsi olduğu kimi verilir.

  • Digər dəyişiklikMaddə 416 · 416.1.22-cü hissəBu dəyişikliyin mətnə tətbiqi yoxlanılır

    416.1.22-ci maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 416.1.23-cü maddə əlavə edilsin: "416.1.23. xüsusi müsadirə cinayət qanununun və ya bu Məcəllənin tələbləri pozulmaqla tətbiq edildikdə, habelə bu Məcəllə və digər qanunla müəyyən edilmiş tələblər pozulmaqla mülki iddianı təmin etmək məqsədilə əmlak üzərinə həbs qoyulduqda.";

Bu dəyişikliyin təsir dairəsi

Dəyişiklik başqa qanunların istinad etdiyi 9 maddəyə toxunur. Bu maddələrə istinad edən aktlar da təsirlənə bilər.

  • «Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi» — maddə 4094 qanun istinad edir
    • 2000-ci il sentyabrın 1-dək Mülki İşlər üzrə çıxarılmış məhkəmə aktlarından şikayət vermək hüququnun mümkünlüyü haqqında
    • Azərbaycan Respublikası Cinayət-prosessual məcəlləsinin 420.3-cü maddəsinə dair
    • Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 409-cu maddəsinin şərh edilməsinə dair
    • Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi kollegiyasının 07 iyul 2011-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uy
  • «Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi» — maddə 4163 qanun istinad edir
    • Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410 və 423-cü maddələrinin şərh edilməsinə dair
    • B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il
    • Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi kollegiyasının 07 iyul 2011-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uy
  • «Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi» — maddə 4493 qanun istinad edir
    • Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi kollegiyasının 07 iyul 2011-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uy
    • Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 453.10-cu maddəsinin şərh edilməsinə dair
    • Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin I hissəsi və 71-ci maddəsi baxımından Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 442, 44
  • «Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi» — maddə 72 qanun istinad edir
    • Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 409-cu maddəsinin şərh edilməsinə dair
    • Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 142-ci maddəsinin şərh edilməsinə dair
  • «Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi» — maddə 2491 qanun istinad edir
    • Daşınar əmlakın yüklülüyü haqqında
  • «Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi» — maddə 2531 qanun istinad edir
    • Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 183.2-ci maddəsinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 142.1, 383.1, 408.3-cü maddələ
  • «Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi» — maddə 4221 qanun istinad edir
    • Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410 və 423-cü maddələrinin şərh edilməsinə dair
  • «İcra haqqında» — maddə 891 qanun istinad edir
    • Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 183.2-ci maddəsinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 142.1, 383.1, 408.3-cü maddələ
  • «Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi» — maddə 4101 qanun istinad edir
    • Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410 və 423-cü maddələrinin şərh edilməsinə dair
Əvvəlki yenilik
“Azərbaycan Respublikasının 1999-cu il 25 iyun tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin icrasının təmin edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli 291 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 3 iyul tarixli 709 nömrəli Fərmanının icrasının təmin edilməsi barədə
Növbəti yenilik
“Azərbaycan Respublikası Hökuməti ilə Gürcüstan Hökuməti arasında təbii qazın Gürcüstana təchizatı barədə Saziş”in təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı