QANUNÇU
ƏSAS
  • İcmal
  • Yeniliklər
  • Saxlanmışlar
  • İzlənən sahələr
  • Axtarış
SƏNƏDLƏR
  • Məcəllələr
  • Qanunlar
  • Parametrlər
  • Çıxış
QANUNÇU
ƏSAS
  • İcmal
  • Yeniliklər
  • Saxlanmışlar
  • İzlənən sahələr
  • Axtarış
SƏNƏDLƏR
  • Məcəllələr
  • Qanunlar
  • Parametrlər
  • Çıxış
Daxil olQeydiyyat
YeniliklərDəyişiklik
Rəsmi mənbə

“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2026-cı il 12 iyun tarixli 423-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi barədə

AktivNöv: Fərman·Qəbul edən orqan: Prezident·Dərc tarixi: 7 iyul 2026

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, "Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının 2026-cı il 12 iyun tarixli 423-VIIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:

1.1. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.13-cü, 447-1.1-ci və 447-1.2-ci (hər iki halda) maddələrinin dispozisiyasında nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

1.2. həmin Məcəllənin 192.13-cü və 447-1.2-ci (birinci halda) maddələrinin dispozisiyasında "orqan (qurum)" dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur;

1.3. həmin Məcəllənin 447-1.1-ci maddəsinin dispozisiyasında "orqanın (qurumun) informasiya sistemi" dedikdə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin "Elektron kənd təsərrüfatı" informasiya sistemi nəzərdə tutulur;

1.4. həmin Məcəllənin 447-1.2-ci maddəsinin dispozisiyasında ikinci halda "orqan (qurum)" dedikdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi nəzərdə tutulur.

3.1. 4-cü hissə üzrə:

3.1.1. 4.1-ci bəndə "192.3," rəqəmlərindən sonra "192.13," rəqəmləri, "445-1.4," rəqəmlərindən sonra "447-1.1, 447-1.2 (hər iki halda)," sözləri əlavə edilsin;

3.1.2. 4.3-1-ci bəndə "162-1.1-ci," sözlərindən sonra "192.13-cü," sözləri, "445-1.4-cü," sözlərindən sonra "447-1.2-ci (birinci halda)," sözləri əlavə edilsin;

3.1.3. 4.26-1-ci bənd 4.26-2-ci bənd hesab olunsun və aşağıdakı məzmunda 4.26-1-ci bənd əlavə edilsin:

"4.26-1. həmin Məcəllənin 447-1.1-ci maddəsinin dispozisiyasında "orqanın (qurumun) informasiya sistemi" dedikdə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin "Elektron kənd təsərrüfatı" informasiya sistemi nəzərdə tutulur;";

3.1.4. 4.33-cü bəndə "429.0.2-ci" sözlərindən sonra ", 447-1.2-ci (ikinci halda)" sözləri əlavə edilsin;

3.2. 5-ci hissə üzrə:

3.2.1. 5.4-cü bəndə "192.11-ci," sözlərindən sonra "192.13-cü, 192.14-cü," sözləri əlavə edilsin;

3.2.2. 5.11-ci bənddə "253-1.4" rəqəmləri "253-1.5" rəqəmləri ilə əvəz edilsin;

3.2.3. 5.15-ci bənddə "və 411-2-ci" sözləri ", 411-2-ci, 447-1.1-ci və 447-1.3-cü" sözləri ilə əvəz edilsin;

3.2.4. 5.47-ci bənddə ", 439-1, 439-2" rəqəmləri "– 439-3" rəqəmləri ilə əvəz edilsin;

3.2.5. 5.58-1-ci bənd aşağıdakı redaksiyada verilsin:

"5.58-1. həmin Məcəllənin 429.0.2 – 429.0.4-cü, 447-1.2-ci, 477-1.1.7-ci və 602-1-ci (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən törədilən inzibati xətalar istisna olmaqla) maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi baxır;";

3.2.6. 5.70-1-ci bənd ləğv edilsin

İmza

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 7 iyul 2026

Əvvəlki yenilik
Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsinin icrası haqqında Azərbaycan Respublikasının Qanunu
Növbəti yenilik
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu