QANUNÇU
ƏSAS
  • İcmal
  • Yeniliklər
  • Saxlanmışlar
  • İzlənən sahələr
  • Axtarış
SƏNƏDLƏR
  • Məcəllələr
  • Qanunlar
  • Parametrlər
  • Çıxış
QANUNÇU
ƏSAS
  • İcmal
  • Yeniliklər
  • Saxlanmışlar
  • İzlənən sahələr
  • Axtarış
SƏNƏDLƏR
  • Məcəllələr
  • Qanunlar
  • Parametrlər
  • Çıxış
Daxil olQeydiyyat
YeniliklərDəyişiklik
Rəsmi mənbə

“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2025-ci il 24 iyun tarixli 225-VIIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi barədə

AktivNöv: Fərman·Qəbul edən orqan: Prezident·Dərc tarixi: 6 iyul 2026

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, "Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının 2025-ci il 24 iyun tarixli 225-VIIQD nömrəli Qanununun icrası ilə əlaqədar qərara alıram:

"1.4.3. elektron kabinet – sistemin istifadəçisini Elektron Hökumət İnformasiya Sisteminin "Vahid Giriş" altsistemi vasitəsilə identikləşdirməklə, qanunla müəyyən edilmiş hallar istisna olmaqla, onun özü barəsində məlumatlarla tanış olmasını, onları əldə etməsini və dəyişdirilməsi üçün müraciət etməsini, habelə digər müraciətlərini elektron formada göndərməsini, ödənişlər həyata keçirməsini (ödəniş xidməti təchizatçıları vasitəsilə), həmçinin sistemin sahibi, operatoru və iştirakçıları ilə qarşılıqlı əlaqəsini, eləcə də sistem iştirakçısının həmin altsistem vasitəsilə identikləşdirilməklə sistemin sahibi və operatoru ilə qarşılıqlı sənəd (məlumat) mübadiləsini təmin edən fərdi elektron səhifədir.";

"4.0.11. inzibati xəta haqqında protokollar, o cümlədən elektron protokollar və inzibati xəta haqqında iş üzrə qərarlar (qərardadlar), o cümlədən elektron qərarlar və onların əlavələri barədə məlumatın inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin elektron kabinetində olan mobil telefon nömrəsinə və elektron ünvanına çatdırıldığı barədə real vaxt rejimində səlahiyyətli sistem iştirakçısını məlumatlandırmaq və bu barədə məlumatları "Rəqəmsal dövlət maliyyəsi" informasiya sisteminin "İnzibati cərimələrin mərkəzi avtomatlaşdırılmış lövhəsi" altsisteminə (bundan sonra – "Rəqəmsal dövlət maliyyəsi" informasiya sisteminin "İCMAL" altsistemi) ötürmək;";

"7.1.1. inzibati xəta haqqında protokolları, o cümlədən elektron protokolları və inzibati xəta haqqında iş üzrə qərarları (qərardadları), o cümlədən elektron qərarları, habelə həmin sənədlər üzrə sistem iştirakçılarının informasiya sistemlərinə (ehtiyatlarına) daxil edilmiş məlumatları;";

"7.3-1. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 45-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər barədə informasiya ehtiyatları və sistemləri mövcud olmayan inzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan sistem iştirakçıları sistemdə onlar üçün yaradılmış elektron kabinetdən istifadə edirlər.";

2.2.3.4.1. birinci cümlədə "cərimənin məbləği, inzibati xəta haqqında elektron protokolun və ya inzibati xəta haqqında iş üzrə qərarın nömrəsi, məhkəmə qərarının" sözləri "tətbiq edilmiş inzibati tənbeh haqqında məlumat, o cümlədən cərimənin məbləği və ödənilməsi qaydası barədə məlumat, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 57-1.1-ci maddəsində göstərilən müvafiq sənədin" sözləri ilə əvəz edilsin;

2.2.3.4.2. ikinci cümlədə "nəqliyyat vasitəsinin" sözləri "sistem" sözü ilə, "125.2.1-ci" sözləri "57-1.1.1-ci" sözləri ilə, "inzibati xəta haqqında iş üzrə qərarla" sözləri "sənədlə" sözü ilə əvəz edilsin;

2.2.3.4.3. üçüncü cümləyə "iştirakçılarına" sözündən sonra "və "Rəqəmsal dövlət maliyyəsi" informasiya sisteminin "İCMAL" altsisteminə" sözləri əlavə edilsin;

"7.10-1. İnzibati tənbeh vermə haqqında qərar, o cümlədən elektron qərar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.6-cı maddəsinə uyğun olaraq şəxsin elektron kabinetində yerləşdirilmədikdə, şəxs (əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər istisna olmaqla) inzibati məsuliyyətə cəlb oluna bilməz.";

"4.1.8-1. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi;".

"6.1.21-1. inzibati xəta haqqında iş üzrə çıxarılmış qərarın Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 117.3-cü maddəsinə uyğun olaraq inzibati xəta haqqında protokolu tərtib etmiş səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar qəbul etmiş prokurora və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məlumatlandırılması üçün "ASAN ödəniş" informasiya sisteminə, habelə həmin qərarla bağlı məlumatların "Rəqəmsal dövlət maliyyəsi" informasiya sisteminin "İnzibati cərimələrin mərkəzi avtomatlaşdırılmış lövhəsi" altsisteminə göndərilməsi;".

"6.0.9-1. sanksiyasında inzibati cərimə növündə inzibati tənbeh tədbiri nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə qərarın (qərardadın) təsdiq edilməmişdən əvvəl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun olaraq "Rəqəmsal dövlət maliyyəsi" informasiya sisteminin "İnzibati cərimələrin mərkəzi avtomatlaşdırılmış lövhəsi" altsisteminə ötürülməsi, habelə həmin qərarın baxılması üçün hakimə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi;".

6.1. 6.1-cı bənd üzrə:

6.1.1. 6.1.13-cü yarımbəndə "foto" sözündən əvvəl "Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 57.6-cı maddəsi nəzərə alınmaqla, inzibati xəta haqqında işə baxılarkən çıxarılan qərarın (qərardadın), habelə" sözləri əlavə edilsin;

6.1.2. aşağıdakı məzmunda 6.1.13-1-ci yarımbənd əlavə edilsin:

"6.1.13-1. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 45-2.1-ci maddəsinə uyğun olaraq inzibati xəta haqqında protokollar və inzibati xəta haqqında iş üzrə qərarlar (qərardadlar) barədə məlumatların, habelə həmin Məcəllənin 45-2.3-cü maddəsinə uyğun olaraq, informasiya sistemlərində tərtib edilmiş inzibati tənbeh vermə haqqında elektron qərarın və bort-kompüter vasitəsilə tərtib edilmiş protokolun və qərarın "Rəqəmsal dövlət maliyyəsi" informasiya sisteminin "İnzibati cərimələrin mərkəzi avtomatlaşdırılmış lövhəsi" altsisteminə ötürülməsi;";

6.1.3. 6.1.15-ci yarımbənddən "xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə," sözləri çıxarılsın və həmin yarımbəndə "qərarın" sözündən sonra "(xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə) və 124.4-cü maddəsinə uyğun olaraq operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompüter vasitəsilə tərtib edilmiş protokolun və qərarın" sözləri, "Məcəllənin" sözündən sonra "124.4-cü maddəsinə uyğun olaraq əl ilə nömrələnmiş blankda tərtib edilmiş protokol və ya qərar barədə məlumatların və" sözləri əlavə edilsin;

6.2. 7.4-cü bənd üzrə:

6.2.1. 7.4.4-cü yarımbənddə "125.2.2-ci" sözləri "57-1.1.2-ci" sözləri ilə, "125.2.1-ci" sözləri "57-1.1.1-ci" sözləri ilə, "inzibati xəta haqqında iş üzrə qərarla və onun" sözləri "sənədlər və onların" sözləri ilə əvəz edilsin;

6.2.2. 7.4.6-cı yarımbəndə "foto" sözündən əvvəl "Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 57.6-cı maddəsi nəzərə alınmaqla, inzibati xəta haqqında işə baxılarkən çıxarılan qərarın (qərardadın), habelə" sözləri əlavə edilsin;

6.3. həmin Əsasnaməyə əlavə – "Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sistemi"nin fəaliyyətində iştirak edən dövlət orqanlarının (qurumlarının) Siyahısı"na aşağıdakı məzmunda 3-1-ci hissə əlavə edilsin:

"3-1. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi"

İmza

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 6 iyul 2026

Bu dəyişikliyin təsir dairəsi

Dəyişiklik başqa qanunların istinad etdiyi 1 maddəyə toxunur. Bu maddələrə istinad edən aktlar da təsirlənə bilər.

  • «Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi» — maddə 61 qanun istinad edir
    • Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.5 və 135.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair
Əvvəlki yenilik
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu
Növbəti yenilik
“Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 12 iyun tarixli 422-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı