Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin icrasını təmin edən 2000-ci il Fərmanına yeni müddəa əlavə edildi. Bu dəyişiklik torpaq sahəsində tətbiq olunacaq yeni qaydaları müəyyən edir. Dəyişiklik 3 iyul 2026-cı il tarixində qüvvəyə minir.
7 dəyişiklikdən 1-si maddə-maddə izlənir.
Aşağıdakı dəyişikliklər mənbə sənəddə var, lakin yuxarıdakı maddə-maddə izləmədə tam göstərilmir. Mənbədəki ifadəsi olduğu kimi verilir.
Dördüncü – yeddinci abzaslar müvafiq olaraq 1.1.3 – 1.1.6-cı yarımbəndlər hesab edilsin.
"1-ci hissəsində, 6-cı hissəsinin birinci abzasında və" və "66-cı maddəsinin 1-ci hissəsində" sözləri çıxarılsın;
"orqanları"nın" sözündən sonra ", 56-cı maddəsinin 1-ci hissəsində, 6-cı hissəsinin birinci abzasında və 66-cı maddəsinin 1-ci hissəsinin birinci cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının" sözləri əlavə edilsin.
Aşağıdakı məzmunda 1.8-ci bənd əlavə edilsin: "1.8. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 46-cı maddəsinin 4-cü hissəsində, 51-ci maddəsinin 3-cü hissəsində, 55-ci maddəsinin ikinci abzasında və 56-cı maddəsinin 8-ci hissəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanlarının, 56-cı maddəsinin 1-ci hissəsində, 6-cı hissəsinin birinci abzasında və 66-cı maddəsinin 1-ci hissəsinin birinci cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini "Dövlət-özəl tərəfdaşlığı haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət-özəl tərəfdaşlığı layihəsinin həyata keçirilməsi üçün dövlət mülkiyyətində olan torpaq sahəsinin özəl tərəfdaşa icarəyə verilməsinə münasibətdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi həyata keçirir;".
On dördüncü – on doqquzuncu abzaslar müvafiq olaraq 1.9 – 1.14-cü bəndlər hesab edilsin.