QANUNÇU
ƏSAS
  • İcmal
  • Yeniliklər
  • Saxlanmışlar
  • İzlənən sahələr
  • Axtarış
SƏNƏDLƏR
  • Məcəllələr
  • Qanunlar
  • Parametrlər
  • Çıxış
QANUNÇU
ƏSAS
  • İcmal
  • Yeniliklər
  • Saxlanmışlar
  • İzlənən sahələr
  • Axtarış
SƏNƏDLƏR
  • Məcəllələr
  • Qanunlar
  • Parametrlər
  • Çıxış
Daxil olQeydiyyat
YeniliklərDəyişiklik
Rəsmi mənbə

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında

AktivNöv: Fərman·Qəbul edən orqan: Prezident·Dərc tarixi: 29 iyun 2026·Qüvvəyə minmə: 1 iyul 2026(təxirə salınmış)— Təxirə salınmış qüvvəyəminmə
11Əlavə edilib1Silinib16Dəyişdirilib
XülasəAI

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəliyi müstəqil dövlət orqanı kimi təsis edilir və onun vəzifə, hüquq və məsuliyyətləri genişləndirilir. Səlahiyyətli nümayəndəlik yerli icra hakimiyyəti orqanları, dövlət qurumları, yerli özünüidarəetmə orqanları və beynəlxalq təşkilatlarla əlaqə saxlayaraq sosial-iqtisadi inkişaf, dövlət proqramlarının icrasına nəzarət və kadr potensialının artırılması ilə bağlı işlər görəcəkdir. Mərkəzi və yerli icra hakimiyyəti orqanları öz fəaliyyətlərini səlahiyyətli nümayəndə ilə əlaqələndirməli olacaqlar.

28 dəyişiklikdən 28-si maddə-maddə izlənir.

Dəyişdirilən akt
Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi haqqında

Əlavə 1 · Maddə 1.1

1.1
Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi (bundan sonra – səlahiyyətli nümayəndəlik) Naxçıvan Muxtar Respublikasının ərazisində (bundan sonra – müvafiq ərazi) bu Əsasnamə ilə müəyyən edilmiş vəzifələri yerinə yetirən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının struktur bölməsidirvə Naxçıvan Muxtar Respublikasının ərazisində (bundan sonra – müvafiq ərazi) Azərbaycan Respublikası Prezidentinin fəaliyyətini təmin edən 1-ci kateqoriya dövlət orqanıdır.

Əlavə 1 · Maddə 1.2

1.2
Səlahiyyətli nümayəndəlik öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Naxçıvan Muxtar Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının qanunlarını,bu Əsasnaməni, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, bu Əsasnaməni və digər normativ hüquqi aktları rəhbər tutur.
1.2
Səlahiyyətli nümayəndəlik öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Naxçıvan Muxtar Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, bu Əsasnamənidigər fərmanlarını, həmçinin sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını və digər normativ hüquqi aktları rəhbər tutur.

Əlavə 1 · Maddə 1.3

1.3
Səlahiyyətli nümayəndəlik öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən dövlət orqanları (qurumları) ilədigər dövlət orqanları (qurumları), yerli özünüidarəetmə orqanları, beynəlxalq və qeyri-hökumət təşkilatları ilə, habelə digər hüquqi və fiziki şəxslərlə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.

Maddə 1

1.3-1
Yeni bənd
1.3-1. Səlahiyyətli nümayəndəliyin müstəqil balansı, istifadəsində olan dövlət əmlakı, xəzinə və bank hesabları, üzərində Azərbaycan Respublikası Dövlət Gerbinin təsviri və öz adı həkk olunmuş möhürü, kargüzarlıq xidmətinin gerbsiz möhürü, müvafiq ştampları və blankları vardır.
1.3-2
Yeni bənd
1.3-2. Səlahiyyətli nümayəndəliyin saxlanma xərcləri və fəaliyyəti, habelə maddi-texniki təminatı Azərbaycan Respublikasının dövlət büdcəsi və qanunda nəzərdə tutulan digər mənbələr hesabına maliyyələşdirilir.

Əlavə 1 · Maddə 2.1

2.1.1
müvafiq ərazidə fəaliyyət göstərən yerli icra hakimiyyəti orqanlarının (bundan sonra – yerli icra hakimiyyəti orqanları) fəaliyyətini əlaqələndirmək və onların, habelə bu Əsasnamənin 3.1.1-3-cü və 3.1.1-4-cü yarımbəndlərində nəzərdə tutulan dövlət orqanlarının (qurumlarının) fəaliyyətini əlaqələndirmək və yerli icra hakimiyyəti orqanlarının fəaliyyətinə nəzarəti həyata keçirmək;

Maddə 2

2.1.1-1
Yeni bənd
2.1.1-1. müvafiq ərazidə Azərbaycan Respublikası Prezidentinin Azərbaycan Respublikasının Konstitusiyasından, Naxçıvan Muxtar Respublikasının Konstitusiyasından, Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının qanunlarından və digər normativ hüquqi aktlardan irəli gələn səlahiyyətlərinin həyata keçirilməsini təmin etmək

Maddə 3

3.1
Yeni bənd
3.1.1-1. aşağıdakı məsələlər barədə Azərbaycan Respublikasının Prezidentinə təkliflər vermək: 3.1.1-1.1. Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında nəzərdə tutulmuş hallarda Naxçıvan Muxtar Respublikası Ali Məclisinin (bundan sonra – Ali Məclis) Azərbaycan Respublikasının Prezidenti tərəfindən buraxılması; 3.1.1-1.2. Ali Məclisin növbədənkənar sessiyasının çağırılması, habelə Ali Məclis sessiyasının qapalı iclasının keçirilməsi; 3.1.1-1.3. Azərbaycan Respublikası Prezidentinin aktları ilə Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti üçün əlavə səlahiyyətlərin müəyyən edilməsi; 3.1.1-1.4. bu Əsasnamənin 3.1.1-3-cü və 3.1.1-4-cü yarımbəndlərində nəzərdə tutulan dövlət orqanlarının (qurumlarının) fəaliyyətinin təkmilləşdirilməsi; 3.1.1-2. aşağıdakı məsələlərə dair Ali Məclis sədrinin təkliflərinin Azərbaycan Respublikasının Prezidentinə təqdim edilməsi ilə bağlı tədbirlər görmək: 3.1.1-2.1. Ali Məclisə seçkilərin təyin edilməsi; 3.1.1-2.2. Naxçıvan Muxtar Respublikasının dövlət orqanlarında qulluq (xidmət) keçən şəxslərə ixtisas dərəcələrinin və ali xüsusi rütbələrin verilməsi; 3.1.1-2.3. Azərbaycan Respublikasının dövlət təltifləri ilə təltifetmə; 3.1.1-3. Naxçıvan Muxtar Respublikasının mərkəzi icra hakimiyyəti orqanlarının, tabelikdə olmayan publik hüquqi şəxslərinin və dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərinin rəhbərlərinin və onların müavinlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi barədə Naxçıvan Muxtar Respublikasının Baş nazirinə razılıq verilməsi; 3.1.1-4. Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırılan hallar istisna olmaqla, Azərbaycan Respublikasının mərkəzi icra hakimiyyəti orqanlarının və tabelikdə olmayan publik hüquqi şəxslərinin Naxçıvan Muxtar Respublikasındakı struktur bölmələri rəhbərlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsinə razılıq verilməsi; 3.1.1-5. aşağıdakı məsələlərin həyata keçirilməsinin təmin edilməsi üçün tədbirlər görmək: 3.1.1-5.1. Naxçıvan Muxtar Respublikası Baş nazirinin vəzifəyə təyin olunması barədə Azərbaycan Respublikası Prezidentinin təqdimatının Ali Məclisin sədrinə təqdim edilməsi; 3.1.1-5.2. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti tərəfindən mərkəzi icra hakimiyyəti orqanlarının yaradılmasına və ləğv edilməsinə dair, habelə Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin istefasına dair Azərbaycan Respublikası Prezidentinin razılığının alınması; 3.1.1-5.3. Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin iş qaydasının Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırılması; 3.1.1-5.4. Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin tərkibinə dair Naxçıvan Muxtar Respublikasının Baş nazirinə təkliflər verilməsi; 3.1.1-5.5. müvafiq ərazidə fəaliyyət göstərən yerli icra hakimiyyətləri başçılarının vəzifəyə təyin edilməsinə dair Ali Məclis sədrinin təqdimatının Azərbaycan Respublikasının Prezidentinə təqdim edilməsi; 3.1.1-5.6. Ali Məclisin növbədənkənar sessiyasının çağırılmasına dair Azərbaycan Respublikası Prezidentinin tələbinin Ali Məclisə təqdim edilməsi; 3.1.1-5.7. Ali Məclis sessiyasının qapalı iclasının keçirilməsinə dair Azərbaycan Respublikası Prezidentinin təklifinin Ali Məclisə təqdim edilməsi; 3.1.1-6. müvafiq ərazidə Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi digər səlahiyyətlərin həyata keçirilməsinin təmin edilməsi üçün tədbirlər görmək
3.1
Yeni bənd
3.1.11-1. öz fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını, rəsmi internet informasiya ehtiyatının yaradılmasını, malik olduğu və siyahısı "İnformasiya əldə etmək haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş açıqlanmalı olan ictimai informasiyanın həmin internet informasiya ehtiyatında yerləşdirilməsini və bu informasiyanın daim yenilənməsini təmin etmək; 3.1.11-2. səlahiyyətli nümayəndəliyə ayrılan büdcə vəsaitindən və digər maliyyə vəsaitindən təyinatı üzrə səmərəli istifadə olunmasını təmin etmək; 3.1.11-3. səlahiyyətli nümayəndəliyin strukturunun və fəaliyyətinin təkmilləşdirilməsi üçün tədbirlər görmək; 3.1.11-4. müraciətlərə "Vətəndaşların müraciətləri haqqında", "İnzibati icraat haqqında" və "İnformasiya əldə etmək haqqında" Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq baxmaq və qanunla müəyyən edilmiş qaydada tədbirlər görmək; 3.1.11-5. səlahiyyətli nümayəndəliyin işçilərinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı tədbirlər görmək
3.2
Yeni bənd
3.2.1-1. yerli icra hakimiyyəti orqanlarının digər dövlət orqanları (qurumları) ilə qarşılıqlı fəaliyyətini təmin etmək

Əlavə 1 · Maddə 3.1

3.1.3
müvafiq ərazidə əhalinin rifahının yaxşılaşdırılması üçün dövlət proqramları layihələrinin hazırlanmasında və təsdiq edilmiş proqramların icrasına nəzarətdə iştirak etmək;3.1.3. müvafiq ərazinin sosial-iqtisadi inkişafı ilə bağlı dövlət proqramları, strategiyalar, milli fəaliyyət planları və konsepsiyaların layihələrinin, həmçinin dövlət investisiya proqramına daxil edilən investisiya layihələrinin hazırlanmasında iştirak etmək və onların icrasına nəzarəti həyata keçirmək
3.1.8
yerli icra hakimiyyəti orqanlarının, habelə bu Əsasnamənin 3.1.1-3-cü və 3.1.1-4-cü yarımbəndlərində nəzərdə tutulan dövlət orqanlarının (qurumlarının) fəaliyyətini təhlil etmək və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək;
3.1.12
müvafiq ərazidə Azərbaycan Respublikası Prezidentinin həvalə etdiyi digər vəzifələri həyata keçirmək.3.1.12. Azərbaycan Respublikası Prezidentinin aktları ilə müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək.
3.1.10
yerli icra hakimiyyəti orqanlarının, habelə bu Əsasnamənin 3.1.1-3-cü və 3.1.1-4-cü yarımbəndlərində nəzərdə tutulan dövlət orqanlarının (qurumlarının) kadr potensialının artırılması ilə əlaqədar təkliflər vermək;

Əlavə 1 · Maddə 3.2

3.2.3
müvafiq ərazidə fəaliyyət göstərən yerli icra hakimiyyətinin başçısı müvəqqəti olmadıqdaməzuniyyətdə və ya ezamiyyətdə olduqda, xəstəliyi və ya digər səbəblərlə əlaqədar öz səlahiyyətlərini icra edə bilmədikdə, onun səlahiyyətlərinin icra hakimiyyəti başçısının müəyyən etdiyi müavinlərindən biri tərəfindən həyata keçirilməsinə razılıq verilməsi üçün Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbərinə təqdimat vermək;
3.2.3
müvafiq ərazidə fəaliyyət göstərən yerli icra hakimiyyətinin başçısı müvəqqəti olmadıqda, onun səlahiyyətlərinin icra hakimiyyəti başçısının müəyyən etdiyi müavinlərindən biri tərəfindən həyata keçirilməsinə razılıq verilməsi üçün Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbərinə təqdimat vermək;
3.2.6
müvafiq ərazi ilə bağlı normativ hüquqi aktların layihələrinə dair təkliflər verməkakt layihələrinin hazırlanmasında iştirak etmək;
3.2.7
təhlillərfəaliyyət istiqamətlərinə uyğun təhlillər və ümumiləşdirmələr aparmaq, təkliflər, tövsiyələr, rəylər, arayışlar, analitik və digər yönümlü materiallar hazırlamaq, onları aidiyyəti üzrə təqdim etmək;
3.2.7-1
Yeni bənd
3.2.7-1. müvafiq ərazidə dövlət–özəl tərəfdaşlığının inkişafı üçün tədbirlər görmək;
3.2.8
səlahiyyətlərinə aid olan məsələlərlə bağlıfəaliyyət istiqamətlərinə aid məsələlərə dair dövlət orqanlarına (qurumlarına), yerli özünüidarəetmə orqanlarına, fiziki və hüquqi şəxslərə zəruri məlumatlar (sənədlər) barədə yazılı və ya şifahi sorğu vermək və onlardan belə məlumatları (sənədləri) almaq;
3.2.9
müxtəlif görüşlər, iclaslar, müşavirələr və digər tədbirlər keçirmək;3.2.9. forum, konfrans, müşavirə, sərgi və digər tədbirlərdə, habelə beynəlxalq tədbirlərdə iştirak etmək və belə tədbirlərin keçirilməsini təşkil etmək
3.2.9-1
Yeni bənd
3.2.9-1. müstəqil ekspertləri və mütəxəssisləri, məsləhətçi təşkilatları öz fəaliyyətinə cəlb etmək, işçi qruplar yaratmaq;
3.2.10
qanunvericilikdə nəzərdə tutulan digər hüquqları həyata keçirmək.3.2.10. Azərbaycan Respublikası Prezidentinin aktları ilə müəyyən edilmiş digər hüquqları həyata keçirmək.
3.2.7-2
Yeni bənd
3.2.7-2. müvafiq ərazinin davamlı sosial-iqtisadi inkişafını təmin etmək məqsədilə dövlət orqanlarına (qurumlarına) təklif və tövsiyələr vermək
3.2.9-2
Yeni bənd
3.2.9-2. istifadəsində olan dövlət əmlakı üzərində normativ hüquqi aktlarla müəyyən olunmuş hüquqlardan istifadə etmək

Əlavə 1 · Maddə 4.4

4.4
Çıxarılır
Səlahiyyətli nümayəndə, onun müavinləri, səlahiyyətli nümayəndəliyin əməkdaşları Azərbaycan Respublikası Prezidenti Administrasiyasının əməkdaşlarıdır.

Maddə 4

4.6
Yeni bənd
4.6. Səlahiyyətli nümayəndə: 4.6.1. səlahiyyətli nümayəndəliyin fəaliyyətini təşkil edir və rəhbərlik edir; 4.6.2. səlahiyyətli nümayəndəliyin fəaliyyəti barədə Azərbaycan Respublikasının Prezidentinə hesabat verir; 4.6.3. müavinləri arasında vəzifə bölgüsü aparır; 4.6.4. səlahiyyətli nümayəndəliyin strukturu və işçilərinin say həddi barədə Azərbaycan Respublikasının Prezidentinə təkliflər verir; 4.6.5. müəyyən edilmiş struktur, əməyin ödənişi fondu və işçilərinin say həddi daxilində səlahiyyətli nümayəndəliyin ştat cədvəlini təsdiq edir; 4.6.6. səlahiyyətli nümayəndəliyin struktur bölmələrinin əsasnamələrini və işçilərinin vəzifə təlimatlarını təsdiq edir; 4.6.7. dövlət büdcəsindən ayrılan vəsaitin sərəncamçısı olmaqla, maliyyə vəsaitini bölüşdürür, ayrılmış vəsaitin həddi nəzərə alınmaqla işçilərin vəzifə maaşlarına qanunla müəyyən olunan əlavələrin və digər ödənişlərin verilməsini təmin edir; 4.6.8. səlahiyyətli nümayəndəliyi təmsil edir; 4.6.9. müavinlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi barədə təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim edir; 4.6.10. bu Əsasnamənin 4.3-cü bəndi nəzərə alınmaqla, səlahiyyətli nümayəndəliyin işçilərini vəzifəyə təyin və vəzifədən azad edir, onlar barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görür; 4.6.11. səlahiyyətli nümayəndəliyin işçilərinə dövlət qulluğunun baş müşaviri və ondan aşağı olan ixtisas dərəcələri verir, habelə xüsusi fərqlənmiş əməkdaşlara Azərbaycan Respublikasının fəxri adlarının verilməsi və ya onların dövlət mükafatları ilə təltif olunması üçün Azərbaycan Respublikasının Prezidentinə təqdimat verir; 4.6.12. səlahiyyətli nümayəndəlikdə dövlət sirrinin və məxfilik rejiminin qorunması ilə bağlı qanunvericiliyin tələblərinə, etik davranış qaydalarına, əmək və icra intizamına riayət olunmasına nəzarət edir; 4.6.13. əmr və sərəncamlar formasında qeyri-normativ hüquqi aktlar qəbul edir və onların icrasını təşkil edir, yoxlayır və buna nəzarəti həyata keçirir; 4.6.14. Azərbaycan Respublikası Prezidentinin aktları ilə müəyyən edilmiş digər səlahiyyətləri həyata keçirir.
Əvvəlki yenilik
“Avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşımaları həyata keçirən daşıyıcılarla bağlanılan avtomobil nəqliyyatı xidməti haqqında müqavilənin şərtləri”nin təsdiq edilməsi barədə
Növbəti yenilik
“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 19 iyun tarixli 425-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı