Azərbaycan qanunlarında geniş dəyişikliklər edilib: "lizinq" termini bütün qanunlarda "maliyyə icarəsi" ilə əvəz olunub. Bu dəyişiklik kənd təsərrüfatı, bankçılıq, vergi, rəqabət, iflas və digər sahələri əhatə edir. Dəyişikliklər 25 iyun 2026-cı ildə qüvvəyə minir və maliyyə xidmətlərinin terminologiyasını standartlaşdırır.
51 dəyişiklikdən 50-si maddə-maddə izlənir, 1-si mətn halında göstərilir.
Əvvəlki redaksiya əlçatan deyil — yalnız yeni mətn göstərilir.
Aşağıdakı dəyişikliklər mənbə sənəddə var, lakin yuxarıdakı maddə-maddə izləmədə tam göstərilmir. Mənbədəki ifadəsi olduğu kimi verilir.
38-ci fəsil ləğv edilsin;
909.1-ci maddənin ikinci cümləsində hər iki halda "lizinq" sözü "maliyyə icarəsi" sözləri ilə əvəz edilsin;
adında "lizinqi" sözü "icarəsi" sözü ilə əvəz edilsin;
140.4-cü maddədə "lizinqi" sözü birinci halda "icarəsi" sözü ilə, ikinci halda "icarəsi fəaliyyətini" sözləri ilə, "lizinqi üzrə icarə ödəmələrinin" sözləri "icarəsi ödənişlərinin" sözləri ilə, "ödəmələr" sözü "ödənişlər" sözü ilə əvəz edilsin;
birinci cümlədə hər iki halda "lizinqi" sözü "icarəsi" sözü ilə əvəz edilsin;
üçüncü cümlədə hər üç halda "lizinqi" sözü "icarəsi" sözü ilə, hər iki halda "lizinq" sözü "maliyyə icarəsi" sözləri ilə əvəz edilsin;
164.1.34-1-ci maddədən "mülkiyyət hüququnun keçməməsi şərtilə" sözləri çıxarılsın və həmin maddədə "lizinqə (icarəyə)" sözləri "icarəyə" sözü ilə əvəz edilsin;
24-1-ci maddə 24-2-ci maddə hesab edilsin və aşağıdakı məzmunda 24-1-ci maddə əlavə edilsin: "Maddə 24-1. Maliyyə icarəsi zamanı borclunun əmlak münasibətlərinin xüsusiyyətləri 24-1.1. Borclu maliyyə icarəsi alanın öhdəlikləri üzrə kreditorların, o cümlədən təminatlı kreditorların tələbləri borclu maliyyə icarəsi alanın sahibliyində və istifadəsində olan maliyyə icarəsi obyektinə yönəldilə bilməz. 24-1.2. Maliyyə icarəsi verən borclu maliyyə icarəsi alanın sahibliyində və istifadəsində olan maliyyə icarəsi obyektini bu Qanunun 22-ci maddəsində nəzərdə tutulmuş bildiriş əsasında geri götürə bilər. Əmlak inzibatçısı maliyyə icarəsi verənlə qarşılıqlı razılaşmaya əsasən maliyyə icarəsi ödənişlərinin ümumi dəyərinin maliyyə icarəsi müqaviləsi üzrə ödənilməmiş hissəsinin vaxtından əvvəl ödənilməsi və maliyyə icarəsi obyektinin borclu maliyyə icarəsi alanın mülkiyyətinə keçirilməsi ilə bağlı tədbirlər görə bilər. 24-1.3. Borclu maliyyə icarəsi verənin öhdəlikləri üzrə maliyyə icarəsi alanın sahibliyində və istifadəsində olan maliyyə icarəsi obyektinə dair kreditorların, o cümlədən təminatlı kreditorların tələbləri yalnız maliyyə icarəsi verənin "Maliyyə icarəsi haqqında" Azərbaycan Respublikasının Qanunundan və maliyyə icarəsi müqaviləsindən irəli gələn hüquqlarına yönəldilmiş hesab olunur. Bu halda tələbləri təmin edilmiş kreditorlara maliyyə icarəsi verənin vəzifələri də keçir.".
Azərbaycan Respublikası Rəqabət Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024, № 1, maddə 1; 2025, № 6, maddə 524, № 8, maddə 743) 26.1.2.8-ci və 39.2.4-cü maddələrində "lizinq" sözü "maliyyə icarəsi" sözləri ilə əvəz edilsin.
Azərbaycan Respublikası Rəqabət Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024, № 1, maddə 1; 2025, № 6, maddə 524, № 8, maddə 743) 26.1.2.8-ci və 39.2.4-cü maddələrində "lizinq" sözü "maliyyə icarəsi" sözləri ilə əvəz edilsin.
Dəyişiklik başqa qanunların istinad etdiyi 11 maddəyə toxunur. Bu maddələrə istinad edən aktlar da təsirlənə bilər.