QANUNÇU
ƏSAS
  • İcmal
  • Yeniliklər
  • Saxlanmışlar
  • İzlənən sahələr
  • Axtarış
SƏNƏDLƏR
  • Məcəllələr
  • Qanunlar
  • Parametrlər
  • Çıxış
QANUNÇU
ƏSAS
  • İcmal
  • Yeniliklər
  • Saxlanmışlar
  • İzlənən sahələr
  • Axtarış
SƏNƏDLƏR
  • Məcəllələr
  • Qanunlar
  • Parametrlər
  • Çıxış
Daxil olQeydiyyat
YeniliklərDəyişiklik
Rəsmi mənbə

“Azərbaycan Respublikasının Mülki Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 25 avqust tarixli 386 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında

AktivNöv: Fərman·Qəbul edən orqan: Prezident·Dərc tarixi: 25 iyun 2026

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, "Azərbaycan Respublikasının Mülki Məcəlləsində, Azərbaycan Respublikasının Vergi Məcəlləsində, Azərbaycan Respublikasının Rəqabət Məcəlləsində, "Müflisləşmə və iflas haqqında", "Taxıl haqqında" , "Beynəlxalq xüsusi hüquq haqqında", "Tütün və tütün məmulatı haqqında", "Dövlət rüsumu haqqında", "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında", "Banklar haqqında", "Daşınmaz əmlakın dövlət reyestri haqqında", "Çayçılıq haqqında", "Ailə kəndli təsərrüfatı haqqında", "Atçılıq haqqında", "Bank olmayan kredit təşkilatları haqqında", "Pambıqçılıq haqqında", "İcbari sığortalar haqqında", "Lisenziyalar və icazələr haqqında", "Kənd təsərrüfatı kooperasiyası haqqında", "Elm haqqında", "Kredit büroları haqqında", "Nağdsız hesablaşmalar haqqında", "Daşınar əmlakın yüklülüyü haqqında", "Mikro, kiçik və orta sahibkarlığın inkişafı haqqında" və "Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2026-cı il 26 may tarixli 413-VIIQD nömrəli Qanununun icrasını təmin etmək məqsədilə qərara alıram:

1. "Azərbaycan Respublikasının Mülki Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 25 avqust tarixli 386 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 8 (III kitab), maddə 609 (Cild I); 2024, № 7, maddə 790; 2025, № 6, maddə 542, № 8, maddə 746, № 11, maddə 1035; 2026, № 1, maddə 24) 3-cü hissəsində aşağıdakı dəyişikliklər edilsin:

1.1. 3.5-ci bənddə ", 150.1-ci (ikinci cümlədə) və 748-5-ci (daşınmaz əmlaka münasibətdə)" sözləri "və 150.1-ci (ikinci cümlədə)" sözləri ilə əvəz edilsin;

1.2. 3.13-cü bənd ləğv edilsin.

2. Bu Fərman "Maliyyə icarəsi haqqında" Azərbaycan Respublikasının 2026-cı il 26 may tarixli 412-VIIQ nömrəli Qanunu ilə eyni gündə qüvvəyə minir

İmza

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 24 iyun 2026

Əvvəlki yenilik
“Maliyyə icarəsi haqqında” Azərbaycan Respublikasının 2026-cı il 26 may tarixli 412-VIIQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Növbəti yenilik
“Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 26 may tarixli 414-VIIQD nömrəli Qanununun tətbiqi və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi və “Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti haqqında Əsasnamə”nin təsdiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 13 fevral tarixli 593 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı