QANUNÇU
ƏSAS
  • İcmal
  • Yeniliklər
  • Saxlanmışlar
  • İzlənən sahələr
  • Axtarış
SƏNƏDLƏR
  • Məcəllələr
  • Qanunlar
  • Parametrlər
  • Çıxış
QANUNÇU
ƏSAS
  • İcmal
  • Yeniliklər
  • Saxlanmışlar
  • İzlənən sahələr
  • Axtarış
SƏNƏDLƏR
  • Məcəllələr
  • Qanunlar
  • Parametrlər
  • Çıxış
Daxil olQeydiyyat
YeniliklərDəyişiklik
Rəsmi mənbə

Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində olan bir sıra müəssisələrin fəaliyyətinin təkmilləşdirilməsi haqqında

AktivNöv: Qərar·Nömrə: №215·Qəbul edən orqan: Nazirlər Kabineti·Dərc tarixi: 14 iyul 2026

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Yerli icra hakimiyyətləri haqqında Əsasnamə"nin 2.8-ci bəndinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. "Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində Mənzil-kommunal Təsərrüfatı Müəssisəsinin nümunəvi strukturu və ştat vahidləri" təsdiq edilsin (əlavə olunur).

2. "Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində Lift Təsərrüfatı Müəssisəsinin nümunəvi strukturu və ştat vahidləri" təsdiq edilsin (əlavə olunur).

3. "Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində İşıqlandırma Təsərrüfatı Müəssisəsinin nümunəvi strukturu və ştat vahidləri" təsdiq edilsin (əlavə olunur).

4. "Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində Yaşıllaşdırma Təsərrüfatı Müəssisəsinin nümunəvi strukturu və ştat vahidləri" təsdiq edilsin (əlavə olunur).

5. Müəyyən edilsin ki, bu Qərarın 1-4-cü hissələrində nəzərdə tutulan müəssisələrin nizamnamə kapitalı Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində müvafiq olaraq mənzil-kommunal, lift, işıqlandırma və yaşıllaşdırma təsərrüfatı sahələrində xidmət göstərən qurumların əmlakı hesabına formalaşır.

6. Bakı Şəhər İcra Hakimiyyəti üç ay müddətində:

6.1. tabeliyində olan mənzil-kommunal, lift, işıqlandırma və yaşıllaşdırma təsərrüfatı sahələrində xidmət göstərən qurumların əsasında məhdud məsuliyyətli cəmiyyəti statusunda müvafiq olaraq Mənzil-kommunal Təsərrüfatı Müəssisəsinin, Lift Təsərrüfatı Müəssisəsinin, İşıqlandırma Təsərrüfatı Müəssisəsinin və Yaşıllaşdırma Təsərrüfatı Müəssisəsinin (bundan sonra — Müəssisələr) yaradılması ilə bağlı təkliflərini Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsinlər;

6.2. Müəssisələrin nizamnaməsinin hazırlanmasını təmin etsinlər və müvafiq qaydada təsdiq edilməsi üçün zəruri tədbirlər görsünlər;

6.3. Müəssisələrin strukturunu və ştat vahidlərini bu Qərarın 1-4-cü hissələri nəzərə alınmaqla təsdiq edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin;

6.4. Müəssisələrin işçilərinin aylıq vəzifə maaşlarının məbləğini dövlət büdcəsindən maliyyələşdirilən sahələr üçün müəyyən edilmiş Vahid Tarif Cədvəlinə uyğun müəyyən etsin;

6.5. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi və digər aidiyyəti dövlət orqanları (qurumları) ilə birlikdə Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos) publik hüquqi şəxsin informasiya ehtiyatlarının və sistemlərinin imkanlarından istifadə etməklə, Bakı şəhərinin ərazisində müntəzəm sanitar təmizlik aparılan sahələrin və xidmət göstərilən yaşıllaşdırma sahələrinin həcmini müəyyən edərək müvafiq məlumatların Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim edilməsini təmin etsin;

6.6. bu Qərardan irəli gələn digər məsələləri həll etsin.

7. Bu Qərarda dəyişiklik Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 6 oktyabr tarixli 2328 nömrəli Fərmanı ilə təsdiq edilmiş "İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının layihələrinin hazırlanması, razılaşdırılması, qəbul edilməsi və dərc edilməsi qaydası haqqında Əsasnamə"nin 3.5-ci bəndinə uyğun edilə bilər

İmza

Əli Əsədov

Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, 14 iyul 2026

Sənəd nömrəsi

№215

Əvvəlki yenilik
Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 22 iyun tarixli 1375 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Növbəti yenilik
“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2026-cı il 12 iyun tarixli 423-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 7 iyul tarixli 715 nömrəli Fərmanının icrasının təmin edilməsi haqqında