Bu dəyişikliklər Azərbaycanda mədəni abidələrin qorunması sistemini yenidən təşkil edir. Dövlət qoruqlarının idarəçiliyi Mədəniyyət Nazirliyi və Dövlət Turizm Agentliyi arasında bölünür, abidələrin mühafizəsi üçün daha sərt qaydalar tətbiq edilir. Dəyişikliklər 2026-cı il 28 yanvar tarixli Prezident Fərmanı ilə qüvvəyə minir.
16 dəyişiklikdən 16-si maddə-maddə izlənir.
Aşağıdakı dəyişikliklər mənbə sənəddə var, lakin yuxarıdakı maddə-maddə izləmədə tam göstərilmir. Mənbədəki ifadəsi olduğu kimi verilir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 3 iyul tarixli 375 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Cild I) ilə təsdiq edilmiş "Bakı şəhəri Sabunçu rayonunun Nardaran qəsəbəsində yerləşən tarixmədəniyyət qoruğu haqqında Əsasnamə"nin 2-ci və 8-ci hissələri aşağıdakı redaksiyada verilsin: "2. Nardaran tarix-mədəniyyət qoruğunun ərazisində yerləşən elmi, tarixi və ya bədii əhəmiyyəti olan tarix və mədəniyyət abidələri Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən olunmuş qaydada qabaqlayıcı, konservasiya, bərpa və xüsusi mühafizə dərəcələri tətbiq edilməklə dövlət tərəfindən qorunur."; "8. Qoruğun ərazisində yerləşən tarix və mədəniyyət abidələrinin korlanması və ya məhv edilməsi, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə razılaşdırılmadan başqa yerə köçürülməsi, eləcə də onların toxunulmazlığını pozan və onlar üçün təhlükə yaradacaq tikinti-quraşdırma, bərpa, rekonstruksiya, konservasiya işlərinin və ya abadlaşdırma tədbirlərinin aparılması qadağandır.".
həmin Qərarla təsdiq edilmiş "Zaqatala Tarix-Mədəniyyət Qoruğunun Əsasnaməsi"nin 3.2-ci bəndi və 3.5.1-ci yarımbəndi aşağıdakı redaksiyada verilsin: "3.2. Qoruğun ərazisində yerləşən elmi, tarixi, mədəniyyət əhəmiyyəti olan abidələr və təbii landşaft Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən olunmuş qaydada qabaqlayıcı, konservasiya, bərpa və xüsusi mühafizə dərəcələri tətbiq edilməklə dövlət tərəfindən qorunur."; "3.5.1. tarix və mədəniyyət abidələrinin korlanması və ya məhv edilməsi, Nazirliklə razılaşdırılmadan başqa yerə köçürülməsi, eləcə də onların toxunulmazlığını pozan və onlar üçün təhlükə yaradacaq tikinti-quraşdırma, bərpa, rekonstruksiya, konservasiya işlərinin və ya abadlaşdırma tədbirlərinin aparılması;".