QANUNÇU
ƏSAS
  • İcmal
  • Yeniliklər
  • Saxlanmışlar
  • İzlənən sahələr
  • Axtarış
SƏNƏDLƏR
  • Məcəllələr
  • Qanunlar
  • Parametrlər
  • Çıxış
QANUNÇU
ƏSAS
  • İcmal
  • Yeniliklər
  • Saxlanmışlar
  • İzlənən sahələr
  • Axtarış
SƏNƏDLƏR
  • Məcəllələr
  • Qanunlar
  • Parametrlər
  • Çıxış
Daxil olQeydiyyat
YeniliklərLəğv
Rəsmi mənbə

“Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi və “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli Qərarının ləğv edilməsi barədə

AktivNöv: Qərar·Nömrə: №206·Qəbul edən orqan: Nazirlər Kabineti·Dərc tarixi: 9 iyul 2026

Bu qərar yeni aktı təsdiq edir

  • «Qazdan istifadə Qaydaları»
    Sənədi yüklə (PDF)Tam mətni oxu →

Bu qərar aktı tam ləğv edir

  • «“Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında»

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, "Qaz təchizatı haqqında" Azərbaycan Respublikasının 2025-ci il 8 iyul tarixli 233-VIIQ nömrəli Qanununun tətbiqi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 19 avqust tarixli 487 nömrəli Fərmanının 2.1.2.2-ci abzasının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. "Qazdan istifadə Qaydaları" təsdiq edilsin (əlavə olunur).

2. Müəyyən edilsin ki:

2.1. istehlakçının tikinti obyektinin qaz təchizatı ilə bağlı qaz satıcısı ilə qazın alqı-satqı müqaviləsinin bağlanılması "ASAN Kommunal" mərkəzləri yaradılmadığı regionlarda bu mərkəzlər yaradılanadək "ASAN xidmət" mərkəzləri vasitəsilə həyata keçirilir;

2.2. "Qazdan istifadə Qaydaları"nda Elektron Hökumət İnformasiya Sisteminin xidmət kanalı üzərindən müvafiq sistem operatorunun informasiya sistemi vasitəsilə həyata keçirilməsi nəzərdə tutulan prosedurların təşkili təmin edilənədək həmin sistem vasitəsilə həyata keçirilməsi nəzərdə tutulan prosedurlar birbaşa, poçt və ya elektron poçt vasitəsilə həyata keçirilir.

3. "Qazdan istifadə Qaydaları"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 5, maddə 452 (Cild I); 2024, № 3, maddə 336; 2025, № 9, maddə 879, № 12 (II kitab), maddə 1209) ləğv edilsin

İmza

Əli Əsədov

Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, 9 iyul 2026

Sənəd nömrəsi

№206

Əvvəlki yenilik
“Dövlət adından yaradılan və dövlət büdcəsindən vəsait alan publik hüquqi şəxslərdə mövcud olan vəzifələrin Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 4 avqust tarixli 911 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda nəzərdə tutulmuş dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı”nın təsdiq edilməsi haqqında
Növbəti yenilik
“Binaların enerji effektivliyi üzrə pasportlaşdırılması Qaydaları”nın təsdiq edilməsi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında