"Ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsinə dair bir sıra tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 19 iyul tarixli 1754 nömrəli Fərmanının 2.3-cü bəndinə əsasən:
1. Ölkənin ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsi, yerli ərzaqlıq buğda istehsalçılarının fəaliyyətinin stimullaşdırılması və onlara dövlət dəstəyinin göstərilməsi məqsədilə "Buğda. Texniki şərtlər" AZS 888:2025 Azərbaycan Respublikasının Dövlət Standartı ilə müəyyən edilmiş keyfiyyət tələblərinə uyğun yerli ərzaqlıq buğdanın 1 (bir) tonunun dövlət tədarük qiyməti 2026-cı il üçün 400,0 (dörd yüz) manat müəyyən edilsin.
2. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir
Əli Əsədov
Azərbaycan Respublikasının Baş naziri
Bakı şəhəri, 25 iyun 2026
Sənəd nömrəsi
№442s