QANUNÇU
ƏSAS
  • İcmal
  • Yeniliklər
  • Saxlanmışlar
  • İzlənən sahələr
  • Axtarış
SƏNƏDLƏR
  • Məcəllələr
  • Qanunlar
  • Parametrlər
  • Çıxış
QANUNÇU
ƏSAS
  • İcmal
  • Yeniliklər
  • Saxlanmışlar
  • İzlənən sahələr
  • Axtarış
SƏNƏDLƏR
  • Məcəllələr
  • Qanunlar
  • Parametrlər
  • Çıxış
Daxil olQeydiyyat
YeniliklərDəyişiklik
Rəsmi mənbə

“Azərbaycan Respublikasının Əmək Məcəlləsində, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının Ailə Məcəlləsində, Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində, Azərbaycan Respublikasının…

AktivNöv: Qərar·Nömrə: №200·Qəbul edən orqan: Nazirlər Kabineti·Dərc tarixi: 29 iyun 2026
0Əlavə edilib0Silinib45Dəyişdirilib
XülasəAI

Qanun dəyişikliyi "valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş" ifadəsini sadəcə "valideyn himayəsindən məhrum olmuş" şəklində dəyişir və himayədar ailələrə verilmiş uşaqları da bu qrupun daxilində tanıyır. Dəyişikliklər təhsil, sosial müdafiə, sağlamlıq və peşə təhsili sahələrində bu uşaqların hüquq və imtiyazlarının daha geniş şəkildə tətbiq edilməsini təmin edir. Dəyişikliklər 2026-cı il yanvarından etibarən qüvvəyə minir.

Bu dəyişikliyin mətnə tətbiqi yoxlanılır (×5)

45 dəyişiklikdən 43-si maddə-maddə izlənir, 2-si mətn halında göstərilir.

Hədəf akt 1 / 19
Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsinin yaxşılaşdırılması tədbirləri haqqında

Maddə 1

1
"Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında" Azərbaycan Respublikası Qanununun icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirliyi, Səhiyyə Nazirliyi, Maliyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və digər aidiyyəti nazirlik və təşkilatları dövlət himayəsində olan və olmayan, qəyyumluqda, himayədə olan, övladlığa verilən, habelə rəsmiləşdirilmədən yaxın qohumunun (baba, nənə, əmi, dayı, bibi, xala və s.) yanında yaşayıb tərbiyə olunan valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi üçün Qanunda nəzərdə tutulmuş güzəşt və imtiyazların həyata keçirilməsi ilə bağlı lazımi təşkilati tədbirlər görsünlər.
—
"Valideynlərini itirmiş və valideynValideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında" Azərbaycan Respublikası Qanununun icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirliyi, Səhiyyə Nazirliyi, Maliyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və digər aidiyyəti nazirlik və təşkilatları dövlət himayəsində olan və olmayan, qəyyumluqda, himayədə olan, övladlığa verilən, habelə rəsmiləşdirilmədən yaxın qohumunun (baba, nənə, əmi, dayı, bibi, xala və s.) yanında yaşayıb tərbiyə olunan valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi üçün Qanunda nəzərdə tutulmuş güzəşt və imtiyazların həyata keçirilməsi ilə bağlı lazımi təşkilati tədbirlər görsünlər.

Maddə 2

2
Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsini yaxşılaşdırmaq məqsədilə:
Hədəf akt 2 / 19
“Dərman vasitələrinin elmi tədqiqatlarının, klinikaya qədər tədqiqatlarının və klinik sınaqlarının aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında

Əlavə 1 · Maddə 2.14

2.14
qanuni nümayəndələr — valideynlər, övladlığa götürənlər, qəyyumlar, himayəçilər, qəyyumluq və himayə orqanının (himayədar ailəyə verilmiş yetkinlik yaşına çatmamış şəxslərə, habelə Azərbaycan Respublikasının Ailə Məcəlləsinə uyğun olaraq yerləşdirilənədək – valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş yetkinlik yaşına çatmamış şəxslərə münasibətdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, digər hallarda isə uşaq hüquqlarının müdafiəsi üzrə komissiyaların) nümayəndələri;
Hədəf akt 3 / 19
“Azərbaycan Respublikasında ümumi təhsilin dövlət standartları”nın təsdiq edilməsi haqqında

Əlavə 1 · Maddə 3

15.2
İnternat tipli ümumi təhsil müəssisələrini bitirən şagirdlərə istifadələrində olan paltar və ayaqqabını özləri ilə aparmalarına icazə verilir. İnternat tipli ümumi təhsil müəssisələrinin valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş məzunlarına Valideynlərini itirmiş və valideynValideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsinin yaxşılaşdırılması tədbirləri haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 7 noyabr tarixli 179 nömrəli Qərarına uyğun olaraq birdəfəlik müavinət verilir.
15.3
Valideynlərini itirmiş və valideynValideyn himayəsindən məhrum olmuş məzunlar peşə, orta ixtisas və digər təhsil müəssisələrinə daxil olduqdan sonra "Məzun evi" Sosial Müəssisəsinin balansında olan binada yaşayış sahəsi ayrılanadək, qida ilə təmin edilməklə ümumi təyinatlı internat tipli ümumtəhsil məktəblərində qala bilərlər.
15.4
Yaşayış sahəsi olmayan, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş məzunların yetkinlik yaşına çatana qədər bu məktəblərdə qalmasına icazə verilir.
Hədəf akt 4 / 19
“Çətin həyat şəraitində hesab edilmənin əsasları üzrə şəxsin (ailənin) çətin həyat şəraitində olmasını təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə

Əlavə 1 · Maddə 2.1

2.1
Valideynlərini itirmiş və ya valideynValideyn himayəsindən məhrum olmuş uşağın çətin həyat şəraitində olmasını təsdiq edən sənədlər aşağıdakılardır:
2.1.2
hər iki valideynin məlum olmaması barədə yerli icra hakimiyyətinin qəyyumluq və himayə orqanının (himayədar ailəyə verilmiş uşaqlara, habelə Azərbaycan Respublikasının Ailə Məcəlləsinə uyğun olaraq yerləşdirilənədək – valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara münasibətdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, digər hallarda isə uşaq hüquqlarının müdafiəsi üzrə komissiyaların) arayışı;
2.1.3
valideynlik hüququndan məhrumetmə və ya valideynlik hüquqlarının məhdudlaşdırılması haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsiqərarı;
2.1.4
valideynlərin xəbərsiz itkin düşmüş, fəaliyyət qabiliyyəti olmayan və ya fəaliyyət qabiliyyəti məhdudlaşdırılan hesab edilməsi, ölmüş elan edilməsi ilə bağlı məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsiqərarı;

Əlavə 1 · Maddə 9.1

10
10. Valideynlərini itirmələrinə və ya valideyn himayəsindən məhrum olmalarınaValideyn himayəsindən məhrum olmasına görə sosial xidmət müəssisələrində, habelə ümumi təyinatlı internat tipli və internat tipli xüsusi ümumtəhsil məktəblərindəyaşamış və həmin müəssisələri tərk etdikdən sonra yaşayış yeri olmayan şəxslər üzrə

Əlavə 1 · Maddə 10.1

10.1
Valideynlərini itirməsinə və ya valideynValideyn himayəsindən məhrum olmasına görə sosial xidmət müəssisələrində yaşamış və bu müəssisələri tərk etdikdən sonra yaşayış yeri olmayan şəxsin çətin həyat şəraitində olmasını təsdiq edən sənədlər aşağıdakılardır:
Hədəf akt 5 / 19
“Çətin həyat şəraitində olan şəxslərin (ailələrin) dövlət sosial xidmət müəssisələrinə yerləşdirilməsi Qaydası”nın təsdiq edilməsi barədə

Əlavə 1 · Maddə 1.3

1.3
Bu Qayda "Sosial xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 13.2-ci və 7.1-ci maddələrinə uyğun olaraq, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara, , baxımsız və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlara, xəstəlik, əlillik və ya ahıllıqla əlaqədar özünəqulluq qabiliyyəti, habelə onlara qulluq və kömək edə biləcək əmək qabiliyyətli qohumları və ya qanuni nümayəndələri olmayan şəxslərə (ailələrə), ictimai təhlükəli xəstəliyə tutulduğuna görə həyat fəaliyyəti məhdudlaşan şəxslərə, insan alverinin qurbanlarına və məişət zorakılığından zərər çəkənlərə şamil olunur.

Əlavə 1 · Maddə 2.1

2.1
Valideynlərini itirmiş və ya valideynValideyn himayəsindən məhrum olmuş uşaqlar üzrə
Hədəf akt 6 / 19
"Rezidentura təhsilinin məzmunu və təşkili Qaydaları"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 18 mart tarixli 50 nömrəli qərarında dəyişikliklər edilməsi barədə

Əlavə 1 · Maddə 1.5

1.5
Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər rezidenturaya ödənişli əsaslarla qəbul olunurlar. Valideynlərini itirmiş və valideynValideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər dövlət, bələdiyyə və özəl ali təhsil müəssisələrində rezidenturada ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilir.
Hədəf akt 7 / 19
“Çətin həyat şəraitində olan şəxslərə (ailələrə) dövlət büdcəsinin vəsaiti hesabına göstərilən sosial xidmətin zəmanət verilmiş həcmi”nin təsdiq edilməsi barədə

Əlavə 1

2.4.1.2
Sıra №-si Xidmətlər Xidmətin sayı (aylıq) Xidmətin müddəti (hər dəfə) 1 2 3 4 1. Evdə (səyyar) sosial xidmət 1.1. Xəstəlik, əlillik və ya ahıllıqla əlaqədar özünəqulluq qabiliyyəti, habelə onlara qulluq və kömək edə biləcək əmək qabiliyyətli qohumları və ya qanuni nümayəndələri olmayan şəxslər (ailələr), xəstəliyin terminal (son) mərhələsində olan şəxslər üçün 1.1.1. Sosial-məişət xidmətləri 1.1.1.1. yemək hazırlanmasına kömək etmək (o cümlədən, diyetik yeməklər), özünə qulluq edə bilməyən xəstələrin yedizdirilməsi və qabların yuyulması 8 dəfə 1 saat 20 dəq. 1.1.1.2. zəruri ərzaq, sənaye və məişət mallarının alınması 4 dəfə 30 dəq. 1.1.1.3. mənzillərin yığışdırılması və təmizlənməsi 4 dəfə 1 saat 1.1.1.4. yataq və geyim əşyalarının yuyulması, ütülənməsi 4 dəfə 1 saat 30 dəq. 1.1.1.5. mənzil pulunun və digər kommunal xərclərin ödənilməsinin təşkil edilməsi 1 dəfə 30 dəq. 1.1.1.6. istiliyə, yanacağa, təmirə olan ehtiyacların ödənilməsi məqsədi ilə aidiyyəti təşkilatlarla əlaqə saxlanılması xidmət müddətində 1.1.1.7. evə həkimin çağırılması xidmət müddətində 1.1.1.8. həkimin təyinatı ilə aptekdən dərman alınması xidmət müddətində 1.1.1.9. sosial xidmətə götürülmüş vətəndaş vəfat etdikdə, onun dəfni ilə bağlı məsələlərin həllinə köməklik göstərilməsi xidmət müddətində 1.1.2. Sosial-hüquqi xidmətlər 1.1.2.1. qəyyumluq və himayəçilik sənədlərinin hazırlanmasına, tənha ahıl vətəndaşların və əlilliyi olan şəxslərin sosial xidmət müəssisələrinə göndərilməsi üçün lazımi sənədlərin toplanılmasına köməklik göstərilməsi xidmət müddətində 1.1.3. Sosial-mədəni xidmətlər 1.1.3.1. asudə vaxtın səmərəli təşkilinin təmin edilməsi xidmət müddətində 1.2. Əlilliyi olan uşaqlar üçün 1.2.1. Sosial-pedaqoji xidmətlər və sosial-psixoloji xidmətlər 1.2.1.1. uşaqların gündəlik həyatda lazım olan vərdiş və bacarıqlarının, böyük və kiçik motorika, ünsiyyət və koqnitiv bacarıqlarının inkişaf etdirilməsi Fərdi Reabilitasiya Proqramına əsasən 1.2.1.2. uşaqların və ailələrin sosial inkluziyasına köməklik göstərilməsi Fərdi Reabilitasiya Proqramına əsasən 1.2.1.3. uşağın inkişafı üçün valideynlərə müvafiq məsləhətlərin verilməsi, o cümlədən zəruri yardımçı cihaz və vasitələrdən istifadənin öyrədilməsi Fərdi Reabilitasiya Proqramına əsasən 2. Yarımstasionar (günərzi) sosial xidmət 2.1. Xəstəlik, əlillik və ya ahıllıqla əlaqədar özünəqulluq qabiliyyəti, habelə onlara qulluq və kömək edə biləcək əmək qabiliyyətli qohumları və ya qanuni nümayəndələri olmayan şəxslər (ailələr) üçün 2.1.1. Sosial-psixoloji xidmətlər 2.1.1.1. psixoloji müayinə və şəxsiyyətin öyrənilməsi Fərdi Reabilitasiya Proqramına əsasən 2.1.1.2. sosial-psixoloji məsləhətlərin verilməsi Fərdi Reabilitasiya Proqramına əsasən 2.1.2. Sosial-mədəni xidmətlər 2.1.2.1. xidmətə götürülmüş şəxslərin asudə vaxtının səmərəli təşkilinin təmin edilməsi, onların maraqlarına uyğun olaraq təşkil olunan tədbirlərə cəlb olunması və digər mədəni-kütləvi tədbirlərdə iştirakının təmin edilməsi xidmət müddətində 2.1.3. Tibbi-sosial xidmətlər 2.1.3.1. şəxsi gigiyena və sanitariya qaydalarına əməl edilməsi şərtlərinin təmin edilməsi xidmət müddətində 2.2. Əlilliyi olan uşaqlar üçün 2.2.1. Sosial-pedaqoji və sosial-psixoloji xidmətlər 2.2.1.1. inkişaf pozuntuları olan uşaqların psixoloji-tibbi- pedaqoji müayinəsi, uşaqlara hərtərəfli qabaqlayıcı-inkişafedici yardımın göstərilməsi və onların valideynlərinə (qanuni nümayəndələrinə) psixoloji-pedaqoji dəstəyin verilməsi Fərdi Reabilitasiya Proqramına əsasən 2.2.1.2. uşaqlara qrup və fərdi məşğələlər, məsləhətlər (konsultasiya) formasında reabilitasiya xidmətlərinin göstərilməsi Fərdi Reabilitasiya Proqramına əsasən 2.2.1.3. funksional bacarıqları bərpa etmək üçün aktiv terapiya, fizioterapiya, nitq və ünsiyyət terapiyası, gündəlik həyat fəaliyyətləri, idman terapiyası və digər tədbirlərin görülməsi Fərdi Reabilitasiya Proqramına əsasən 2.2.2. Sosial-mədəni xidmətlər 2.2.2.1. uşağın asudə vaxtının səmərəli təşkilinin təmin edilməsi, onun potensialına və maraqlarına uyğun olaraq təşkil olunan tədbirlərə cəlb olunması və digər mədəni-kütləvi tədbirlərdə iştirakının təmin edilməsi xidmət müddətində 2.3. Baxımsız və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayan uşaqlar üçün 2.3.1. Sosial-psixoloji xidmətlər 2.3.1.1. uşağın psixososial vəziyyətinin ilkin qiymətləndirilməsi Fərdi Reabilitasiya Proqramına əsasən 2.3.1.2. uşağın depressiya vəziyyətindən çıxarılması, onun yaradıcılıq, intellektual və fiziki imkanlarına, eləcə də yaş xüsusiyyətlərinə uyğun olaraq psixoloji yardımın göstərilməsi Fərdi Reabilitasiya Proqramına əsasən 2.3.1.3. uşağın emosional vəziyyətinə və davranışına nəzarət edilməsi Fərdi Reabilitasiya Proqramına əsasən 2.3.2. Sosial-pedaqoji xidmətlər 2.3.2.1. pedaqoji korreksiya üçün kompleks tədbirləri təşkil etmək məqsədi ilə uşağın normal və ya ictimai təhlükəli davranışını xarakterizə edən əlamətlərin öyrənilməsi, onun potensialının və meyillərinin, cəmiyyətdən təcrid olunmasının (əgər belə hal varsa) forma və dərəcəsinin müəyyən edilməsi Fərdi Reabilitasiya Proqramına əsasən 2.3.2.2. uşağın dünyagörüşünün genişləndirilməsi, ünsiyyət qabiliyyətinin artırılması, yaradıcılıq fəaliyyətinin inkişaf etdirilməsi məqsədilə qrup və fərdi fəaliyyətin təşkil edilməsi Fərdi Reabilitasiya Proqramına əsasən 2.3.2.3. fiziki və əqli qabiliyyətlərinə uyğun olaraq uşaqların təhsil almasına və müxtəlif peşələrə yiyələnməsinə köməklik göstərilməsi Fərdi Reabilitasiya Proqramına əsasən 2.3.2.4. uşağın əmək, özünəqulluq, məişətdə və ictimai yerlərdə davranış, özünənəzarət və həyat fəaliyyətinin digər sahələrində bacarıqlarının artırılması Fərdi Reabilitasiya Proqramına əsasən 2.3.3. Sosial-hüquqi xidmətlər 2.3.3.1. uşağın hüquqlarının müdafiə edilməsi, ona qarşı hüquq pozuntusu törətmiş şəxslərin müəyyən olunması üçün peşəkar yardımın göstərilməsi xidmət müddətində 2.3.3.2. sənədlərin (doğum haqqında şəhadətnamə, şəxsiyyət vəsiqəsi, işlə təmin olunması üçün lazım olan sənədlər və s.) əldə edilməsinə köməklik göstərilməsi xidmət müddəti ərzində 2.3.4. Sosial-mədəni xidmətlər 2.3.4.1. uşağın asudə vaxtının səmərəli təşkilinin təmin edilməsi, onun potensialına və maraqlarına uyğun olaraq təşkil olunan tədbirlərə cəlb olunması və digər mədəni-kütləvi tədbirlərdə iştirakının təmin edilməsi xidmət müddətində 2.4. Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 2.4.1. Sosial-psixoloji xidmətlər 2.4.1.1. uşağın intellektual səviyyəsinin və psixososial vəziyyətinin ilkin qiymətləndirilməsi Fərdi Reabilitasiya Proqramına əsasən 2.4.1.2. uşağın çətin həyat şəraitində olması, uğursuz ailədən olması və ya valideynlərini itirməsi,o cümlədən valideyn himayəsindən məhrum olması səbəbindən yaranmış psixoloji sarsıntının aradan qaldırılması üçün aktiv həyata motivasiyanın yaradılması, psixoloji inkişafın yaş xüsusiyyətlərinə uyğunluğunun təmin edilməsi istiqamətlərində tədbirlərin həyata keçirilməsi Fərdi Reabilitasiya Proqramına əsasən 2.4.1.3. uğurlu nəticənin əldə edilməsi məqsədi ilə valideynlərlə və ya digər qanuni nümayəndələrlə psixoloji konsultasiya işinin aparılması Fərdi Reabilitasiya Proqramına əsasən 2.4.2. Sosial-pedaqoji xidmətlər 2.4.2.1. uşağın mövcud potensialına və maraqlarına uyğun olaraq fiziki və əqli qabiliyyətinin inkişafı ilə bağlı tədbirlərin həyata keçirilməsi Fərdi Reabilitasiya Proqramına əsasən 2.4.2.3. uşağın dünyagörüşünün genişləndirilməsi, ünsiyyət qabiliyyətinin artırılması, yaradıcılıq fəaliyyətinin inkişaf etdirilməsi məqsədilə qrup və fərdi fəaliyyətin təşkil edilməsi Fərdi Reabilitasiya Proqramına əsasən 2.4.2.4. uşağı müxtəlif peşələr və onların xüsusiyyətləri haqqında məlumatlandırmaqla, onun peşə meyillərinin aşkar edilməsi Fərdi Reabilitasiya Proqramına əsasən 2.4.2.5. uşağın əmək, özünəqulluq, məişətdə və ictimai yerlərdə davranış, özünənəzarət, ünsiyyət və həyat fəaliyyətinin digər sahələrində bacarıqlarının artırılması Fərdi Reabilitasiya Proqramına əsasən 2.4.3. Sosial-mədəni xidmətlər 2.4.3.1. uşağın dərsdən sonrakı asudə vaxtının səmərəli təşkilinin təmin edilməsi, onun potensialına və maraqlarına uyğun olaraq təşkil olunan tədbirlərə cəlb olunması və digər mədəni-kütləvi tədbirlərdə iştirakının təmin edilməsi xidmət müddətində 2.5. İnsan alveri qurbanları üçün 2.5.1. Sosial-psixoloji xidmətlər 2.5.1.1. insan alveri qurbanlarının ehtiyaclarının, psixoloji və emosional vəziyyətinin ilkin qiymətləndirilməsi Fərdi Reabilitasiya Proqramına əsasən 2.5.1.2. insan alveri qurbanlarının zorakılıq, narkomaniya və digər amillərlə bağlı psixoloji zədələrini aradan qaldırmaq üçün psixososial dəstək və məsləhət yardımının göstərilməsi Fərdi Reabilitasiya Proqramına əsasən 2.5.2. Sosial-iqtisadi xidmətlər 2.5.2.1. insan alveri qurbanlarının peşə hazırlığının, yenidən hazırlığının və məşğulluğunun təmin edilməsinə köməklik göstərilməsi Fərdi Reabilitasiya Proqramına əsasən 2.5.3. Sosial-hüquqi xidmətlər 2.5.3.1. insan alveri qurbanlarına maraq və hüquqlarının müdafiəsi üçün hüquqi məsləhətlərin verilməsi Fərdi Reabilitasiya Proqramına əsasən 2.5.3.2. sənədlərin bərpası, boşanma, alimentin alınması, uşaqlarla bağlı və digər sənədlərin hazırlanmasına köməklik göstərilməsi Fərdi Reabilitasiya Proqramına əsasən 2.5.4. Sosial-mədəni xidmətlər 2.5.4.1. insan alveri qurbanlarının asudə vaxtının səmərəli təşkilinin təmin edilməsi, onların potensialına və maraqlarına uyğun olaraq təşkil olunan tədbirlərə cəlb olunması və digər mədəni-kütləvi tədbirlərdə iştirakının təmin edilməsi xidmət müddətində 2.6. Məişət zorakılığından zərər çəkmiş şəxslər üçün 2.6.1. Sosial-psixoloji xidmətlər 2.6.1.1. "qaynar xətt" vasitəsilə söhbət, fərdi məsləhətləşmələrin aparılması xidmət müddətində 2.6.1.2. zərərçəkmiş şəxsin psixoloji və emosional vəziyyətinin ilkin qiymətləndirilməsi Fərdi Reabilitasiya Proqramına əsasən 2.6.1.3. şəxsiyyətin dəstəklənməsi və məlumatlandırılması istiqamətlərində fərdi işin aparılması Fərdi Reabilitasiya Proqramına əsasən 2.6.1.4. qrup şəklində reabilitasiya: art-terapiya, müxtəlif treninqlər, ailə ilə görüş Fərdi Reabilitasiya Proqramına əsasən 2.6.2. Sosial-iqtisadi xidmətlər 2.6.2.1. zərərçəkmiş şəxslərin peşə hazırlığı kurslarına istiqamətləndirilməsi və onların məşğulluğunun təmin edilməsinə köməklik göstərilməsi Fərdi Reabilitasiya Proqramına əsasən 2.6.2.2. zərərçəkmiş şəxslərə qanunvericiliklə müəyyən edilmiş sosial müavinətlərin alınmasında kömək göstərilməsi Fərdi Reabilitasiya Proqramına əsasən 2.6.3. Sosial-hüquqi xidmətlər 2.6.3.1. sənədlərin əldə edilməsinə kömək göstərilməsi, şifahi və ya yazılı hüquqi məsləhətlərin verilməsi, ərizələrin, şikayətlərin və hüquqi xarakterli sənədlərin tərtib edilməsi Fərdi Reabilitasiya Proqramına əsasən 2.7. Müəyyən yaşayış yeri olmayan şəxslər üçün 2.7.1. Sosial-məişət xidmətləri 2.7.1.1. diyetik yeməklər də daxil olmaqla, isti yeməklərlə təmin edilməsi xidmət müddətində 2.7.1.2. müvafiq yataq mebeli, yataq dəsti, paltar və ayaqqabı ilə təmin edilməsi xidmət müddətində 2.7.1.3. yataq və geyim əşyalarının yuyulması, ütülənməsi xidmət müddətində 2.7.2. Tibbi-sosial xidmətlər 2.7.2.1. tibbi müayinənin aparılması xidmət müddətində 2.7.2.2. ilkin tibbi yardımın göstərilməsi xidmət müddətində 2.7.2.3. şəxsi gigiyena və sanitariya qaydalarına əməl edilməsi şərtlərinin təmin edilməsi xidmət müddətində 2.8. İctimai təhlükəli xəstəliyə tutulduğuna görə həyat fəaliyyəti məhdudlaşan şəxslər üçün 2.8.1. Sosial-psixoloji xidmətlər 2.8.1.1. şəxsin psixoloji və emosional vəziyyətinin ilkin qiymətləndirilməsi Fərdi Reabilitasiya Proqramına əsasən 2.8.1.2. psixoloji zədələrin aradan qaldırılması məqsədi ilə psixososial dəstəyin göstərilməsi Fərdi Reabilitasiya Proqramına əsasən 2.8.2. Tibbi-sosial xidmətlər 2.8.2.1. xəstəliyin mərhələsindən asılı olaraq tibbi müayinələrin aparılması xidmət müddətində 2.8.3. Palliativ xidmətlər 2.8.3.1. palliativ yardıma ehtiyacı olan xəstələrin ilkin müayinəsi Fərdi Reabilitasiya Proqramına əsasən 2.8.3.2. xəstəliyin ağırlıq dərəcəsindən və yaranmış fəsadlardan asılı olaraq, müvafiq mütəxəssislərin konsultasiyasının təşkil edilməsi xidmət müddətində 2.9. Sosial yadırğama (dezadaptasiya) və sosial məhrumiyyət (deprivasiya) vəziyyətində olan şəxslər üçün 2.9.1. Sosial-psixoloji xidmətlər 2.9.1.1. şəxsin psixososial vəziyyətinin ilkin qiymətləndirilməsi Fərdi Reabilitasiya Proqramına əsasən 2.9.1.2. şəxsin psixoloji və emosional vəziyyətinə nəzarət edilməsi Fərdi Reabilitasiya Proqramına əsasən 2.9.1.3. şəxsin sosial bacarıqlarının inkişafına nail olmaq məqsədi ilə sosial-psixoloji məsləhətlərin verilməsi Fərdi Reabilitasiya Proqramına əsasən 2.9.2. Sosial-hüquqi xidmətlər 2.9.2.1. sosial yadırğama (dezadaptasiya) və sosial məhrumiyyət (deprivasiya) vəziyyətində olan şəxslərə maraq və hüquqlarının müdafiəsi üçün hüquqi məsləhətlərin verilməsi Fərdi Reabilitasiya Proqramına əsasən 2.9.2.2. sənədlərin bərpası, əmlak məsələləri ilə bağlı və digər sənədlərin hazırlanmasında köməklik göstərilməsi Fərdi Reabilitasiya Proqramına əsasən 2.9.3. Sosial-mədəni xidmətlər 2.9.3.1. sosial yadırğama (dezadaptasiya) və sosial məhrumiyyət (deprivasiya) vəziyyətində olan şəxslərin asudə vaxtının səmərəli təşkilinin təmin edilməsi, onların maraqlarına uyğun olaraq təşkil olunan tədbirlərə cəlb olunması və digər mədəni-kütləvi tədbirlərdə iştirakının təmin edilməsi xidmət müddətində 3. Stasionar sosial xidmət 3.1. Xəstəlik, əlillik və ya ahıllıqla əlaqədar özünəqulluq qabiliyyəti, habelə onlara qulluq və kömək edə biləcək əmək qabiliyyətli qohumları və ya qanuni nümayəndələri olmayan şəxslər (ailələr) üçün 3.1.1. Sosial-məişət xidmətləri 3.1.1.1. diyetik yeməklər də daxil olmaqla, isti yeməklərlə təmin edilməsi xidmət müddətində 3.1.1.2. yaşayış sahəsinin təmizlənməsi xidmət müddətində 3.1.1.4. geyim, ayaqqabı və yumşaq inventarlarla təmin edilməsi xidmət müddətində 3.1.2. Tibbi-sosial xidmətlər 3.1.2.1. ilkin tibbi yardımın göstərilməsi və dərman preparatlarının verilməsi xidmət müddətində 3.1.2.2. sanitariya-gigiyena tələblərinin yerinə yetirilməsinin təmin edilməsi xidmət müddətində 3.1.2.3. tibbi-sosial ekspertizanın keçirilməsinin təşkil edilməsi xidmət müddətində 3.1.3. Sosial-iqtisadi xidmətlər 3.1.3.1. peşə-əmək reabilitasiyasının həyata keçirilməsi Fərdi Reabilitasiya Proqramına əsasən 3.1.4. Sosial-hüquqi xidmətlər 3.1.4.1. hüquqi-məsləhət yardımları Fərdi Reabilitasiya Proqramına əsasən 3.1.5. Sosial-mədəni xidmətlər 3.1.5.1. xidmətə götürülmüş şəxslərin asudə vaxtının səmərəli təşkilinin təmin edilməsi, onların maraqlarına uyğun olaraq təşkil olunan tədbirlərə cəlb olunması və digər mədəni-kütləvi tədbirlərdə iştirakının təmin edilməsi xidmət müddətində 3.2. Əlilliyi olan uşaqlar üçün 3.2.1. Sosial-məişət xidmətləri 3.2.1.1. diyetik yeməklər də daxil olmaqla, isti yeməklərlə təmin edilməsi xidmət müddətində 3.2.1.2. yaşayış sahəsinin təmizlənməsi xidmət müddətində 3.2.1.3. geyim, ayaqqabı və yumşaq inventarlarla təmin edilməsi xidmət müddətində 3.2.2. Sosial-psixoloji xidmətlər 3.2.2.1. uşaqların ehtiyaclarının, psixoloji və emosional vəziyyətinin ilkin qiymətləndirilməsi Fərdi Reabilitasiya Proqramına əsasən 3.2.2.2. yaradıcılıq, intellektual və fiziki imkanlarına, eləcə də yaş xüsusiyyətlərinə uyğun olaraq psixoloji yardımın göstərilməsi Fərdi Reabilitasiya Proqramına əsasən 3.2.3. Sosial-pedaqoji xidmətlər 3.2.3.1. uşaqların gündəlik həyatda lazım olan vərdiş və bacarıqlarının, böyük və kiçik motorika, ünsiyyət və koqnitiv bacarıqlarının inkişaf etdirilməsi Fərdi Reabilitasiya Proqramına əsasən 3.2.3.2. uşaqların sağlamlıq və əqli imkanlarına uyğun olaraq, ilkin biliklərə yiyələnməsinə, təhsil almasına və ya peşəyə yiyələnməsinə köməklik göstərilməsi Fərdi Reabilitasiya Proqramına əsasən 3.2.4. Tibbi-sosial xidmətlər 3.2.4.1. tibbi reabilitasiya tədbirlərinin yerinə yetirilməsi Fərdi Reabilitasiya Proqramına əsasən 3.2.4.2. ilkin tibbi yardımın göstərilməsi və dərman preparatlarının verilməsi xidmət müddətində 3.2.5. Sosial-mədəni xidmətlər 3.2.5.1. uşağın asudə vaxtının səmərəli təşkilinin təmin edilməsi, onun potensialına və maraqlarına uyğun olaraq təşkil olunan tədbirlərə cəlb olunması və digər mədəni-kütləvi tədbirlərdə iştirakının təmin edilməsi xidmət müddətində 3.3. Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 3.3.1. Sosial-məişət xidmətləri 3.3.1.1. diyetik yeməklər də daxil olmaqla, isti yeməklərlə təmin edilməsi xidmət müddətində 3.3.1.2. yaşayış sahəsinin təmizlənməsi xidmət müddətində 3.3.1.3. geyim, ayaqqabı və yumşaq inventarlarla təmin edilməsi xidmət müddətində 3.3.2. Sosial-psixoloji xidmətlər 3.3.2.1. uşağın intellektual səviyyəsinin və psixososial vəziyyətinin ilkin qiymətləndirilməsi Fərdi Reabilitasiya Proqramına əsasən 3.3.2.2. yaradıcılıq, intellektual və fiziki imkanlarına, eləcə də yaş xüsusiyyətlərinə uyğun olaraq psixoloji yardımın göstərilməsi Fərdi Reabilitasiya Proqramına əsasən 3.3.3. Sosial-pedaqoji xidmətlər 3.3.3.1. bu məqsədlə yaradılmış stasionar müəssisədə uşağın mövcud potensialına və maraqlarına uyğun olaraq fiziki və əqli qabiliyyətinin inkişafına, həmçinin ilkin biliklərə yiyələnməsinə, təhsil almasına köməklik göstərilməsi Fərdi Reabilitasiya Proqramına əsasən 3.3.3.3. uşağın dünyagörüşünün genişləndirilməsi, ünsiyyət qabiliyyətinin artırılması, yaradıcılıq fəaliyyətinin inkişaf etdirilməsi məqsədilə qrup və fərdi fəaliyyətin təşkil edilməsi Fərdi Reabilitasiya Proqramına əsasən 3.3.3.4. uşağı müxtəlif peşələr və onların xüsusiyyətləri haqqında məlumatlandırmaqla, onun peşə meyillərinin aşkar edilməsi Fərdi Reabilitasiya Proqramına əsasən 3.3.3.5. uşağın əmək, özünəqulluq, məişətdə və ictimai yerlərdə davranış, özünənəzarət, ünsiyyət və həyat fəaliyyətinin digər sahələrində bacarıqlarının artırılması Fərdi Reabilitasiya Proqramına əsasən 3.3.4. Tibbi-sosial xidmətlər 3.3.4.1. ilkin tibbi yardımın göstərilməsi və dərman preparatlarının verilməsi xidmət müddətində 3.3.5. Sosial-mədəni xidmətlər 3.3.5.1. uşağın dərsdən sonrakı asudə vaxtının səmərəli təşkilinin təmin edilməsi, onun potensialına və maraqlarına uyğun olaraq təşkil olunan tədbirlərə cəlb olunması və digər mədəni-kütləvi tədbirlərdə iştirakının təmin edilməsi xidmət müddətində 4. Sosial məsləhət yardımı 4.1. Çətin həyat şəraitində olan şəxslər (ailələr) üçün 4.1.1. qohumlarından və ya qanuni nümayəndələrindən ayrı yaşayan və sosial-məsləhət yardımına ehtiyacı olan şəxslərin (ailələrin) müəyyənləşdirilməsi mütəmadi 4.1.2. sosial xidmət üzrə məsləhətlərin verilməsi mütəmadi
Hədəf akt 8 / 19
“Uşaqların icbari dispanserizasiyası haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi barədə

Əlavə 1 · Maddə 1.2

1.2
Bu Qayda valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş, sosial təhlükəli vəziyyətdə olan, sağlamlıq imkanları məhdud və cəzaçəkmə müəssisələrində olan uşaqların icbari dispanserizasiyasını da əhatə edir.
Hədəf akt 9 / 19
“Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında

Əlavə 1 · Maddə 5.24

5.24.3
ailə üzvünə ödənilən birdəfəlik müavinətlər (radiasiya qəzası nəticəsində zərər çəkmiş şəxslərə hər il müalicə üçün müavinət, uşağın anadan olmasına görə müavinət, dəfn üçün müavinət, Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssisə ilkin maddi-məişət şəraitinin dəstəklənməsi üçün müavinət, himayədar ailəyə verilmiş uşaqlara mövsümi geyim alınması üçün müavinət, penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərə birdəfəlik müavinət və valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara, habelə onların arasından olan şəxslərə ümumi təhsil, peşə təhsili, orta ixtisas təhsili və ali təhsil müəssisələrini bitirdikləri zaman ödənilən birdəfəlik müavinət, həmçinin ilk dəfə işə düzələn zaman ödənilən birdəfəlik müavinət );*
Hədəf akt 10 / 19
“Dövlət məktəbəqədər təhsil müəssisələrində təhsilalanların sosial müdafiəsi Qaydası”nın təsdiq edilməsi haqqında

Əlavə 1 · Maddə 2.2

2.2.2.2
uşaqların çətin həyat şəraitində olması, valideynlərini itirməsi,o cümlədən valideyn himayəsindən məhrum olması səbəbindən yaranmış psixoloji sarsıntının aradan qaldırılması üçün aktiv həyata motivasiyanın yaradılması, psixoloji inkişafın yaş xüsusiyyətlərinə uyğunluğunun təmin edilməsi istiqamətlərində tədbirlər həyata keçirilir;
Hədəf akt 11 / 19
“Peşə təhsili müəssisələrinə qəbul Qaydası”nın təsdiq edilməsi haqqında

Əlavə 1 · Maddə 1.11

1.11
Əlilliyi olan şəxslər, eləcə də valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar peşə təhsili müəssisələrinə müsabiqədənkənar qəbul edilirlər.

Əlavə 1 · Maddə 2.3

2.3
Valideynlərini itirmiş və valideynValideyn himayəsindən məhrum olmuş uşaqlar Azərbaycan Respublikası Nazirliyinin bu Qaydanın 2.1-ci bəndində göstərilən sənədlərlə yanaşı, valideynlərini itirməsini və valideyn himayəsindən məhrum olmasını təsdiq edən sənədin surətlərini həmin ərizəyə əlavə etməlidirlər.
2.3
Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar Azərbaycan Respublikası Nazirliyinin bu Qaydanın 2.1-ci bəndində göstərilən sənədlərlə yanaşı, valideynlərini itirməsini və valideyn himayəsindən məhrum olmasını təsdiq edən sənədin surətlərini həmin ərizəyə əlavə etməlidirlər.
Hədəf akt 12 / 19
“Ümumi təhsil müəssisələrinin növlər üzrə Meyarları”nın təsdiq edilməsi haqqında

Maddə 1.4

1.4
Bu Meyarlar müəyyən edilərkən, "Təhsil haqqında", "Ümumi təhsil haqqında", "Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında" və "Valideynlərini itirmiş və valideynValideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında" Azərbaycan Respublikası qanunlarının tələbləri nəzərə alınır.

Əlavə 1 · Maddə 1.1

7.1.3.2
Bu Qaydalar "Dövlət və bələdiyyə tərəfindən yaradılan ailə tipli kiçik qrup evinin Nümunəvi Nizamnaməsi"nin təsdiq edilməsi və "Ailə tipli kiçik qrup evinin Nümunəvi Nizamnaməsi"nin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 13 avqust tarixli 207 nömrəli Qərarının ləğv edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 iyul tarixli 274 nömrəli Qərarının 3-cü hissəsinin icrası məqsədilə hazırlanmışdır və da daxil olmaqla valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşaqların (bundan sonra – uşaqlar) dövlət və bələdiyyə tərəfindən yaradılan ailə tipli kiçik qrup evlərinə (bundan sonra – qrup evləri) qəbulu, qrup evlərini tərk etməsi, qrup evlərində uşaqlara xidmətin təşkili, həmçinin onların təminatı və yaşayış şəraiti ilə bağlı məsələləri müəyyən edir.
Hədəf akt 13 / 19
“Uşaqların dövlət və bələdiyyə tərəfindən yaradılan ailə tipli kiçik qrup evlərinə qəbulu, qrup evlərini tərk etməsi, qrup evlərində xidmətin təşkili, həmçinin qrup evlərində uşaqların təminatı və yaşayış şəraitinə dair Qaydalar”ın təsdiq edilməsi haqqında

Əlavə 1 · Maddə 1.1

1.1
Bu Qaydalar "Dövlət və bələdiyyə tərəfindən yaradılan ailə tipli kiçik qrup evinin Nümunəvi Nizamnaməsi"nin təsdiq edilməsi və "Ailə tipli kiçik qrup evinin Nümunəvi Nizamnaməsi"nin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 13 avqust tarixli 207 nömrəli Qərarının ləğv edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 iyul tarixli 274 nömrəli Qərarının 3-cü hissəsinin icrası məqsədilə hazırlanmışdır və da daxil olmaqla valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşaqların (bundan sonra – uşaqlar) dövlət və bələdiyyə tərəfindən yaradılan ailə tipli kiçik qrup evlərinə (bundan sonra – qrup evləri) qəbulu, qrup evlərini tərk etməsi, qrup evlərində uşaqlara xidmətin təşkili, həmçinin onların təminatı və yaşayış şəraiti ilə bağlı məsələləri müəyyən edir.
3.15
Bu Qaydalar "Dövlət və bələdiyyə tərəfindən yaradılan uşaq evləri sosial xidmət müəssisələrinin Nümunəvi Nizamnaməsi"nin təsdiq edilməsi və "Uşaq evləri sosial xidmət müəssisələrinin Nümunəvi Nizamnaməsi"nin təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 22 may tarixli 194 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 iyul tarixli 273 nömrəli Qərarının 3-cü hissəsinin icrası ilə əlaqədar hazırlanmışdır və valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş 3 yaşından 18 yaşınadək uşaqların (bundan sonra – uşaqlar) dövlət və bələdiyyə tərəfindən yaradılan uşaq evləri sosial xidmət müəssisələrinə (bundan sonra – müəssisələr) qəbulu, həmin müəssisələri tərk etməsi, müəssisələrdə uşaqlara xidmətin təşkili, həmçinin onların təminatı və yaşayış şəraiti ilə bağlı məsələləri müəyyən edir.

Əlavə 1 · Maddə 2.3

2.3.3
vəfat edən valideynin (valideynlərin) ölüm haqqında şəhadətnaməsinin surəti və ya bu barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələrinin arayışı, valideynin (valideynlərin) xəbərsiz itkin düşmüş, fəaliyyət qabiliyyəti olmayan və ya fəaliyyət qabiliyyəti məhdudlaşdırılanməhdud fəaliyyət qabiliyyətli şəxs hesab edilməsi, ölmüş elan olunması ilə bağlı məhkəmənin qanuni qüvvəyə minmiş qərarının surəti;
Hədəf akt 14 / 19
“Uşaqların dövlət və bələdiyyə tərəfindən yaradılan uşaq evləri sosial xidmət müəssisələrinə qəbulu, həmin müəssisələri tərk etməsi, uşaq evlərində xidmətin təşkili, həmçinin uşaq evlərində uşaqların təminatı və yaşayış şəraitinə dair Qaydalar”ın təsdiq edilməsi haqqında

Əlavə 1 · Maddə 1.1

1.1
Bu Qaydalar "Dövlət və bələdiyyə tərəfindən yaradılan uşaq evləri sosial xidmət müəssisələrinin Nümunəvi Nizamnaməsi"nin təsdiq edilməsi və "Uşaq evləri sosial xidmət müəssisələrinin Nümunəvi Nizamnaməsi"nin təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 22 may tarixli 194 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 iyul tarixli 273 nömrəli Qərarının 3-cü hissəsinin icrası ilə əlaqədar hazırlanmışdır və valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş 3 yaşından 18 yaşınadək uşaqların (bundan sonra – uşaqlar) dövlət və bələdiyyə tərəfindən yaradılan uşaq evləri sosial xidmət müəssisələrinə (bundan sonra – müəssisələr) qəbulu, həmin müəssisələri tərk etməsi, müəssisələrdə uşaqlara xidmətin təşkili, həmçinin onların təminatı və yaşayış şəraiti ilə bağlı məsələləri müəyyən edir.

Əlavə 1 · Maddə 2.1

2.1
Müəssisələrə "Valideynlərini itirmiş və valideynValideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş 3 yaşından 18 yaşınadək uşaqlar qəbul edilirlər.
2.1
Müəssisələrə "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş 3 yaşından 18 yaşınadək uşaqlar qəbul edilirlər.

Əlavə 1 · Maddə 2.3

2.3.3
vəfat edən valideynin (valideynlərin) ölüm haqqında şəhadətnaməsinin surəti və ya bu barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələrinin arayışı, valideynin (valideynlərin) xəbərsiz itkin düşmüş, fəaliyyət qabiliyyəti olmayan və ya fəaliyyət qabiliyyəti məhdudlaşdırılanməhdud fəaliyyət qabiliyyətli şəxs hesab edilməsi, ölmüş elan olunması ilə bağlı məhkəmənin qanuni qüvvəyə minmiş qərarının surəti;
2.3.2
xüsusi vəziyyətin elan edildiyi ərazi üzrə valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sayını müəyyənləşdirmək və onların müvəqqəti yerləşdirilməsini təşkil etmək;
Hədəf akt 15 / 19
“Fövqəladə hallarda, pandemiya və bu kimi xüsusi vəziyyətlərdə uşaqların təhsilə, sosial və digər xidmətlərə təhlükəsiz çıxışında bərabərliyin təmin edilməsi Qaydası”nın təsdiq edilməsi haqqında

Əlavə 1 · Maddə 2.3

2.3.2
xüsusi vəziyyətin elan edildiyi ərazi üzrə valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sayını müəyyənləşdirmək və onların müvəqqəti yerləşdirilməsini təşkil etmək;

Əlavə 1 · Maddə 5

3.1.2
tapılmış valideyn himayəsindən kənar qalmışməhrum olmuş uşaqların sosial xidmət müəssisəsinə yerləşdirilməsi üçün tədbirlər görür;
Hədəf akt 16 / 19
“Sağlamlıq imkanları məhdud olan şəxslərin təhsili üçün xüsusi təhsilin dövlət standartları”nın təsdiq edilməsi haqqında

Əlavə 1 · Maddə 2

7.37
İnternat tipli xüsusi ümumi təhsil məktəblərini, inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbini bitirən şagirdlərə istifadələrində olan paltar və ayaqqabını özləri ilə aparmalarına icazə verilir. İnternat tipli xüsusi ümumi təhsil məktəblərinin və inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbinin valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş məzunlarına "Valideynlərini itirmiş və valideynValideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsinin yaxşılaşdırılması tədbirləri haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 7 noyabr tarixli 179 nömrəli Qərarına uyğun olaraq birdəfəlik müavinət verilir.
Hədəf akt 17 / 19
“Sosial ödənişlərin təyin edilməsi, ödənilməsi, ödənişinin dayandırılması və sosial ödəniş işlərinin mühafizəsi Qaydası”nın təsdiq edilməsi haqqında

Əlavə 1 · Maddə 4.1

4.1.2
valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş səkkiz yaşınadək övladlığa və ya qəyyumluğa götürülmüş uşaqlar da daxil olmaqla beş və daha çox uşağı olan (uşaqların səkkiz yaşınadək sağ olması şərtilə) qadınlara yaş həddi 5 il azaldılmaqla yaşa görə müavinətin təyin edilməsi üçün:
4.1.4
valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş səkkiz yaşınadək övladlığa və ya qəyyumluğa götürülmüş uşaqlar da daxil olmaqla beş və daha çox uşağı və ya uşağı olan (uşaqların səkkiz yaşınadək sağ olması şərti ilə) kişilərə yaş həddi 5 il azaldılmaqla yaşa görə müavinətin təyin edilməsi üçün:
4.1.12.2
valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşağın (uşaqların) övladlığa götürülməsi ilə bağlı məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin surəti;

Maddə 2

2.1.8
valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların təhsilə cəlb edilməsi üzrə tədbirlər (Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi);
Hədəf akt 18 / 19
“Uşaq hüquqlarının həyata keçirilməsinin bütün sahələrdə təmin edilməsi vəziyyətinin monitorinqi üzrə meyarlar”ın təsdiq edilməsi haqqında

Maddə 2

5.1.8
valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar barədə aşağıdakı məlumatların toplanılması və təhlili:
5.1.9
qəyyumluğa (himayəyə), himayədar ailəyə verilmiş və övladlığa götürülmüş valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların ailədəki vəziyyəti, əqli, fiziki və psixoloji inkişaf səviyyəsinin yoxlanılması istiqamətində tədbirlərin görülməsi (Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, uşaq hüquqlarının müdafiəsi üzrə komissiyalar);
Hədəf akt 19 / 19
“Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 7 mart tarixli 151-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 1 aprel tarixli 359 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə

Maddə 5

5.2
2025-ci il aprelin 1-dək ümumi təhsil, peşə təhsili, orta iхtisas təhsili, ali təhsil müəssisələrini bitirmiş valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslərə münasibətdə "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsinin yaxşılaşdırılması tədbirləri haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 7 noyabr tarixli 179 nömrəli Qərarının 2-ci hissəsinin üçüncü abzasının bu dəyişiklikdən əvvəlki redaksiyası tətbiq olunur.

Bu sənəddəki digər dəyişikliklər

Aşağıdakı dəyişikliklər mənbə sənəddə var, lakin yuxarıdakı maddə-maddə izləmədə tam göstərilmir. Mənbədəki ifadəsi olduğu kimi verilir.

  • Söz/ifadə çıxarılırMaddə 25· avtomatik yerləşdirilə bilmədi

    Azərbaycan SSR Nazirlər Sovetinin 1983-cü il 14 oktyabr tarixli 418 nömrəli Qərarı ilə təsdiq edilmiş "Azərbaycan SSR ərazisində mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşları uçota götürməyin və yaşayış sahələrini bölüşdürməyin Nümunəvi Qaydaları"nın 25-ci bəndinin "b" yarımbəndindən "valideynlərini itirmiş və" sözləri çıxarılsın.

  • Söz/ifadə çıxarılırƏlavə 1 · Maddə 8· avtomatik yerləşdirilə bilmədi

    Azərbaycan SSR Nazirlər Sovetinin 1983-cü il 14 oktyabr tarixli 418 nömrəli Qərarı ilə təsdiq edilmiş "Azərbaycan SSR ərazisində mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşları uçota götürməyin və yaşayış sahələrini bölüşdürməyin Nümunəvi Qaydaları"nın 25-ci bəndinin "b" yarımbəndindən "valideynlərini itirmiş və" sözləri çıxarılsın.

  • Əvəz edilir· avtomatik yerləşdirilə bilmədi

    adında və preambulada "Valideynlərini itirmiş və valideyn" sözləri "Valideyn" sözü ilə əvəz edilsin;

  • Əvəz edilirMaddə 1Bu dəyişikliyin mətnə tətbiqi yoxlanılır

    1-ci hissədə "Valideynlərini itirmiş və valideyn" sözləri "Valideyn" sözü ilə əvəz edilsin və həmin hissədən "valideynlərini itirmiş və" sözləri çıxarılsın;

  • Söz/ifadə çıxarılır· avtomatik yerləşdirilə bilmədi

    adından və 1-ci hissədən "valideynlərini itirmiş və" sözləri çıxarılsın;

  • Ləğv edilir· avtomatik yerləşdirilə bilmədi

    həmin Qərarla təsdiq edilmiş "İkinci Dünya müharibəsi iştirakçılarının, şəhid ailələrinin, Çernobıl AES-də qəzanın nəticələrinin köçürmə zonasında ləğv edilməsinin iştirakçılarının, eləcə də köçürülmə günü ana bətnində olan uşaqlar da daxil olmaqla, uzaqlaşdırma və köçürmə zonalarından köçürülmüş uşaqların, habelə 1986-cı il aprelin 26-dan sonra doğulmuş və Çernobıl AES-də qəzanın nəticələrinin ləğv edilməsinin iştirakçısı olmuş, yaxud Çernobıl qəzası nəticəsində zərər çəkmiş və birbaşa radioaktiv şüalanmaya məruz qalmaq ehtimalı olmuş valideynlərin birindən olan uşaqların, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların, fövqəladə hallarda insanların xilas edilməsində və tibbi yardım göstərilməsində iştirak edərkən ziyan çəkmiş vətəndaşların sanatoriya-kurort müalicəsi ilə təmin edilməsi Qaydaları"nın adından və 1-ci hissəsindən "valideynlərini itirmiş və" sözləri çıxarılsın.

  • Söz/ifadə çıxarılırƏlavə 1 · Maddə 3 · 15.2-cü hissəBu dəyişikliyin mətnə tətbiqi yoxlanılır

    15.2-ci bəndin ikinci cümləsindən "valideynlərini itirmiş və" sözləri çıxarılsın və həmin bənddə "Valideynlərini itirmiş və valideyn" sözləri "Valideyn" sözü ilə əvəz edilsin;

  • Əvəz edilirƏlavə 1×2Bu dəyişikliyin mətnə tətbiqi yoxlanılır

    2.4-cü və 3.3-cü bəndlərin adında "Valideynlərini itirmiş və valideyn" sözləri "Valideyn" sözü ilə əvəz edilsin;

  • Əvəz edilirƏlavə 1 · Maddə 3.4· avtomatik yerləşdirilə bilmədi

    birinci cümlədə "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar onlar üçün müəssisələrdə, yəni onların saxlanıldığı, təhsil və (və ya) tərbiyə aldığı təhsil müəssisələrində, ailə tipli uşaq evlərində, sosial xidmət müəssisələrində (uşaq evləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün internatlar, sosial-reabilitasiya yardım mərkəzləri, sosial sığınacaqlar), tibb müəssisələrində və qanunvericiliklə" sözləri "Valideyn himayəsindən məhrum olmuş uşaqlar onlar üçün müəssisələrdə, yəni onların saxlanıldığı və təhsil aldığı təhsil müəssisələrində, sosial xidmət müəssisələrində (uşaq evləri, ailə tipli kiçik qrup evləri, əlilliyi olan uşaqlar üçün internat evləri, yetkinlik yaşına çatmayanlar üçün ixtisaslaşdırılmış sosial reabilitasiya müəssisələri), səhiyyə sistemi müəssisələrində və normativ hüquqi aktlarla" sözləri ilə əvəz edilsin;

  • Söz/ifadə çıxarılır· avtomatik yerləşdirilə bilmədi

    ikinci cümlədən (hər iki halda) "valideynlərini itirmiş və" sözləri çıxarılsın.

  • Söz/ifadə çıxarılırMaddə 2· avtomatik yerləşdirilə bilmədi

    həmin Qərarla təsdiq edilmiş "Azərbaycan Respublikasının büdcə xərclərinin funksional təsnifatına əlavə"nin "6.1.4. "Qəyyumluq" paraqrafının ikinci abzasından, "6.2.3. "Uşaq evləri" paraqrafından və "6.2.5. "Əmək və əhalinin sosial müdafiəsi tədbirləri" paraqrafından "valideynlərini itirmiş və" sözləri çıxarılsın;

  • Söz/ifadə çıxarılır

    həmin Qərarla təsdiq edilmiş "Azərbaycan Respublikasının büdcə xərclərinin iqtisadi təsnifatı"nın "272350. "Qəyyumluğa görə müavinət" maddəsindən "valideynlərini itirmiş və" sözləri çıxarılsın.

  • Söz/ifadə çıxarılırƏlavə 1 · Maddə 2 · 7.37-cü hissə· avtomatik yerləşdirilə bilmədi

    Azərbaycan SSR Nazirlər Sovetinin 1983-cü il 14 oktyabr tarixli 418 nömrəli Qərarı ilə təsdiq edilmiş "Azərbaycan SSR ərazisində mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşları uçota götürməyin və yaşayış sahələrini bölüşdürməyin Nümunəvi Qaydaları"nın 25-ci bəndinin "b" yarımbəndindən "valideynlərini itirmiş və" sözləri çıxarılsın.

  • Söz/ifadə çıxarılırMaddə 2 · 2.1-cü hissə · 2.1.8-ci bənd×2· avtomatik yerləşdirilə bilmədi

    Azərbaycan SSR Nazirlər Sovetinin 1983-cü il 14 oktyabr tarixli 418 nömrəli Qərarı ilə təsdiq edilmiş "Azərbaycan SSR ərazisində mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşları uçota götürməyin və yaşayış sahələrini bölüşdürməyin Nümunəvi Qaydaları"nın 25-ci bəndinin "b" yarımbəndindən "valideynlərini itirmiş və" sözləri çıxarılsın.

  • Söz/ifadə çıxarılırMaddə 5 · 5.1-cü hissə· avtomatik yerləşdirilə bilmədi

    5.1-ci bənddən "valideynlərini itirmiş və" sözləri çıxarılsın;

  • Əvəz edilirMaddə 5 · 5.2-cü hissə· avtomatik yerləşdirilə bilmədi

    5.2-ci bənddən "valideynlərini itirmiş və" sözləri çıxarılsın və həmin bənddə "Valideynlərini itirmiş və valideyn" sözləri "Valideyn" sözü ilə əvəz edilsin.

  • Əvəz edilirMaddə 3

    2-ci hissənin ikinci, üçüncü və dördüncü abzaslarından "valideynlərini itirmiş və" sözləri çıxarılsın və həmin hissənin birinci və üçüncü abzaslarında "Valideynlərini itirmiş və valideyn" sözləri "Valideyn" sözü ilə əvəz edilsin.

Əvvəlki yenilik
“Məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə modelinin tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 19 iyun tarixli 691 nömrəli Fərmanının icrasının təmin edilməsi barədə
Növbəti yenilik
“Avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşımaları həyata keçirən daşıyıcılarla bağlanılan avtomobil nəqliyyatı xidməti haqqında müqavilənin şərtləri”nin təsdiq edilməsi barədə