QANUNÇU
ƏSAS
  • İcmal
  • Yeniliklər
  • Saxlanmışlar
  • İzlənən sahələr
  • Axtarış
SƏNƏDLƏR
  • Məcəllələr
  • Qanunlar
  • Parametrlər
  • Çıxış
QANUNÇU
ƏSAS
  • İcmal
  • Yeniliklər
  • Saxlanmışlar
  • İzlənən sahələr
  • Axtarış
SƏNƏDLƏR
  • Məcəllələr
  • Qanunlar
  • Parametrlər
  • Çıxış
Daxil olQeydiyyat
YeniliklərDəyişiklik
Rəsmi mənbə

“Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 31 oktyabr tarixli 280-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 28 noyabr tarixli 539 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə

AktivNöv: Qərar·Nömrə: №199·Qəbul edən orqan: Nazirlər Kabineti·Dərc tarixi: 25 iyun 2026
0Əlavə edilib1Silinib25Dəyişdirilib
XülasəAI

Bu fərman avtomobil nəqliyyatı ilə bağlı bir sıra qanun və qərarnamelərə dəyişikliklər tətbiq edir. Əsas dəyişikliklər yük daşıması sənədlərində e-CMR (elektron CMR) istifadəsinə icazə verilməsi, "dayanacaq" termininin "dayanacaq məntəqəsi" ilə əvəz edilməsi, və Bakı Nəqliyyat Agentliyinin yerini Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin almasıdır. Dəyişikliklər 25 iyun 2026-cı il tarixində qüvvəyə minir və nəqliyyat operatorları, sürücülər, yükgöndərənlər və şəhər planlaması üzrə mütəxəssislərini əsasən təsir edir.

26 dəyişiklikdən 25-si maddə-maddə izlənir, 1-si mətn halında göstərilir.

Hədəf akt 1 / 7
Avtomobil yollarının layihələşdirilməsi, tikintisi, yenidən qurulması, təmiri və avtomobil yollarının qəbul edilməsi zamanı müayinənin, yoxlamanın və sınağın keçirilməsi Qaydalarının təsdiq edilməsi haqqında

Əlavə 1 · Maddə 3

1.14
Avtomobil yollarının layihələndirilməsi zamanı müvafiq yol-nəqliyyat xidməti bina və qurğularının (kompleks bina və qurğular, qurğulara xidmət və gözətçi binaları, avtovağzal və dispetçer məntəqələri, avtobus dayanacaqlarıdayanacaq məntəqələri və pavilyonlar, motellər, istirahət meydançaları, avtomobillər üçün duracaqlar, yeməkxanalar, ticarət obyektləri, yanacaqdoldurma məntəqələri, texniki xidmət stansiyaları, baxış qurğuları, qəza xidməti üçün rabitə qurğuları və s.) tikilməsi nəzərdə tutulmalıdır.
2.4
İşıqsaçan yol örtükləri piyada keçidlərində, avtobus dayanacaqlarındadayanacaq məntəqələrində, sürət keçid zolaqlarında, yoxuşlarda, əlavə zolaqlarda, avtomobillərin dayanması üçün nəzərdə tutulan zolaqlarda, tunellərin içərisində və yolüstü körpülərin altında yerləşən hərəkət hissəsində, dəmir yol keçidlərində, kiçik körpülərdə və başqa manelər olan yerlərdə tətbiq edilməlidir.
2.5
Avtomobil yollarının stasionar işıqlandırılması yaşayış məntəqələrində, yaxınlıqda mövcud elektrik paylayıcı xətt olduqda böyük körpülərdə, avtobus dayanacaqlarındadayanacaq məntəqələrində, Ivə II dərəcəli avtomobil yollarının öz aralarında və dəmir yolu ilə kəsişmə yerlərində, bütün yol birləşmələrində və kəsişmələrində və onlara giriş yollarında (250 metr məsafədən az olmayaraq), dairəvi yol kəsişmələrində və böyük sənaye müəssisələrinə giriş avtomobil yollarında texniki-iqtisadi əsaslandırmaya əsasən nəzərdə tutulmalıdır.

Əlavə 1 · Maddə 6

3.5
Mövcud elektrik paylayıcı şəbəkəsindən istifadə etmək mümkün olduqda isə böyük körpülər, avtobus dayanacaqlarıdayanacaq məntəqələri, Ivə II dərəcəli yolların bir-biri ilə və dəmir yolu ilə kəsişdiyi sahələr, bunlara yanaşmalar ən azı 250 metr məsafədə işıqlandırılmalıdır.
Hədəf akt 2 / 7
“Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları”nın təsdiq edilməsi haqqında

Əlavə 1 · Maddə 1.2

1.2.13
marşrut – müəyyən edilmiş dayanacaqlar və məntəqələr arasındabaşlanğıc və təyinat məntəqələri arasında müəyyən edilmiş dayanacaq məntəqələri ilə sərnişin avtonəqliyyat vasitəsinin hərəkət etdiyi yol;

Əlavə 1 · Maddə 1.4

1.4.1
hərəkətin adi rejimi – avtobusların aralıq məntəqələrdə yerləşən dayanacaqlardadayanacaq məntəqələrində hökmən dayanmasını nəzərdə tutan rejim;

Əlavə 1 · Maddə 4.4

4.4
Marşrutun hər bir sahəsində sərnişin avtonəqliyyat vasitəsinin orta sürəti hesablanır, dayanacaqlarındayanacaq məntəqələri arasında olan məsafənin uzunluğu və reysdə olma müddəti işlənib hazırlanır. Əhalinin tələbatı nəzərə alınaraq marşrutun başlanğıc və sonuncu məntəqələrindən yola düşmənin daha məqsədəuyğun və münasib vaxt müəyyən edilərək, hərəkət cədvəlləri və marşrut sxemləri tərtib edilir.

Əlavə 1 · Maddə 4.28

4.28
Sürücü sərnişinlərin dayanacaqda minib-düşməsi başa çatdıqdan və yalnız qapıları bağladıqdan sonra avtobusu hərəkətə gətirməli, dayanacaqlarıdayanacaq məntəqələrini aydın və düzgün elan etməli, marşrut üzrə hərəkətin istiqaməti dəyişdikdə isə hər bir dayanacaq məntəqəsində bu barədə elan etməlidir.

Əlavə 1 · Maddə 7.7

7.7
Marşrutun, avtobusların hərəkət cədvəlinin və dayanacaq yerlərinindayanacaq məntəqələrinin dəyişdirilməsi, habelə marşrutun bağlanması ərazisindən marşrutun keçdiyi dövlətlərin səlahiyyətli orqanları ilə qabaqcadan razılaşdırıldıqdan sonra həyata keçirilir.

Əlavə 1 · Maddə 12.1

12.1.3
daşıyıcının sərnişini daşımaqdan imtina etmək hüququ olduğu hallarda, həmin sərnişinin gedişinə icazə verməmək və ya sərnişinin yaxın dayanacaqdadayanacaq məntəqəsində avtonəqliyyat vasitəsini tərk etməsi üçün zəruri tədbirlər görmək;

Əlavə 1 · Maddə 12.2

12.2.20
dayanacaqlarıdayanacaq məntəqələrini, şəhərlərarası (rayonlararası) və beynəlxalq daşımalarda isə dayanma müddətini elan etmək, habelə hərəkətin marşrutunda dəyişikliklərin edilməsi haqqında hər bir dayanacaq məntəqəsində sərnişinlərə məlumat vermək;

Əlavə 1 · Maddə 8.2-1

8.2-1.2
müntəzəm marşrutlar üçün müəyyən edilmiş dayanacaqlardadayanacaq məntəqələrində sərnişinləri mindirmək və düşürmək.

Əlavə 1 · Maddə 10.2

10.2.9
sərnişin avtonəqliyyat vasitəsinin hökmən tələb edilməyən dayanacaqlardadayanacaq məntəqələrində dayandırılmasının zəruriliyi barədə sürücünü əvvəlcədən xəbərdar etmək;
Hədəf akt 3 / 7
“Avtomobil nəqliyyatı ilə yüklərin daşınması Qaydaları”nın təsdiq edilməsi haqqında

Əlavə 1 · Maddə 38.2

38.2
Yükgöndərənin, daşıyıcının və yükalanın CMR-əvə ya e-CMR-ə hər hansı bir məlumatı daxil etmək hüquqları vardır.

Əlavə 1 · Maddə 38.3

38.3
Daşıyıcı yükü qəbul edərkən CMR-dəvə ya e-CMR￾də olan yük yerlərinin sayı, onların markalanması və nömrələnməsi, həmçinin yükün və onun qablaşdırılmasının xarici vəziyyətinə aid məlumatları yoxlamalıdır.

Əlavə 1 · Maddə 38.6

38.6
Daşıma bir neçə daşıyıcı tərəfindən yerinə yetirilərkən, CMRvə ya e-CMR daşıma müqaviləsinin bağlanmasını təsdiq edən, mübahisə edilməyən sübutdur.

Əlavə 1 · Maddə 38.7

38.7
Yükgöndərən CMR-əvə ya e-CMR-ə bütün zəruri sənədləri əlavə etməlidir.

Əlavə 1 · Maddə 38.9

38.9
Bu zaman yükgöndərən CMR-dəvə ya e-CMR-də müvafiq qeydlər aparmalıdır.

Əlavə 1 · Maddə 38.11

38.11
Yükün təhvil verilmə yerinə gəlib çatmasınadək hər hansı bir səbəbdən daşıma müqaviləsini CMR-dəvə ya e-CMR-də göstərilən şərtlərlə yerinə yetirmək mümkün olmadıqda, daşıyıcı bu barədə yükgöndərəni və ya yükalanı məlumatlandırmalıdır. Daşıyıcı CMR-də nəzərdə tutulan şərtlərlə daşımanın yerinə yetirilməsinə şərait imkan vermədikdə və sifarişçidən ağlabatan müddətdə göstərişlər ala bilmədikdə, qanunvericiliklə müəyyən olunmuş qaydalara riayət etməklə sifarişçinin maraqlarına uyğun daha çox əlverişli olan tədbirləri görməlidir.
38.11
və ya e-CMR-də

Əlavə 1 · Maddə 38.14

38.14
CMR-dəvə ya e-CMR￾də müəyyən edilən şərtlərlə yükün təhvil verilmə yerinə gəlib çatması mümkün olmadıqda, daşıyıcı qanunvericiliklə müəyyən olunmuş qaydalara riayət etməklə, yükü xüsusi və ya kirayə edilmiş anbarda saxlaya bilər.
Hədəf akt 4 / 7
“Reklam qurğularının yol kənarında yerləşdirilməsi Standartları”nın təsdiq edilməsi barədə

Əlavə 1 · Maddə 3.1

3.1.8
yaşayış məntəqələrindən kənarda ümumi istifadədə olan müntəzəm sərnişin nəqliyyat vasitələrinin dayanacaqlarındandaşımalarını yerinə yetirən avtomobil nəqliyyatının dayanacaq məntəqələrinə 25 metrdən, yaşayış məntəqələrində isə 15 metrdən daha yaxın məsafədə;
Hədəf akt 5 / 7
“Bakı şəhərində sərnişindaşımada istifadə olunan avtobusların və taksi minik avtomobillərinin sürücülərinə, sərnişindaşıma fəaliyyətini həyata keçirən daşıyıcılara, nəqliyyat mübadilə mərkəzlərinə, avtobuslar üçün dayanacaq məntəqələrinə və taksi minik avtomobilləri üçün duracaq yerlərinə dair Tələblər”in təsdiq edilməsi haqqında

Əlavə 1 · Maddə 5.4

5.4.1
Hər bir avtobus dayanacaq məntəqəsi Bakı Nəqliyyat AgentliyiAzərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən aparılan vahid reyestrdə qeydə alınır. Reyestrdə dayanacaq məntəqəsinin adı, ünvanı, texniki göstəriciləri və başqa zəruri məlumatlar qeyd edilir.
Hədəf akt 6 / 7
“Şəhərdaxili hərəkət (mobillik) planının hazırlanması Qaydası”nın təsdiq edilməsi haqqında

Əlavə 1 · Maddə 4.1

4.1.7
şəhər ərazisində ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanacaqlarınınmüntəzəm sərnişin daşımalarını yerinə yetirən avtomobil nəqliyyatı üçün dayanacaq məntəqələrinin, taksi duracaqlarının və optimallaşdırılması;
Hədəf akt 7 / 7
“Kiçik elektrik nəqliyyat vasitələri üçün parklanma yerlərinin müəyyən edilməsi, parklanma yerlərinə dair tələblər və onlardan istifadə qaydaları, habelə kiçik elektrik nəqliyyat vasitələri operatorlarının kiçik elektrik nəqliyyat vasitələrinin ərazi (zona) üzrə say hədləri”nin təsdiq edilməsi haqqında

Əlavə 1 · Maddə 2.2

2.2.2
nəqliyyat infrastrukturu obyektlərinin (metro və dəmiryol stansiyaları, avtobus dayanacaqlarımüntəzəm sərnişin daşımalarını yerinə yetirən avtomobil nəqliyyatı üçün dayanacaq məntəqələri, nəqliyyat mübadilə məntəqələri) mövcudluğu;

Bu sənəddəki digər dəyişikliklər

Aşağıdakı dəyişikliklər mənbə sənəddə var, lakin yuxarıdakı maddə-maddə izləmədə tam göstərilmir. Mənbədəki ifadəsi olduğu kimi verilir.

  • Ləğv edilir

    "Bakı şəhəri sərnişin nəqliyyatının işinin daha da təkmilləşdirilməsi və onun maddi-texniki bazasının möhkəmləndirilməsi tədbirləri haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 8 iyul tarixli 388 nömrəli Qərarının (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 3 noyabr tarixli 601 nömrəli Qərarı; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Cild I) 1-ci hissəsinin z) bəndi ləğv edilsin.

  • Müddəa əlavə olunur· avtomatik yerləşdirilə bilmədi

    38-ci hissənin adına "qaiməsinin" sözündən sonra "və ya elektron əmtəə-nəqliyyat qaiməsinin" sözləri əlavə edilsin;

  • Müddəa əlavə olunurƏlavə 1 · Maddə 38.1· avtomatik yerləşdirilə bilmədi

    38.1-ci bəndin birinci cümləsinə "üç nüsxədə," sözlərindən sonra "beynəlxalq nümunəli elektron əmtəə-nəqliyyat qaiməsi (bundan sonra — e-CMR) Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin "AYNA" informasiya sistemində yaradılmış "e-CMR" altsistemində" sözləri əlavə edilsin, həmin bəndə aşağıdakı məzmunda dördüncü və beşinci cümlələr əlavə edilsin: "Daşıyıcı daşıma başlanan anadək informasiya sistemində e-CMR-i təsdiq etməlidir. Daşıyıcı tərəfindən e-CMR-in təsdiq olunmaması həmin e-CMR-in rəsmiləşdirilməməsi hesab olunur.";

  • Müddəa əlavə olunur· avtomatik yerləşdirilə bilmədi

    həmin Qaydaya 1 nömrəli əlavə — "Avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımaları fəaliyyətinin operatorunun məsul şəxslərinin peşəkarlıq səriştəsinə dair Proqram"ın 6.1-ci bəndinin "Mövzuların adı" sütununa "qaiməsinin (CMR)" sözlərindən sonra "və elektron əmtəə-nəqliyyat qaiməsinin" sözləri əlavə edilsin;

  • Müddəa əlavə olunur· avtomatik yerləşdirilə bilmədi

    həmin Qaydaya 2 nömrəli əlavə — "Avtomobil nəqliyyatı ilə beynəlxalq yük daşımalarını həyata keçirən sürücülərin peşəkarlıq səriştəsinə dair Proqram"ın 5.1-ci bəndinin "Mövzuların adı və tədris sualları" sütununa (hər iki halda) "qaiməsinin (CMR)" sözlərindən sonra "və elektron əmtəə-nəqliyyat qaiməsinin" sözləri əlavə edilsin.

Əvvəlki yenilik
“Azərbaycan Respublikası Hökuməti ilə Ekvador Respublikası Hökuməti arasında diplomatik, rəsmi və xidməti pasport sahiblərinin viza tələblərindən azad edilməsi haqqında Saziş”in təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu
Növbəti yenilik
“Üfüqi monitorinqə qəbul edilən vergi ödəyiciləri tərəfindən daxili nəzarət sisteminin qurulması və mümkün vergi riskləri barədə məlumatın, həmin risklərə nəzarət prosedurunun vergi orqanına təqdim edilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında