1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 24 dekabr tarixli 318 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 12, maddə 1382 (Cild I); 2024 № 9 maddə 1049) ilə təsdiq edilmiş "Ünvan Reyestri İnformasiya Sistemi ilə inteqrasiya olunacaq digər dövlət orqanlarının informasiya sistemlərinin dairəsi"nə aşağıdakı məzmunda 39-cu hissə əlavə edilsin:
39. Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Mərkəzləşdirilmiş İnformasiya və Rəqəmsal Analitika Sistemi Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti
2. "Lisenziya və ya icazə verən orqanların lisenziya və ya icazənin, onun dublikatının və əlavəsinin verilməsinin, yenidən rəsmiləşdirilməsinin, dayandırılmasının, bərpasının və ya ləğvinin "Lisenziyalar və icazələr" portalı vasitəsilə həyata keçirilməsini təmin etmək üçün son müddətlər"in, "Lisenziyalar və icazələr" portalına inteqrasiya edilməli olan informasiya sistemlərinin siyahısı və həmin informasiya sistemlərinin portala inteqrasiyası üçün son müddətlər"in və "İnformasiya sistemlərinin "Lisenziyalar və icazələr" portalına inteqrasiyası üçün texniki tələblər"in təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il
29 dekabr tarixli 615 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 12 (II kitab), maddə 2560 (Cild I); 2025, № 2, maddə 196, № 9, maddə 877; 2026, № 1, maddə 93) aşağıdakı dəyişikliklər edilsin:
2.1. həmin Qərarla təsdiq edilmiş 1 nömrəli əlavə - "Lisenziya və ya icazə verən orqanların lisenziya və ya icazənin, onun dublikatının və əlavəsinin verilməsinin, yenidən rəsmiləşdirilməsinin, dayandırılmasının, bərpasının və ya ləğvinin "Lisenziyalar və icazələr" portalı vasitəsilə həyata keçirilməsini təmin etmək üçün son müddətlər"in 18-ci hissəsinin "Son müddət" sütununda "1 mart 2018-ci il" sözləri "2026- cı il" sözləri ilə əvəz edilsin;
2.2. həmin Qərarla təsdiq edilmiş 2 nömrəli əlavə - "Lisenziyalar və icazələr" portalına inteqrasiya edilməli olan informasiya sistemlərinin siyahısı və həmin informasiya sistemlərinin portala inteqrasiyası üçün son müddətlər"ə aşağıdakı məzmunda 14-cü hissə əlavə edilsin:
14. Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti üzrə
14.1. Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Mərkəzləşdirilmiş İnformasiya və Rəqəmsal Analitika Sistemi Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən verilən lisenziya və icazələr barədə məlumatlar 2026-cı il
3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 30 oktyabr tarixli 323 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025, № 10, maddə 1000) ilə təsdiq edilmiş "Yüksəkixtisaslı miqrant" portalına inteqrasiya olunacaq informasiya sistemlərinin siyahısı"na aşağıdakı məzmunda 2-ci hissə əlavə edilsin:
2. Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Mərkəzləşdirilmiş İnformasiya və Rəqəmsal Analitika Sistemi