Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 11 aprel tarixli 107 nömrəli Qərarı ilə təsdiq edilmiş “Aviasiya personalına şəhadətnamələrin, vəsiqələrin və ya sertifikatların verilməsi və digər dövlətdə verilmiş analoji sənədlərin tanınması Qaydaları”nda dəyişiklik edilməsi haqqında · Qanunçu · Qanunçu
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 11 aprel tarixli 107 nömrəli Qərarı ilə təsdiq edilmiş “Aviasiya personalına şəhadətnamələrin,…
AktivNöv: Qərar·Qəbul edən orqan: Nazirlər Kabineti·Dərc tarixi: 2 Jun 2026
XülasəAI
Aviasiya personalının sertifikatlarının tanınması qaydalarında dəyişiklik edildi. Digər ölkələrdən verilmiş sertifikatların Azərbaycana çevrilməsi prosesi sadələşdirildi və sertifikat tələbləri yenidən düzənləndi. Bu dəyişikliklər 2 iyun 2026-cı ildən qüvvəyə minir.
Ərizəçinin müraciəti əsasında və bu Qaydalarda nəzərdə tutulmuş şəhadətnamə tələblərinə uyğun olduqda Agentlik ərizəçinin digər üzv dövlət tərəfindən verilmiş şəhadətnaməsini Azərbaycan Respublikasının aviasiya personalına məxsus şəhadətnaməyə konvertasiya etmək hüququna malikdir.32.1. Ərizəçinin müraciəti əsasında Agentlik onun digər üzv dövlət tərəfindən verilmiş şəhadətnaməsini Konvensiya, Konvensiyaya 1 nömrəli Əlavə və "Doc 9379, dövlətin aviasiya personalının sertifikatlaşdırma sisteminin yaradılması və idarə olunması üzrə prosedurlara dair vəsait" sənədinin tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının aviasiya personalına məxsus şəhadətnaməyə konvertasiya etmək hüququna malikdir
32.3
Çıxarılır
Konvertasiyanın edilməsi üçün üzv dövlət tərəfindən verilmiş şəhadətnamədə ən azı bir ixtisas qeydi mövcud olmalıdır. Şəhadətnaməyə əlavə edilmiş qüvvədə olan ixtisas qeydləri mövcud tələblərə cavab vermədikdə yeni şəhadətnaməyə əlavə edilir. Konvertasiya prosesində Agentlik ərizəçidən mövcud şəhadətnaməsinə uyğun olaraq əlavə təlim və ya imtahanlardan keçməyi tələb etmək hüququna malikdir.
32.4
Yeni bənd
32.4. Konvertasiya prosesində Agentlik ərizəçidən onun mövcud şəhadətnaməsinə uyğun olaraq əlavə təlim və ya imtahanlardan keçməyi tələb etmək hüququna malikdir