Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 15 dekabr tarixli 230 nömrəli Qərarında dəyişikliklər edilərək, İxrac Nəzarəti haqqında Qanunun tətbiqinə dair normativ aktlar yenidən təsdiq olunur. Bu dəyişikliklər ixrac prosesində nəzarət mexanizmini və tətbiq qaydalarını müasirləşdirərək, gömrük sahəsində fəaliyyət göstərən şirkətlər və dövlət qurumlarını əhatə edir. Dəyişikliklər 2026-cı il mayın 26-dan qüvvəyə minir.
9 dəyişiklikdən 9-si maddə-maddə izlənir.
Durğu işarəsi düzəlişi: «.» → «;»
Aşağıdakı dəyişikliklər mənbə sənəddə var, lakin yuxarıdakı maddə-maddə izləmədə tam göstərilmir. Mənbədəki ifadəsi olduğu kimi verilir.
2.1.1-ci yarımbəndin ikinci abzası aşağıdakı redaksiyada verilsin: "hüquqi şəxslər üçün - hüquqi şəxsin adı, hüquqi ünvanı, təsisçilərinin (fiziki şəxs olduqda), benefisiar mülkiyyətçilərinin, qanuni təmsilçisinin soyadı, adı, atasının adı (olduğu təqdirdə), doğum tarixi, fərdi identifikasiya nömrəsi və ya şəxsiyyətini təsdiq edən sənədin nömrəsi, təsisçilərinin (hüquqi şəxs olduqda) adı, olduğu yer, habelə xüsusi icazənin alınması ilə həyata keçirilən xarici iqtisadi əməliyyatın növü;";
6.3.7-ci yarımbəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 6.3.8-ci yarımbənd əlavə edilsin: "6.3.8. sifarişçi, sifarişçi hüquqi şəxs olduqda onun təsisçiləri, benefisiar mülkiyyətçiləri, habelə qanuni təmsilçiləri "Hədəfli maliyyə sanksiyaları haqqında" Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sanksiya tətbiq edilməli fiziki şəxslər və qurumların siyahısına daxil edildikdə.".