QANUNÇU
ƏSAS
  • İcmal
  • Yeniliklər
  • Saxlanmışlar
  • İzlənən sahələr
  • Axtarış
SƏNƏDLƏR
  • Məcəllələr
  • Qanunlar
  • Parametrlər
  • Çıxış
QANUNÇU
ƏSAS
  • İcmal
  • Yeniliklər
  • Saxlanmışlar
  • İzlənən sahələr
  • Axtarış
SƏNƏDLƏR
  • Məcəllələr
  • Qanunlar
  • Parametrlər
  • Çıxış
Daxil olQeydiyyat
YeniliklərDəyişiklik
Rəsmi mənbə

“Elektron icra” informasiya sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 12 oktyabr tarixli 306 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında

AktivNöv: Qərar·Nömrə: №137·Qəbul edən orqan: Nazirlər Kabineti·Dərc tarixi: 8 may 2026
3Əlavə edilib0Silinib9Dəyişdirilib
XülasəAI

Elektron icra sistemi haqqında Əsasnamə dəyişdirildi. Məlumat sistemi iştirakçılarının iş yerlərində istifadə etdikləri kompüter, çap qurğusu, veb-kamera və digər texniki vasitələrin mühafizəsi ilə bağlı qaydalar yenidən tərtib edildi. Dəyişikliklər 2023-cü il oktyabrdan etibarən qüvvəyə minib.

12 dəyişiklikdən 12-si maddə-maddə izlənir.

Hədəf akt 1 / 2
Dövlət orqanlarında (qurumlarında) normayaratma fəaliyyətinin təkmilləşdirilməsi və bundan irəli gələn bir sıra məsələlərin tənzimlənməsi haqqında

Maddə 4

4
Müəyyən edilsin ki:4. Bu Qərarda dəyişiklik Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 6 oktyabr tarixli 2328 nömrəli Fərmanı ilə təsdiq edilmiş "İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının layihələrinin hazırlanması, razılaşdırılması, qəbul edilməsi və dərc edilməsi qaydası haqqında Əsasnamə"nin 3.5-ci bəndinə uyğun edilə bilər.

Əlavə 1 · Maddə 6.1

6.1.1-1
Yeni bənd
6.1.1-1. informasiya ehtiyatları və sistemləri mövcud olmayan dövlət orqanları (qurumları) və bələdiyyələr üçün informasiya sistemində yaradılmış elektron kabinetlərdə həmin dövlət orqanları (qurumları) və bələdiyyələr tərəfindən yerləşdirilmiş icra sənədlərinin qəbul edilməsi;";
6.1.16
Yeni bənd
icra sənədləri üzrə tələbin borclunun bank və digər kredit təşkilatlarında, elektron pul təşkilatlarında olan pul vəsaitlərinə icra sənədinin icrası üçün lazım olan miqdarda və həcmdə yönəldilməsi barədə icra məmurunun qərarının ötürülməsi, habelə bu qərarın bank və digər kredit təşkilatları, elektron pul təşkilatları tərəfindən qəbulu və icrasının nəticəsi barədə məlumatın ötürülməsi.
6.1.11-1
Yeni bənd
"6.1.11-1. "İcra haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarda icra hərəkətlərinə dair bildirişin borclunun adına qeydə alınmış mobil telefon nömrəsinə (nömrələrinə) SMS-lə göndərilməsi
Hədəf akt 2 / 2
"Elektron icra” informasiya sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə

Maddə 4

2.1.1
istifadəçi – normativ hüquqi aktlarla müəyyən edilmiş qaydada müvafiq informasiya ehtiyatından informasiya əldəetmə və ya informasiyadan istifadə hüququ verilmiş dövlət və yerli özünüidarəetmə orqanlarıorqanları (qurumları) və bələdiyyələr, hüquqi və fiziki şəxslər;
11.1
Məlumat-axtarış işinin operativliyini və səmərəliliyini artırmaq məqsədilə informasiya sistemi Azərbaycan Respublikası Vergi Məcəlləsinin, "Dövlət sirri haqqında", "Fərdi məlumatlar haqqında", "Banklar haqqında, Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında" və "Kommersiya sirri haqqında" Azərbaycan Respublikası qanunlarının tələbləri nəzərə alınmaqla, digər dövlət informasiya sistemləri ilə əlaqəli fəaliyyət göstərir.
11.3.4
borclu şəxslərinborclunun, borclu hüquqi şəxsin icra orqanının rəhbərinin axtarışına dair məlumatlar;
11.3.9
borclu hüquqi və fiziki şəxslərin vergi ödəyicisi kimi uçotda olmasına, fəaliyyət sahəsinə, ünvanlarına, hüquqi şəxsinborclu hüquqi şəxsin icra orqanının rəhbərinə dair məlumatlar;
11.3.11
icra sənədlərinin məcburi icraya yönəldilməsi ilə əlaqədar borcluların banklarda və digər kredit təşkilatlarında, elektron pul təşkilatlarında saxlancda əmlakının və hesabının mövcudluğu, habelə hesab üzrə qalıqlar barədə məlumatlar (hesabın nömrəsi, hesabın növü, hesabdakı vəsaitin miqdarı);
11.3.11
icra sənədlərinin məcburi icraya yönəldilməsi ilə əlaqədar borcluların banklarda və digər kredit təşkilatlarında saxlancda əmlakının və hesabının, hesabının və vəsaitinin mövcudluğu, habelə hesab üzrə qalıqlar barədə məlumatlar (hesabın nömrəsi, hesabın növü, hesabdakı vəsaitin miqdarı);
11.3.30
"Elektron məhkəmə" informasiya sistemindən icra vərəqələri və məhkəmə əmrlərivə borclu fiziki şəxsin, borclu hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmə qərardadları.
11.3.5
borclu şəxslərinborclunun, borclu hüquqi şəxsin icra orqanının rəhbərinin sərhəd keçməsinə dair məlumatlar;

Bu sənəddəki digər dəyişikliklər

Aşağıdakı dəyişikliklər mənbə sənəddə var, lakin yuxarıdakı maddə-maddə izləmədə tam göstərilmir. Mənbədəki ifadəsi olduğu kimi verilir.

  • Yeni müddəa əlavə olunur· avtomatik yerləşdirilə bilmədi

    aşağıdakı məzmunda 13.3-1-ci bənd əlavə edilsin: "13.3-1. İnformasiya ehtiyatları və sistemləri mövcud olmayan dövlət orqanları (qurumları) və bələdiyyələr icra sənədlərini informasiya sistemində həmin dövlət orqanları (qurumları) və bələdiyyələr üçün yaradılmış elektron kabinetlərdə yerləşdirməklə icraya yönəldirlər.".

Əvvəlki yenilik
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 27 aprel tarixli 93 nömrəli Qərarı ilə təsdiq edilmiş “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin normativ qiyməti haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə
Növbəti yenilik
“Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və “Terrorçuluğa qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 27 aprel tarixli 395-VIIQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və həmin Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 25 avqust tarixli 387 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı