Dövlət Təhlükəsizliyi Xidmətinin xarici dövlətlərdə və beynəlxalq təşkilatlarda çalışan nümayəndələrinin saxlanma və təmsilçilik xərclərinin norma və ödəniş qaydaları dəyişdirilmişdir. Bu dəyişikliklər 2023-cü il 25 iyun tarixli 219 nömrəli Qərar əsasında qəbul edilmiş qaydaları tənzimləyir. Dəyişiklik 2026-cı il fevral ayında qüvvəyə minmişdir.
2 dəyişiklikdən 2-si maddə-maddə izlənir.
Aşağıdakı dəyişikliklər mənbə sənəddə var, lakin yuxarıdakı maddə-maddə izləmədə tam göstərilmir. Mənbədəki ifadəsi olduğu kimi verilir.
Adında və ikinci abzasda "təmsilçilik xərclərinin" sözləri "təmsilçilik müavinətinin" sözləri ilə əvəz edilsin.
adında, 1.1-ci bənddə (hər iki halda) ismin müvafiq hallarında "təmsilçilik xərcləri" sözləri ismin müvafiq hallarında "təmsilçilik müavinəti" sözləri ilə əvəz edilsin;
1.2-ci bənddə "əri (arvadı), uşaqları və 18 yaşına çatmış əmək qabiliyyəti olmayan övladları" sözləri "arvadı (əri), 18 yaşına çatmamış uşaqları və övladlığa götürdüyü şəxslər, həmçinin 18 yaşından yuxarı əmək qabiliyyəti olmayan övladları və övladlığa götürdüyü şəxslər" sözləri ilə əvəz edilsin;
3-cü hissənin adında "təminat" sözü "xidmət (sığorta)" sözləri ilə əvəz edilsin;
3.1-ci bəndin birinci cümləsində və 7.5-ci bənddə "onlarla birlikdə yaşayan" sözləri "onların" sözü ilə əvəz edilsin;
3.2-ci bəndin birinci cümləsində "onlarla birlikdə yaşayan" sözləri "onların" sözü ilə, "təminat" sözü isə "xidmət (sığorta)" sözləri ilə əvəz edilsin;
4-cü hissə, 6.3-cü və 7.6-cı bəndlər aşağıdakı redaksiyada verilsin: "4. Nəqliyyat və yüklərin daşınması xərcləri 4.1. Xarici ölkələrə nümayəndə təyin olunduqda və geri çağırıldıqda, habelə xidmətinə xitam verildikdə xidmət keçdiyi dövlətə və onun müvafiq şəhərinə getmək və Azərbaycan Respublikasına qayıtmaqla əlaqədar tutduğu vəzifə və ailə üzvlərinin sayı nəzərə alınmaqla nəqliyyat xərcləri (onların xarici dövlətlərdə yaşadıqları ünvandan limana (vağzala) kimi olan nəqliyyat xərcləri də daxil olmaqla), habelə yüklərin daşınması xərcləri (ailə üzvlərinin hər biri üçün 80 kq-dək, yükün ümumi çəkisi 240 kq-dan artıq olmamaqla) bu məqsədlər üçün xərclər smetasında nəzərdə tutulmuş vəsaitlər hesabına müvafiq təsdiqedici sənədlər əsasında ödənilir. 4.2. Xarici ölkədəki nümayəndələrə verilən növbəti məzuniyyətlə əlaqədar onların və ailə üzvlərinin, habelə xarici ölkədəki nümayəndələrin növbəti məzuniyyətə çıxıbçıxmamasından asılı olmayaraq, onların ailə üzvlərinin ildə 1 (bir) dəfə Azərbaycan Respublikasına gəlmək və xarici ölkədəki nümayəndələrin xidmət keçdiyi dövlətə və onun müvafiq şəhərinə qayıtmaq həddində nəqliyyat xərcləri, həmçinin ailə üzvünün (üzvlərinin) ölümü ilə əlaqədar xarici ölkədəki nümayəndələrin, onların ailə üzvlərinin Azərbaycan Respublikasına gəlməsi və xidmət keçdiyi dövlətə qayıtması ilə bağlı nəqliyyat xərcləri bu Qaydaların 4.1-ci bəndində nəzərdə tutulmuş qaydada ödənilir."; "6.3. Təhsil xərcləri bu Qaydaların 6.2-ci bəndində nəzərdə tutulmuş normadan yuxarı olduğu təqdirdə, həmin fərq nümayəndənin şəxsi vəsaiti hesabına ödənilir."; "7.6. Xarici ölkələrdəki nümayəndələrin xaricdə xidmət etdikləri dövrdə əldə etdikləri vəsaitin və əmlakın Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 14 oktyabr tarixli 305 nömrəli Qərarı ilə təsdiq edilmiş "Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları"na uyğun olaraq Azərbaycan Respublikasına gətirilməsinə görə gömrük ödənişləri tutulmur.";
5.1-ci bəndin birinci cümləsində "və onlarla birlikdə yaşayan ailə üzvlərinin fəaliyyət göstərdikləri ölkələrdə" sözləri "tutduğu vəzifə və ailə üzvlərinin sayı nəzərə alınmaqla fəaliyyət göstərdikləri ölkələrdə məişət ləvazimatı (mebel, inventar və avadanlıqlar) ilə komplektləşdirilmiş" sözləri ilə, ikinci cümləsində "onlarla birlikdə yaşayan" sözləri "onların" sözü ilə əvəz edilsin;
5.11-ci bəndin ikinci cümləsində "nümayəndə ilə birlikdə yaşayan" sözləri "nümayəndənin" sözü ilə əvəz edilsin;
6-cı hissənin adında "haqqı ilə bağlı müavinət" sözləri "xərcləri" sözü ilə əvəz edilsin;
6.1-ci bənddə "nümayəndə ilə birlikdə yaşayan və ümumi təhsil müəssisəsində oxuyan ailə üzvlərinin təhsil haqqı ilə bağlı müavinətin" sözləri "nümayəndənin ümumi təhsil pilləsi üzrə (məktəbəhazırlıq, ibtidai, ümumi orta və tam orta təhsil) təhsil alan ailə üzvlərinin təhsil xərclərinin" sözləri ilə əvəz edilsin;
6.2-ci bənddə "haqqı ilə bağlı müavinət xarici ölkədəki nümayəndə ilə birlikdə yaşayan və ümumi təhsil müəssisəsində oxuyan" sözləri "xərcləri xarici ölkədəki nümayəndənin ümumi təhsil pilləsi üzrə təhsil alan" sözləri ilə əvəz edilsin;
7.1-ci bənddə "xərci" sözü "müavinəti" sözü ilə əvəz edilsin;
7.2-ci bənddə "yaşına çatmış əmək qabiliyyəti olmayan övladları" sözləri "yaşından yuxarı əmək qabiliyyəti olmayan övladları və övladlığa götürdüyü şəxslər" sözləri ilə əvəz edilsin;
7.7-ci bənddə "onunla birlikdə yaşayan ailə üzvü öldükdə, onların cəsədinin" sözləri "onların ailə üzvləri xaricdə vəfat etdiyi təqdirdə, nəşin" sözləri ilə əvəz edilsin;
yuxarı sağ küncdə "təmsilçilik xərclərinin" sözləri "təmsilçilik müavinətinin" sözləri ilə əvəz edilsin;
"Qeydlər"in 1-ci hissəsində "nümayəndə ilə birlikdə yaşayan" sözləri "nümayəndənin" sözü ilə əvəz edilsin.