Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, "Azərbaycan Respublikası ali təhsil müəssisələrinin tələbələri üçün Prezident təqaüdünün məbləğinin artırılması və "Azərbaycan Respublikasının ali məktəb tələbələri üçün Prezident təqaüdünün təsis edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 3 sentyabr tarixli 564 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 24 iyul tarixli 452 nömrəli Fərmanının 3-cü hissəsinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 1 sentyabr tarixli 479 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Cild I); 2024, № 9, maddə 1067) ilə təsdiq edilmiş "İstehlak mallarının və xidmətlərin qiymət artımı ilə əlaqədar əhalinin pul gəlirlərinin indeksləşdirilməsi qaydası haqqında metodiki təlimat"ın VII hissəsinin beşinci abzasında "ali məktəb tələbələrinə, orta ixtisas məktəblərinin və texniki peşə məktəblərinin şagirdlərinə" sözləri "ali, orta ixtisas və peşə təhsili müəsisələrinin tələbələrinə" sözləri ilə əvəz edilsin
Əli Əsədov
Azərbaycan Respublikasının Baş naziri
Bakı şəhəri, 16 Jan 2026
Sənəd nömrəsi
№16