QANUNÇU
ƏSAS
  • İcmal
  • Yeniliklər
  • Saxlanmışlar
  • İzlənən sahələr
  • Axtarış
SƏNƏDLƏR
  • Məcəllələr
  • Qanunlar
  • Parametrlər
  • Çıxış
QANUNÇU
ƏSAS
  • İcmal
  • Yeniliklər
  • Saxlanmışlar
  • İzlənən sahələr
  • Axtarış
SƏNƏDLƏR
  • Məcəllələr
  • Qanunlar
  • Parametrlər
  • Çıxış
Daxil olQeydiyyat
Yeniliklər
Rəsmi mənbə

“Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 21 iyun tarixli 217-VIIQD…

AktivNöv: Qərar·Qəbul edən orqan: Nazirlər Kabineti·Dərc tarixi: 15 Jan 2026

Aktın mətni

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 29 dekabr tarixli 622 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 12 (II kitab), maddə 2567 (Cild I); 2024, № 4, maddə 479, № 9, maddə 1067) ilə təsdiq edilmiş "Dövlət məktəbəqədər təhsil müəssisələrində təhsilalanların sosial müdafiəsi Qaydası"nın 2.1.2-ci yarımbəndində "Təhsil müəssisələrində, xəstəxanalarda və sosial sahənin digər ictimai müəssisələrində vətəndaşların qida normalarının tətbiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 9 mart tarixli 103 nömrəli qərarı ilə müəyyən edilmiş" sözləri "Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş" sözləri ilə əvəz edilsin.

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 12 yanvar tarixli 12 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 1, maddə 128 (Cild I) ilə təsdiq edilmiş "Dövlət məktəbəqədər təhsil müəssisəsini maliyyələşdirmə normativləri"nin 2.1.6-cı yarımbəndinin beşinci abzasında "Təhsil müəssisələrində, xəstəxanalarda və sosial sahənin digər ictimai müəssisələrində vətəndaşların qida normalarının tətbiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 9 mart tarixli 103 nömrəli Qərarı ilə müəyyən edilmiş"

sözləri "Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş" sözləri ilə əvəz edilsin.

3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 26 aprel tarixli 111 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, № 4, maddə 414 (Cild I); 2024, № 1, maddə 110, № 4, maddələr 478, 479, № 5 (II kitab), maddə 611, № 9, maddə 1067; 2025, № 9, maddə 870; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 4 dekabr tarixli 377 nömrəli Qərarı) ilə təsdiq edilmiş "Uşaqların dövlət və bələdiyyə tərəfindən yaradılan ailə tipli kiçik qrup evlərinə qəbulu, qrup evlərini tərk etməsi, qrup evlərində xidmətin təşkili, həmçinin qrup evlərində uşaqların təminatı və yaşayış şəraitinə dair Qaydalar"ın 3.8.1-ci yarımbəndində "Təhsil müəssisələrində, xəstəxanalarda və sosial sahənin digər ictimai müəssisələrində vətəndaşların qida normalarının tətbiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 9 mart tarixli 103 nömrəli Qərarı ilə təsdiq edilmiş 4 nömrəli əlavə - "Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələrində, həmçinin əqli geriliyi olan uşaqlar üçün internat evlərində vətəndaşların qida normaları"na" sözləri "Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş qida normalarına" sözləri ilə əvəz edilsin.

4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 26 aprel tarixli 112 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, № 4, maddə 415 (Cild I); 2024, № 1, maddələr 75, 110, № 4, maddələr 478, 479, № 9, maddə 1067; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 4 dekabr tarixli 377 nömrəli Qərarı) ilə təsdiq edilmiş "Uşaqların dövlət və bələdiyyə tərəfindən yaradılan uşaq evləri sosial xidmət müəssisələrinə qəbulu, həmin müəssisələri tərk etməsi, uşaq evlərində xidmətin təşkili, həmçinin uşaq evlərində uşaqların təminatı və yaşayış şəraitinə dair Qaydalar"ın 3.7.1-ci yarımbəndində "Təhsil müəssisələrində, xəstəxanalarda və sosial sahənin digər ictimai müəssisələrində vətəndaşların qida normalarının tətbiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 9 mart tarixli 103 nömrəli Qərarı ilə təsdiq edilmiş 4 nömrəli əlavə - "Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələrində, həmçinin əqli geriliyi olan uşaqlar üçün internat evlərində vətəndaşların qida normaları"na" sözləri "Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş qida normalarına" sözləri ilə əvəz edilsin.

Əvvəlki yenilik
“Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 25 mart tarixli 112 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında
Növbəti yenilik
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 23 dekabr tarixli 321-VIIQD nömrəli Qanununun tətbiqi və “Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının 2019-cu il 29 mart tarixli 1532-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 may tarixli 711 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı