Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, "Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 5 may tarixli 383 nömrəli Fərmanının icrası ilə əlaqədar qərara alıram:
1. "Azərbaycan Respublikasının Səfirliyi haqqında Əsasnamə" təsdiq edilsin ( əlavə olunur ).
2. "Azərbaycan Respublikasının Daimi Nümayəndəliyi haqqında Əsasnamə" təsdiq edilsin ( əlavə olunur ).
3. "Azərbaycan Respublikasının Konsulluğu haqqında Əsasnamə" təsdiq edilsin ( əlavə olunur ).
4. "Azərbaycan Respublikasının fəxri konsulu haqqında Əsasnamə" təsdiq edilsin ( əlavə olunur ).
5. Müəyyən edilsin ki, bu Fərmanın 1-ci hissəsi ilə təsdiq edilən "Azərbaycan Respublikasının Səfirliyi haqqında Əsasnamə" Azərbaycan Respublikasının Təmsilçilik Ofisinə, bu Fərmanın 2-ci hissəsi ilə təsdiq edilən "Azərbaycan Respublikasının Daimi Nümayəndəliyi haqqında Əsasnamə" isə Azərbaycan Respublikasının Nümayəndəliyinə də şamil edilir.
6. "Azərbaycan Respublikasının ştatdankənar (fəxri) konsulu haqqında" Əsasnamə barədə" Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 21 aprel tarixli 575 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Cild I); 2024, № 4, maddə 393) ləğv edilsin.
7. "Azərbaycan Respublikasının Səfirliyi haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 25 may tarixli 408 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 5, maddə 406 (Cild I); 2024, № 5 (I kitab), maddə 529) ləğv edilsin.
8. "Azərbaycan Respublikasının beynəlxalq təşkilat yanında Daimi Nümayəndəliyi haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 22 iyun tarixli 422 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 6, maddə 499 (Cild I); 2024, № 5 (I kitab), maddə 529) ləğv edilsin.
9. "Azərbaycan Respublikasının Konsulluğu haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 26 fevral tarixli 532 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 2, maddə 98 (Cild I); 2024, № 4, maddə 395, № 5 (I kitab), maddə 529) ləğv edilsin.
10. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.
İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 3 aprel 2026-cı il