QANUNÇU
ƏSAS
  • İcmal
  • Yeniliklər
  • Saxlanmışlar
  • İzlənən sahələr
  • Axtarış
SƏNƏDLƏR
  • Məcəllələr
  • Qanunlar
  • Parametrlər
  • Çıxış
QANUNÇU
ƏSAS
  • İcmal
  • Yeniliklər
  • Saxlanmışlar
  • İzlənən sahələr
  • Axtarış
SƏNƏDLƏR
  • Məcəllələr
  • Qanunlar
  • Parametrlər
  • Çıxış
Daxil olQeydiyyat
Yeniliklər
Rəsmi mənbə

“Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 7 mart tarixli…

AktivNöv: Fərman·Qəbul edən orqan: AZERTAG·Dərc tarixi: 12 Mar 2026

Aktın mətni

1.1. 2.15-ci bənd ləğv edilsin;

1.2. aşağıdakı məzmunda 4.9-1-ci bənd əlavə edilsin:

"4.9-1. Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat vermiş işçi attestasiyadan keçirildikdə "Korrupsiyaya qarşı mübarizə haqqında" Azərbaycan Respublikası Qanununun 11-1.3-cü maddəsinin tələblərinə əsasən səlahiyyətli struktur bölmə (şəxs) attestasiyada birbaşa və ya dolayı yolla iştirak etməməlidir.".

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 16 noyabr tarixli 493 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 11, maddə 2157 (Cild I) ilə təsdiq edilmiş "Dövlət vergi orqanlarının vəzifəli şəxslərinin attestasiyası Qaydası"nın 2.7-ci bəndi aşağıdakı redaksiyada verilsin:

"2.7. Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat vermiş vəzifəli şəxs attestasiyadan keçirildikdə "Korrupsiyaya qarşı mübarizə haqqında" Azərbaycan Respublikası Qanununun 11-1.3-cü maddəsinin tələblərinə əsasən səlahiyyətli struktur bölmə (şəxs) attestasiyada birbaşa və ya dolayı yolla iştirak etməməlidir.".

3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 dekabr tarixli 553 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 12 (II kitab), maddə 2501 (Cild I) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının daxili işlər orqanları əməkdaşlarının attestasiyasının keçirilməsi Qaydası"nın 3.15-ci bəndi aşağıdakı redaksiyada verilsin:

"3.15. Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat vermiş əməkdaş attestasiyadan keçirildikdə "Korrupsiyaya qarşı mübarizə haqqında" Azərbaycan Respublikası Qanununun 11-1.3-cü maddəsinin tələblərinə əsasən səlahiyyətli struktur bölmə (şəxs) attestasiyada birbaşa və ya dolayı yolla iştirak etməməlidir.".

4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 20 iyun tarixli 270 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 6, maddə 1369 (Cild I) ilə təsdiq edilmiş "Fövqəladə hallar orqanları əməkdaşlarının attestasiyası Qaydası"nın 2.3-cü bəndi aşağıdakı redaksiyada verilsin:

"2.3. Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat vermiş əməkdaş attestasiyadan keçirildikdə "Korrupsiyaya qarşı mübarizə haqqında" Azərbaycan Respublikası Qanununun 11-1.3-cü maddəsinin tələblərinə əsasən səlahiyyətli struktur bölmə (şəxs) attestasiyada birbaşa və ya dolayı yolla iştirak etməməlidir.".

5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 10 dekabr tarixli 386 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025, № 12 (II kitab), maddə 1234) ilə təsdiq edilmiş "Diplomatik xidmət əməkdaşlarının attestasiyasının keçirilməsi Qaydası"nın 2.3-cü bəndi aşağıdakı redaksiyada verilsin:

"2.3. Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat vermiş əməkdaş attestasiyadan keçirildikdə "Korrupsiyaya qarşı mübarizə haqqında" Azərbaycan Respublikası Qanununun 11-1.3-cü maddəsinin tələblərinə əsasən səlahiyyətli struktur bölmə (şəxs) attestasiyada birbaşa və ya dolayı yolla iştirak etməməlidir.".

Əvvəlki yenilik
“Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 fevral tarixli 795 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Növbəti yenilik
“Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 7 mart tarixli 150-VIIQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 14 aprel tarixli 365 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə