Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, "Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında" Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinin beşinci hissəsinə uyğun olaraq qərara alıram:
1. "Azərbaycan Respublikasının Axar-Baxar Milli Parkı haqqında Əsasnamə" təsdiq edilsin ( əlavə olunur ).
2. "Azərbaycan Respublikasının İlisu Milli Parkı haqqında Əsasnamə" təsdiq edilsin ( əlavə olunur ).
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti və Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi bu Fərmandan irəli gələn məsələləri həll etsinlər
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 6 Feb 2026