QANUNÇU
ƏSAS
  • İcmal
  • Yeniliklər
  • Saxlanmışlar
  • İzlənən sahələr
  • Axtarış
SƏNƏDLƏR
  • Məcəllələr
  • Qanunlar
  • Parametrlər
  • Çıxış
QANUNÇU
ƏSAS
  • İcmal
  • Yeniliklər
  • Saxlanmışlar
  • İzlənən sahələr
  • Axtarış
SƏNƏDLƏR
  • Məcəllələr
  • Qanunlar
  • Parametrlər
  • Çıxış
Daxil olQeydiyyat
YeniliklərDəyişiklik
Rəsmi mənbə

“Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətində qulluq keçən xüsusi rütbəsi olan işçilərin xüsusi geyim forması və fərqlənmə nişanları ilə təmin edilməsi normaları”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 2 fevral tarixli 19 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

AktivNöv: Fərman·Nömrə: №17·Qəbul edən orqan: AZERTAG·Dərc tarixi: 16 Jan 2026

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, "Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətində qulluq keçən xüsusi rütbəsi olan işçilərin xüsusi geyim forması və fərqlənmə nişanları haqqında Əsasnamə"nin və "Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətində qulluq keçən xüsusi rütbəsi olan işçilərin xüsusi geyim formasının və fərqlənmə nişanlarının təsvirləri"nin təsdiq edilməsi barədə" 2010-cu il 13 dekabr tarixli 362 nömrəli və "Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 13 dekabr tarixli 362 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətində qulluq keçən xüsusi rütbəsi olan işçilərin xüsusi geyim forması və fərqlənmə nişanları haqqında Əsasnamə"də dəyişikliklər edilməsi və "Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətində qulluq keçən kiçik xüsusi rütbəsi olan işçilərin xüsusi geyim formasının və fərqlənmə nişanlarının təsvirləri"nin təsdiq edilməsi barədə" 2013-cü il 7 may tarixli 891 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 11 iyul tarixli 434 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

"Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətində qulluq keçən xüsusi rütbəsi olan işçilərin xüsusi geyim forması və fərqlənmə nişanları ilə təmin edilməsi normaları"nın təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 2 fevral tarixli 19 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 2, maddə 149 (Cild I) aşağıdakı dəyişikliklər edilsin:

1. Adında, preambulada (hər iki halda) və 1-ci hissədə "Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətində" sözləri "Miqrasiya orqanlarında" sözləri ilə əvəz edilsin.

2. 2-ci hissədə "Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətində" sözləri "miqrasiya orqanlarında" sözləri ilə əvəz edilsin.

3. Həmin Qərarla təsdiq edilmiş "Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətində qulluq keçən xüsusi rütbəsi olan işçilərin xüsusi geyim forması və fərqlənmə nişanları ilə təmin edilməsi normaları" üzrə:

3.1. adında Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətində" sözləri "Miqrasiya orqanlarında" sözləri ilə əvəz edilsin;

3.2. I hissə üzrə:

3.2.1. aşağıdakı məzmunda 1-1-ci və 11-1-ci bəndlər əlavə edilsin:

1-1. Tünd boz rəngli qış papağı 1 ədəd 1,5 il 11-1.

Qara rəngli əlcək 1 cüt 2 il 3.2.2. "Geyimin adı" sütunu üzrə:

3.2.2.1. 2-ci bənddə "isti" sözü "dəri" sözü ilə əvəz edilsin;

3.2.2.2. 3-cü bənddə "plaş" sözü "palto" sözü ilə əvəz edilsin;

3.2.2.3. 6-cı bənddən "(qadınlarda - yubka və şalvar qayışı)" sözləri çıxarılsın;

3.2.2.4. 11-ci bənddə "Açıq boz" sözləri "Qara" sözü ilə əvəz edilsin;

3.3. II hissəyə aşağıdakı məzmunda 1-1-ci bənd əlavə edilsin:

1-1. Tünd boz rəngli gödəkcə 1 ədəd 4 il

İmza

Əli Əsədov

Azərbaycan Respublikasının Baş naziri

Sənəd nömrəsi

№17

Əvvəlki yenilik
“Xüsusi icra məmurlarının fəaliyyətinə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən nəzarətin həyata keçirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında
Növbəti yenilik
“Azərbaycan Respublikası vətəndaşlarının pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi qaydası barədə” Azərbaycan Respublikası Milli Məclisinin qərarının həyata keçirilməsi tədbirləri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 1 sentyabr tarixli 479 nömrəli Qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI