QANUNÇU
ƏSAS
  • İcmal
  • Yeniliklər
  • Saxlanmışlar
  • İzlənən sahələr
  • Axtarış
SƏNƏDLƏR
  • Məcəllələr
  • Qanunlar
  • Parametrlər
  • Çıxış
QANUNÇU
ƏSAS
  • İcmal
  • Yeniliklər
  • Saxlanmışlar
  • İzlənən sahələr
  • Axtarış
SƏNƏDLƏR
  • Məcəllələr
  • Qanunlar
  • Parametrlər
  • Çıxış
Daxil olQeydiyyat
YeniliklərQanunvericilik aktları
Rəsmi mənbə

Türkiyədə fəaliyyət göstərən Bilecik Azərbaycan Qardaşlıq Dərnəyinin sədri Rafiq Qurbanovdan

AktivNöv: Fərman·Qəbul edən orqan: AZERTAG·Dərc tarixi: 29 Dec 2025

Aktın mətni

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə Cənab Prezident, Müzəffər Ali Baş Komandan.

Sizi doğum gününüz münasibətilə Bilecik Azərbaycan Qardaşlıq Dərnəyinin üzvləri adından səmimiyyətlə və dərin ehtiramla təbrik edirik.

Əsası müasir müstəqil Azərbaycanın qurucusu Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş siyasi kursu Sizin uzaqgörənliklə davam etdirməyiniz sayəsində Azərbaycan Respublikası ötən illər ərzində bütün sahələrdə böyük uğurlar əldə edib, güclənib. Bu mühüm uğurlardan biri və ən önəmlisi bu il beşinci ildönümünü qeyd etdiyimiz 44 günlük Vətən müharibəsində qazanılan Zəfərdir. Zati-alinizin sarsılmaz iradəsi və Ali Baş Komandanlığı ilə Azərbaycan Ordusunun əldə etdiyi bu Qələbə ilə təkcə ölkənin əraziləri işğaldan azad edilmədi, eyni zamanda tarixi ədalət zəfər çaldı. Azərbaycanın bu nailiyyətləri bizi hədsiz dərəcədə qürurlandırır.

Fürsətdən istifadə edərək, Sizi qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə də ürəkdən təbrik edirik.

Sizə, ailənizə və Azərbaycan xalqına cansağlığı, rifah və müvəffəqiyyətlər arzulayırıq.

Dərin hörmətlə, Rafiq Qurbanov Türkiyədə fəaliyyət göstərən Bilecik Azərbaycan Qardaşlıq Dərnəyinin sədri

Əvvəlki yenilik
E.O.İbrahimovun Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Növbəti yenilik
Ukrayna Azərbaycanlılarının Həmrəylik Konqresinin sədri İlqar Məmmədovdan