Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alır: Maddə 1. Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsinin gəlirləri 38 609 000,0 min manat, xərcləri 41 703 600,0 min manat (o cümlədən, mərkəzləşdirilmiş gəlirləri 37 850 192,0 min manat, yerli gəlirləri 758 808,0 min manat, mərkəzləşdirilmiş xərcləri 40 943 945,0 min manat, yerli xərcləri 759 655,0 min manat) məbləğində təsdiq edilsin. Maddə 2. Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsinin gəlirləri mədaxil mənbələri üzrə aşağıdakı məbləğlərdə nəzərdə tutulsun: Sıra №-si Gəlirlərin mənbələri Məbləğ (manatla)
2.1. Fiziki şəxslərin gəlir vergisi 2 379 300 000,0
2.2. Hüquqi şəxslərin mənfəət (gəlir) vergisi 6 580 000 000,0
2.3. Hüquqi şəxslərin torpaq vergisi 47 000 000,0
2.4. Hüquqi şəxslərin əmlak vergisi 376 000 000,0
2.5. Əlavə dəyər vergisi 9 216 300 000,0 2.5.1. Azərbaycan Respublikasının ərazisinə malların idxalına görə əlavə dəyər vergisi 4 750 000 000,0
2.6. Sadələşdirilmiş vergi 429 000 000,0
2.7. Aksizlər 1 818 000 000,0 2.7.1. Azərbaycan Respublikasının ərazisinə malların idxalına görə aksizlər 234 000 000,0
2.8. Yol vergisi 394 400 000,0 2.8.1. Azərbaycan Respublikasının ərazisinə idxal olunan yanacağa görə və xarici dövlətlərdə qeydiyyatda olan avtonəqliyyat vasitələri sahibləri tərəfindən ödənilən yol vergisi 60 000 000,0
2.9. Mədən vergisi 151 000 000,0
2.10. Gömrük rüsumları 1 818 000 000,0
2.11. Azərbaycan Respublikasında istehsal edilən və qiymətləri tənzimlənən məhsulların kontrakt (satış) qiyməti ilə (ixrac xərcləri çıxılmaqla) ölkədaxili topdansatış qiyməti arasındakı fərqdən yığımlar 111 000 000,0
2.12. Səhmlərində dövlətin payı olan müəssisələrdən alınan dividendlər 600 000 000,0
2.13. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqandan (qurumdan) daxilolmalar (transfertin yuxarı həddi) 12 835 000 000,0
2.14. Dövlət əmlakının icarəyə verilməsindən daxilolmalar 40 000 000,0
2.15. Dövlət mülkiyyətində olan torpaqların icarəyə verilməsindən daxilolmalar 15 000 000,0
2.16. Dövlət rüsumu 362 000 000,0
2.17. Vergi orqanlarının xətti ilə toplanan sair daxilolmalar 75 000 000,0
2.18. Büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxilolmalar 1 021 000 000,0
Sıra №-si Gəlirlərin mənbələri Məbləğ (manatla) 2.19. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi məqsədli büdcə fondları üzrə daxilolmalar 67 343 700,0
2.20. Sair daxilolmalar 273 656 300,0
Maddə 3. Müəyyən edilsin ki, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi məqsədli büdcə fondları dövlət büdcəsinin aşağıdakı mədaxil mənbələri hesabına formalaşır: Sıra №-si Gəlirlərin mənbələri Məbləğ (manatla)
3.1. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi məqsədli büdcə fondu üzrə daxilolmalar 250 000 000,0 3.1.1. yol vergisi 239 400 000,0 3.1.2. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) fəaliyyət istiqamətlərinə uyğun olaraq göstərdiyi ödənişli xidmətlərdən əldə etdiyi gəlirlər, ianələr, qrantlar və qanunla qadağan edilməyən digər mənbələr 10 000 000,0 3.1.3. iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən qabarit, çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərinə dair tələblərin pozulmasına görə tətbiq edilmiş inzibati cərimələr 600 000,0
3.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi məqsədli büdcə fondu üzrə daxilolmalar 155 000 000,0 3.2.1. yol vergisi 155 000 000,0
Maddə 4. Azərbaycan Respublikasında istehsal edilən və qiymətləri tənzimlənən məhsulların ixracı zamanı məhsulların kontrakt (satış) qiyməti ilə (ixracla bağlı xərclər çıxılmaqla) ölkədaxili topdansatış qiyməti arasındakı fərqdən (SVOP əməliyyatları istisna olmaqla) dövlət büdcəsinə 30 faiz həcmində yığım tutulur və bu yığımlar vergi ödəyicisinin vergilər, faizlər, maliyyə sanksiyaları və inzibati cərimələr üzrə digər borclarının ödənilməsinə aid edilmir. Maddə 5. Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsinin mərkəzləşdirilmiş gəlirləri aşağıdakı mənbələr hesabına formalaşdırılır:
5.1. bu Qanunun 9-cu maddəsi ilə 2026-cı il üçün hər bir şəhər və rayon üzrə müəyyən edilmiş gəlirlərin müvafiq şəhər və rayonların yerli xərclərindən artıq olan hissəsi (müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi məqsədli büdcə fondlarına aid edilənlərdən başqa);
5.2. gömrük rüsumları, Azərbaycan Respublikasının ərazisinə malların idxalına görə əlavə dəyər vergisi və aksiz, dövlət əmlakının icarəyə verilməsindən daxilolmalar, səhmlərində dövlətin payı olan müəssisələrdən alınan dividendlər, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqandan (qurumdan) daxilolmalar, sair daxilolmalar, dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən maliyyələşdirilən büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxilolmalar, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi məqsədli büdcə fondlarının digər gəlirləri. Maddə 6. Bu Qanunun 9-cu maddəsi ilə 2026-cı il üçün hər bir şəhər və rayon üzrə müəyyən edilmiş gəlirlərin müvafiq şəhər və rayonların yerli xərclərindən artıq olmayan hissəsi onların yerli gəlirlərinin formalaşdırılmasına yönəldilir.
Maddə 7. Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsinin xərcləri funksional təsnifatın bölmə və köməkçi bölmə səviyyəsində aşağıdakı məqsədlərə yönəldilir: Sıra №-si Xərclərin istiqamətləri Məbləğ (manatla)
7.1. Ümumi dövlət xidmətləri 5 517 989 377,0 7.1.1. qanunvericilik və icra hakimiyyəti, yerli özünüidarəetmə orqanlarının fəaliyyəti 2 035 861 954,0 7.1.2. beynəlxalq münasibətlər 522 500 000,0 7.1.3. xarici yardımlar 19 000 000,0 7.1.4. elm 229 498 838,0 7.1.5. seçki və statistika tədbirləri 32 850 585,0 7.1.6. büdcələrarası transfertlər 220 678 000,0 7.1.6.1. Naxçıvan Muxtar Respublikasının büdcəsinə verilən dotasiya (transfertin yuxarı həddi) 211 628 000,0 7.1.6.2. yerli (bələdiyyələr) büdcələrə verilən dotasiya 7 500 000,0 7.1.6.3. yerli (bələdiyyələr) büdcələrə verilən subvensiya 1 550 000,0 7.1.7. dövlət borcu 2 457 600 000,0
7.2. Müdafiə və milli təhlükəsizlik 8 717 581 860,0 7.2.1. müdafiə qüvvələri 2 990 735 789,0 7.2.2. milli təhlükəsizlik 520 623 148,0 7.2.3. sərhəd xidməti 541 633 496,0 7.2.4. müdafiə və milli təhlükəsizlik sahəsində tətbiqi tədqiqatlar 5 091 411,0 7.2.5. müdafiə və milli təhlükəsizlik sahəsinə aid edilən digər fəaliyyətlər 4 659 498 016,0 7.2.5.1. xüsusi müdafiə təyinatlı layihələr və tədbirlər üzrə xərclər 4 500 000 000,0
7.3. Məhkəmə hakimiyyəti, hüquq mühafizə və prokurorluq 3 336 289 717,0 7.3.1. məhkəmə hakimiyyəti 153 877 512,0 7.3.2. hüquq mühafizə 2 436 794 517,0 7.3.3. prokurorluq 127 601 560,0 7.3.4. məhkəmə qərarlarının icrası 10 000 000,0 7.3.5. hüquqi yardım 9 082 128,0 7.3.6. məhkəmə hakimiyyəti, hüquq mühafizə və prokurorluq sahələrinə aid edilən digər fəaliyyətlər 598 934 000,0
7.4. Təhsil 5 016 397 622,0 7.4.1. məktəbəqədər təhsil 468 191 803,0 7.4.2. ümumi təhsil 2 414 834 982,0 7.4.3. peşə təhsili 105 465 624,0 7.4.4. orta ixtisas təhsili 94 202 070,0 7.4.5. ali təhsil 212 479 231,0 7.4.6. əlavə təhsil 20 278 935,0 7.4.7. təhsil sahəsində tətbiqi tədqiqatlar 7 883 524,0 7.4.8. təhsil sahəsində digər müəssisə və tədbirlər 1 693 061 453,0
7.5. Səhiyyə 2 024 314 550,0
Sıra №-si Xərclərin istiqamətləri Məbləğ (manatla) 7.5.1. poliklinikalar və ambulatoriyalar 20 277 489,0 7.5.2. xəstəxanalar 219 727 828,0 7.5.3. diaqnostika, profilaktika və qan xidməti ilə bağlı fəaliyyət 2 953 649,0 7.5.4. səhiyyə sahəsində tətbiqi tədqiqatlar 5 119 969,0 7.5.5. səhiyyə sahəsində proqramlar və digər xidmətlər 1 776 235 615,0 7.5.5.1. icbari tibbi sığorta fonduna ayrılan vəsait 900 000 000,0
7.6. Sosial müdafiə və sosial təminat 4 872 958 194,0 7.6.1. sosial müdafiə 532 547 770,0 7.6.2. sosial təminat 60 386 156,0 7.6.3. sosial müdafiə və sosial təminat sahələri üzrə digər müəssisə və tədbirlər 4 280 024 268,0 7.6.3.1. dövlət sosial müdafiə fondunun büdcəsinin balanslaşdırılması məqsədilə dövlət büdcəsinin öhdəliklərinin maliyyələşdirilməsi üçün ayrılan vəsait 1 700 000 000,0
7.7. Mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan digər fəaliyyət 632 144 031,0 7.7.1. mədəniyyət və incəsənət sahəsində fəaliyyət 240 745 620,0 7.7.2. televiziya, radio və nəşriyyat 78 721 874,0 7.7.3. bədən tərbiyəsi və gənclər siyasəti 50 078 099,0 7.7.4. yaradıcı ittifaq, cəmiyyət və dini tədbirlər 22 848 131,0 7.7.5. mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti sahəsinə aid olan digər müəssisə və tədbirlər 239 750 307,0
7.8. Mənzil və kommunal təsərrüfatı 334 479 395,0 7.8.1. mənzil təsərrüfatı 67 315 127,0 7.8.2. kommunal təsərrüfatı 140 288 504,0 7.8.3. su təsərrüfatı 15 579 600,0 7.8.4. mənzil və kommunal təsərrüfatı ilə bağlı digər xidmətlər 111 296 164,0
7.9. Kənd təsərrüfatı 1 226 493 766,0 7.9.1. kənd təsərrüfatı tədbirləri 553 522 428,0 7.9.2. baytarlıq 44 905 487,0 7.9.3. meliorasiya 489 998 537,0 7.9.4 balıqçılıq və balıq ovu 4 760 514,0 7.9.5. kənd təsərrüfatı üzrə digər müəssisə və tədbirlər 133 306 800,0
7.10. Ətraf mühitin mühafizəsi 415 783 826,0 7.10.1. ətraf mühitin və təbiətin mühafizəsi 785 420,0 7.10.2. bioloji zənginliyin qorunması 10 500 907,0 7.10.3. torpaq və yerquruluşu 15 100 000,0 7.10.4. hidrometeorologiya tədbirləri 11 687 955,0 7.10.5. meşə təsərrüfatı 21 220 450,0 7.10.6. ərazilərin təmizlənməsi, çirkab suların yığılması və təmizlənməsi 285 715 458,0 7.10.7. ətraf mühitin mühafizəsi sahəsinə aid edilən digər xidmətlər 70 773 636,0
7.11. İqtisadi fəaliyyət 7 856 634 765,0
Sıra №-si Xərclərin istiqamətləri Məbləğ (manatla) 7.11.1. nəqliyyat və rabitə 286 895 181,0 7.11.2. iqtisadi və kommersiya fəaliyyəti 51 591 548,0 7.11.3. tikinti və şəhərsalma 6 202 488 300,0 7.11.3.1. dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) 2 700 000 000,0 7.11.3.2. işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası 3 500 000 000,0 7.11.4. geodeziya və faydalı qazıntılar 4 495 132,0 7.11.5. yanacaq və enerji kompleksi 373 800,0 7.11.6. iqtisadi fəaliyyətlə bağlı digər xidmətlər 1 310 790 804,0
7.12. Əsas bölmələrə aid edilməyən xərclər 1 752 532 897,0 7.12.1. ehtiyat fondları 410 000 000,0 7.12.1.1. Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondu 300 000 000,0 7.12.1.2. Dövlət büdcəsinin Ehtiyat Fondu 110 000 000,0 7.12.2. məqsədli büdcə fondları 472 343 700,0 7.12.2.1. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi məqsədli büdcə fondları 472 343 700,0 7.12.3. valyuta konvertasiyası 4 000 000,0 7.12.4. əsas bölmələrə aid edilməyən tədbirlər üzrə digər fəaliyyət 866 189 197,0 7.12.4.1. dövlət ehtiyatlarının yaradılması 35 000 000,0 7.12.4.2. fövqəladə halların nəticələrinin aradan qaldırılması ilə bağlı xərclər 20 000 000,0 7.12.4.3. sosial-iqtisadi və digər tədbirlər üzrə xərclər 811 189 197,0
Maddə 8. Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsinin xərcləri funksional təsnifata uyğun olaraq bölmə, köməkçi bölmə, paraqraf və iqtisadi təsnifata uyğun olaraq bölmə, köməkçi bölmə, paraqraf, maddə və yarımmaddə səviyyəsində bu Qanunun əlavəsində verilmiş məbləğlərdə təsdiq edilsin. Maddə 9. Azərbaycan Respublikasının şəhər və rayonları üzrə gəlirlər 16 910 000 000,0 manat, o cümlədən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi məqsədli büdcə fondlarına aid olan məbləğ 334 400 000,0 manat, yerli xərclər 759 655 000,0 manat, gəlirlərin yerli xərclərdən artıq olan və mərkəzləşdirilmiş gəlirlərə aid edilən hissəsinin aşağı həddi 15 816 792 000,0 manat, yerli gəlir və xərcləri tənzimləmək üçün mərkəzləşdirilmiş xərclərdən ayrılması nəzərdə tutulan vəsaitin yuxarı həddi 847 000,0 manat məbləğində təsdiq edilsin.
(manatla) Sıra №-si Şəhər və rayonların adı Gəlirlər Yerli xərclər Gəlirlərin yerli xərclərdən artıq olan və mərkəzləşdirilmiş gəlirlərə aid edilən hissəsinin aşağı həddi Yerli gəlir və xərcləri tənzimləmək üçün mərkəzləşdirilmiş xərclərdən ayrılması nəzərdə tutulan vəsaitin yuxarı həddi cəmi o cümlədən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi məqsədli büdcə fondlarına aid olan məbləğ Şəhərlər
1. Bakı 15 376 500 000 334 400 000 351 174 000 14 690 926 000 0
2. Gəncə 113 564 000 0 34 031 000 79 533 000 0
3. Lənkəran 41 856 000 0 8 931 000 32 925 000 0
4. Mingəçevir 37 977 000 0 15 962 000 22 015 000 0
5. Naftalan 10 305 000 0 3 072 000 7 233 000 0
6. Sumqayıt 243 552 000 0 29 725 000 213 827 000 0
7. Şəki 38 958 000 0 7 629 000 31 329 000 0
8. Şirvan 35 273 000 0 5 167 000 30 106 000 0
9. Yevlax 27 687 000 0 6 817 000 20 870 000 0
10. Xankəndi 3 000 000 0 0 3 000 000 0 Rayonlar
11. Abşeron 116 504 000 0 10 221 000 106 283 000 0
12. Ağcabədi 26 256 000 0 6 209 000 20 047 000 0
13. Ağdam 15 838 000 0 6 817 000 9 021 000 0
14. Ağdaş 14 599 000 0 6 137 000 8 462 000 0
15. Ağdərə 1 000 000 0 0 1 000 000 0
16. Ağstafa 13 053 000 0 5 102 000 7 951 000 0
17. Ağsu 18 595 000 0 4 823 000 13 772 000 0
18. Astara 17 366 000 0 4 464 000 12 902 000 0
19. Balakən 9 845 000 0 4 636 000 5 209 000 0
20. Beyləqan 19 385 000 0 4 895 000 14 490 000 0
21. Bərdə 23 986 000 0 6 545 000 17 441 000 0
22. Biləsuvar 18 087 000 0 4 619 000 13 468 000 0
23. Cəbrayıl 3 313 000 0 3 126 000 187 000 0
24. Cəlilabad 16 693 000 0 6 302 000 10 391 000 0
25. Daşkəsən 7 768 000 0 3 921 000 3 847 000 0
26. Füzuli 16 650 000 0 6 658 000 9 992 000 0
Sıra №-si Şəhər və rayonların adı Gəlirlər Yerli xərclər Gəlirlərin yerli xərclərdən artıq olan və mərkəzləşdirilmiş gəlirlərə aid edilən hissəsinin aşağı həddi Yerli gəlir və xərcləri tənzimləmək üçün mərkəzləşdirilmiş xərclərdən ayrılması nəzərdə tutulan vəsaitin yuxarı həddi cəmi o cümlədən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi məqsədli büdcə fondlarına aid olan məbləğ
27. Gədəbəy 11 337 000 0 6 727 000 4 610 000 0
28. Goranboy 14 005 000 0 6 876 000 7 129 000 0
29. Göyçay 22 622 000 0 5 287 000 17 335 000 0
30. Göygöl 22 176 000 0 6 419 000 15 757 000 0
31. Hacıqabul 10 838 000 0 4 671 000 6 167 000 0
32. Xaçmaz 45 412 000 0 7 734 000 37 678 000 0
33. Xızı 6 085 000 0 2 724 000 3 361 000 0
34. Xocalı 2 505 000 0 1 982 000 523 000 0
35. Xocavənd 1 370 000 0 2 217 000 0 847 000
36. İmişli 44 888 000 0 5 554 000 39 334 000 0
37. İsmayıllı 17 444 000 0 6 433 000 11 011 000 0
38. Kəlbəcər 4 857 000 0 4 682 000 175 000 0
39. Kürdəmir 20 016 000 0 4 810 000 15 206 000 0
40. Qax 6 895 000 0 5 151 000 1 744 000 0
41. Qazax 23 816 000 0 5 258 000 18 558 000 0
42. Qəbələ 31 917 000 0 7 088 000 24 829 000 0
43. Qobustan 6 716 000 0 4 410 000 2 306 000 0
44. Quba 40 434 000 0 7 138 000 33 296 000 0
45. Qubadlı 7 632 000 0 3 661 000 3 971 000 0
46. Qusar 20 185 000 0 5 641 000 14 544 000 0
47. Laçın 8 063 000 0 5 500 000 2 563 000 0
48. Lerik 6 372 000 0 5 124 000 1 248 000 0
49. Masallı 19 192 000 0 7 151 000 12 041 000 0
50. Neftçala 12 392 000 0 4 123 000 8 269 000 0
51. Oğuz 4 768 000 0 3 690 000 1 078 000 0
52. Saatlı 16 101 000 0 5 538 000 10 563 000 0
53. Sabirabad 18 033 000 0 5 793 000 12 240 000 0
54. Salyan 18 624 000 0 4 902 000 13 722 000 0
Sıra №-si Şəhər və rayonların adı Gəlirlər Yerli xərclər Gəlirlərin yerli xərclərdən artıq olan və mərkəzləşdirilmiş gəlirlərə aid edilən hissəsinin aşağı həddi Yerli gəlir və xərcləri tənzimləmək üçün mərkəzləşdirilmiş xərclərdən ayrılması nəzərdə tutulan vəsaitin yuxarı həddi cəmi o cümlədən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi məqsədli büdcə fondlarına aid olan məbləğ
55. Samux 9 980 000 0 5 071 000 4 909 000 0
56. Siyəzən 8 964 000 0 3 573 000 5 391 000 0
57. Şabran 12 173 000 0 4 108 000 8 065 000 0
58. Şamaxı 19 493 000 0 7 513 000 11 980 000 0
59. Şəmkir 32 555 000 0 9 580 000 22 975 000 0
60. Şuşa 5 054 000 0 1 685 000 3 369 000 0
61. Tərtər 12 792 000 0 5 534 000 7 258 000 0
62. Tovuz 32 575 000 0 7 221 000 25 354 000 0
63. Ucar 10 339 000 0 3 733 000 6 606 000 0
64. Yardımlı 4 857 000 0 4 857 000 0 0
65. Zaqatala 18 197 000 0 5 893 000 12 304 000 0
66. Zəngilan 3 549 000 0 2 614 000 935 000 0
67. Zərdab 7 167 000 0 5 006 000 2 161 000 0 Cəmi 16 910 000 000 334 400 000 759 655 000 15 816 792 000 847 000 Maddə 10. Bu Qanunun 9-cu maddəsi ilə müəyyən edilmiş yerli xərclərin maliyyələşdirilməsi məqsədilə şəhər və rayonların gəlirləri, həmçinin yerli gəlir və xərcləri tənzimləmək üçün ayrılan vəsaitin yuxarı həddi yerli xərcləri təmin etmədikdə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) həmin şəhər və rayonlara onların xərclərinin 10 faizindən çox olmayan hissəsi qədər dövlət büdcəsindən vəsait ayırır. Maddə 11. Azərbaycan Respublikasının 2026-cı il üzrə daxili və xarici dövlət borcuna xidmətlə bağlı xərclərin yuxarı hədləri aşağıdakı kimi təsdiq edilsin: Sıra №-si Xərclərin istiqamətləri Məbləğ (manatla)
11.1. Daxili dövlət borcu üzrə cəmi, o cümlədən: 1 057 600 000,0 faiz xərcləri 920 600 000,0
11.2. Xarici dövlət borcu üzrə cəmi, o cümlədən: 1 400 000 000,0 faiz xərcləri 460 000 000,0
Maddə 12. Azərbaycan Respublikasının 2026-cı il üzrə daxili dövlət borclanmasının yuxarı həddi (limiti) 2 000 000,0 min manat, xarici dövlət borclanmasının yuxarı həddi (limiti) 6 000 000,0 min manat təsdiq edilsin. İl ərzində veriləcək dövlət zəmanətlərinin məbləğinin yuxarı həddi (limiti) 3 000 000,0 min manat məbləğində təsdiq edilsin. Maddə 13. Dövlət büdcəsinin icrası prosesində "Büdcə sistemi haqqında" Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müdafiə olunan xərc maddələri ilk növbədə, digər xərc maddələri isə dövlət büdcəsinin gəlirləri və kəsirinin maliyyələşdirilməsi mənbələri üzrə daxilolmaların vəziyyətindən asılı olaraq maliyyələşdirilir. Maddə 14. Dövlət büdcəsi kəsirinin yuxarı həddi 3 094 600,0 min manat məbləğində təsdiq edilsin. Onun maliyyələşdirilməsi özəlləşdirmədən, digər mənbələrdən daxilolmalar (daxili və xarici borclanma, 2026-cı il yanvarın 1-nə dövlət büdcəsinin vahid xəzinə hesabının sərbəst qalığı) hesabına həyata keçirilsin. Maddə 15. Azərbaycan Respublikasının 2026-cı il icmal büdcəsinin xərclərinin yuxarı həddinin məbləği 48 839 322,6 min manat müəyyən edilsin. Maddə 16. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) gəlirləri nəzərə alınmadan, Azərbaycan Respublikasının 2026-cı il icmal büdcəsi kəsirinin yuxarı həddinin məbləği 16 902 226,6 min manat məbləğində müəyyən edilsin. Maddə 17. Bu Qanun 2026-cı il yanvarın 1-dən qüvvəyə minir
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 9 Dec 2025