QANUNÇU
ƏSAS
  • İcmal
  • Yeniliklər
  • Saxlanmışlar
  • İzlənən sahələr
  • Axtarış
SƏNƏDLƏR
  • Məcəllələr
  • Qanunlar
  • Parametrlər
  • Çıxış
QANUNÇU
ƏSAS
  • İcmal
  • Yeniliklər
  • Saxlanmışlar
  • İzlənən sahələr
  • Axtarış
SƏNƏDLƏR
  • Məcəllələr
  • Qanunlar
  • Parametrlər
  • Çıxış
Daxil olQeydiyyat
YeniliklərYeni akt
Rəsmi mənbə

Qardabani Təhsil və İnteqrasiya Mərkəzinin direktoru Çiçək Hüseynovadan

AktivNöv: Fərman·Qəbul edən orqan: AZERTAG·Dərc tarixi: 26 Dec 2025

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə Zati-aliləri, hörmətli cənab Prezident.

İcazə verin, doğum gününüz münasibətilə Qardabani Təhsil və İnteqrasiya Mərkəzinin kollektivi adından Sizə ən səmimi təbriklərimizi və xoş arzularımızı çatdırım.

Sizin uzaqgörən və prinsipial rəhbərliyiniz Azərbaycan dövlətinin beynəlxalq nüfuzunun artmasına, xaricdə yaşayan azərbaycanlıların milli kimliyinin, dilinin və mədəni dəyərlərinin qorunub saxlanılmasına güclü stimul vermişdir. Bu diqqət və qayğı Gürcüstanda yaşayan soydaşlarımız tərəfindən də böyük minnətdarlıq hissi ilə qarşılanır.

Gürcüstan və Azərbaycan arasındakı dostluq və strateji tərəfdaşlıq münasibətləri regionda sülhün, sabitliyin və qarşılıqlı etimadın möhkəmlənməsində mühüm rol oynayır. Xüsusilə qeyd etmək istərdim ki, bu münasibətlər Gürcüstanda fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının cəmiyyətə inteqrasiyası, multikultural dəyərlərin təşviqi və xalqlarımız arasında humanitar körpülərin qurulması baxımından mühüm əhəmiyyət daşıyır.

Əminik ki, Sizin rəhbərliyinizlə Gürcüstan-Azərbaycan münasibətləri gələcəkdə də yüksələn xətlə inkişaf edəcək, xaricdə yaşayan soydaşlarımızın birlik və həmrəyliyi daha da möhkəmlənəcəkdir.

Zati-aliləri, Sizə möhkəm cansağlığı, uzun ömür, tükənməz enerji və ali dövləti fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram.

Dərin hörmətlə, Çiçək Hüseynova Qardabani Təhsil və İnteqrasiya Mərkəzinin direktoru

Əvvəlki yenilik
Rusiya Federasiyası Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkindən
Növbəti yenilik
Rusiya Uşaq Fondunun sədri, Beynəlxalq Uşaq Fondları Assosiasiyasının prezidenti Dmitri Lixanovdan