Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə Zati-aliləri.
İsa Məsihin Sonuncu Gün Müqəddəsləri Kilsəsinin Avropa Mərkəzi Ərazi İdarəsi adından doğum gününüz münasibətilə ən səmimi təbriklərimizi qəbul etməyinizi xahiş edirəm.
Bu ilin noyabr ayında Bakıya səfərimiz zamanı Sizinlə görüşməyimiz bizim üçün şərəf idi. Dəyərli vaxtınızı ayırdığınıza və bizə diqqət göstərdiyinizə görə Sizə dərin minnətdarlığımızı bildiririk.
Sizə möhkəm cansağlığı, ölkə rəhbəri kimi fəaliyyətinizdə uğurlar, güc-qüvvət, Azərbaycan xalqına davamlı tərəqqi, sülh, sevinc arzulayırıq.
Hörmətlə, Cek Gerard ABŞ-ın İsa Məsihin Sonuncu Gün Müqəddəsləri Kilsəsinin Avropa Mərkəzi Ərazi İdarəsinin birinci məsləhətçisi